ADNSU ilə “Bayraktar Teknoloji Azərbaycan” memorandum imzalayıb

15-05-2025 / 21:31

Mayın 15-də “Bayraktar Teknoloji Azərbaycan” şirkətinin direktoru Hüseyn Topuzun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.

Xeberler.az məlumat verir ki, ADNSU-nun rektoru dosent Rüfət Əzizovla keçirilən görüşdə əməkdaşlıq əlaqələrinin qurulması və birgə həyata keçirilə biləcək perspektiv layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Rektor Rüfət Əzizov universitetin tədris imkanları, maddi-texniki bazası, mövcud təhsil proqramları və beynəlxalq əməkdaşlığı barədə ətraflı məlumat verib. Bildirib ki, ADNSU olaraq istehsalat müəssisələri və qabaqcıl texnoloji şirkətlərlə, o cümlədən “Bayraktar Teknoloji Azərbaycan”la əməkdaşlığa xüsusi önəm verilir.

Şirkətin direktoru Hüseyn Topuz ADNSU-da olmaqdan məmnunluğunu ifadə edərək rəhbərlik etdiyi qurumun fəaliyyəti, həyata keçirdiyi layihələr və gələcək planları haqqında geniş məlumat verib. O qeyd edib ki, “Bayraktar Teknoloji Azərbaycan” üçün prioritet sahələrdən biri ən müasir texnoloji sistemlərin inkişaf etdirilməsidir.

Hüseyn Topuz, həmçinin ADNSU-nun potensial imkanlarını yüksək qiymətləndirib və daha geniş müstəvidə əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını bildirib. O, tələbələr üçün şirkətdə təcrübə proqramlarının mövcud olduğunu vurğulayıb və əlavə edib ki, hazırda şirkətdə 22 nəfər ADNSU məzunu çalışır və onlar peşəkarlıqları ilə seçilirlər.

Görüşün sonunda ADNSU ilə “Bayraktar Teknoloji Azərbaycan” arasında əməkdaşlıq memorandumu imzalanıb.

Səfər çərçivəsində qonaqlar universitetdə yerləşən Azərbaycan-Türkiyə Dostluq Mərkəzini və türkiyəli şəhid İlham Vankın adını daşıyan auditoriyanı ziyarət ediblər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə