Previous Next
Bağla

ADNSU ilə “Bayraktar Teknoloji Azərbaycan” memorandum imzalayıb

15-05-2025 21:31
ADNSU ilə “Bayraktar Teknoloji Azərbaycan” memorandum imzalayıb

Mayın 15-də “Bayraktar Teknoloji Azərbaycan” şirkətinin direktoru Hüseyn Topuzun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.

Xeberler.az məlumat verir ki, ADNSU-nun rektoru dosent Rüfət Əzizovla keçirilən görüşdə əməkdaşlıq əlaqələrinin qurulması və birgə həyata keçirilə biləcək perspektiv layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Rektor Rüfət Əzizov universitetin tədris imkanları, maddi-texniki bazası, mövcud təhsil proqramları və beynəlxalq əməkdaşlığı barədə ətraflı məlumat verib. Bildirib ki, ADNSU olaraq istehsalat müəssisələri və qabaqcıl texnoloji şirkətlərlə, o cümlədən “Bayraktar Teknoloji Azərbaycan”la əməkdaşlığa xüsusi önəm verilir.

Şirkətin direktoru Hüseyn Topuz ADNSU-da olmaqdan məmnunluğunu ifadə edərək rəhbərlik etdiyi qurumun fəaliyyəti, həyata keçirdiyi layihələr və gələcək planları haqqında geniş məlumat verib. O qeyd edib ki, “Bayraktar Teknoloji Azərbaycan” üçün prioritet sahələrdən biri ən müasir texnoloji sistemlərin inkişaf etdirilməsidir.

Hüseyn Topuz, həmçinin ADNSU-nun potensial imkanlarını yüksək qiymətləndirib və daha geniş müstəvidə əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını bildirib. O, tələbələr üçün şirkətdə təcrübə proqramlarının mövcud olduğunu vurğulayıb və əlavə edib ki, hazırda şirkətdə 22 nəfər ADNSU məzunu çalışır və onlar peşəkarlıqları ilə seçilirlər.

Görüşün sonunda ADNSU ilə “Bayraktar Teknoloji Azərbaycan” arasında əməkdaşlıq memorandumu imzalanıb.

Səfər çərçivəsində qonaqlar universitetdə yerləşən Azərbaycan-Türkiyə Dostluq Mərkəzini və türkiyəli şəhid İlham Vankın adını daşıyan auditoriyanı ziyarət ediblər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Bayraktar Teknoloji Azərbaycan”ın rəhbər heyəti BMU-da olub

27-12-2024

“Bayraktar Teknoloji Azərbaycan” ilə BMU arasında memorandum imzalanıb

10-04-2025

İZİA və “Bayraktar Teknoloji Azərbaycan” əməkdaşlıq edəcək

05-03-2026

ADNSU ilə İRİA-nın əməkdaşlığı genişlənir

18-04-2025

BANM ilə “Bayraktar Teknoloji Azərbaycan” arasında memorandum imzalanıb

19-05-2025

4SİM və ADNSU arasında əməkdaşlıq imkanları müzakirə olunub

05-09-2025

Aviasiya Akademiyası ilə “Bayraktar Teknoloji Azərbaycan” arasında Memorandum imzalanıb

18-10-2025

“İnnovasiyalar Mərkəzi” “Bayraktar Texnoloji Azərbaycan”la əməkdaşlığa başlayır

04-07-2025

BDU tələbələri “Bayraktar Teknoloji Azerbaycan”da təcrübə keçəcəklər

09-01-2025

"Bayraktar Teknoloji Azərbaycan" PUA istehsalına başlayıb

03-10-2025

Rektor: “2 mindən çox tələbə İT ixtisaslar üzrə təhsil alır”

18-04-2018

ADNSU-da İKT karyera trendləri mövzusunda konfrans keçirilib

28-11-2018

Onur Ocak: “Bayraktar Teknoloji Azərbaycan"da 15 gənc işə qəbul edilib

29-11-2025

ADNSU-nun tərkibində İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb

24-11-2025

ADNSU beynəlxalq konfransa hazırlaşır

18-07-2018

AzTU ilə “Baykar Texnoloji Azərbaycan” arasında memorandum imzalanıb

11-04-2025

ADNSU-da “Kibertəhlükəsizlik laboratoriyası” açılıb

08-11-2024

"Bayraktar" PUA-ların istehsalçısı Azərbaycanda fəaliyyətə başlayır

26-12-2022

ADNSU Microsoft həllərindən istifadə edəcək

18-04-2018

"ADA" ilə “Bayraktar Texnoloji Azərbaycan” arasında memorandum imzalanıb

15-05-2025

Haluk Bayraktar Yüksək Texnologiyalar Parkının innovativ məhsulları ilə yaxında tanış olub

27-05-2022

"Süni intellekt, mobil tətbiqlər kimi ən yeni ixtisaslaşmalar üzrə təhsilə başlanıb"

23-09-2023

Frankofoniya həftələrinin yekun konserti Bakcell-in dəstəyilə keçirilib

23-04-2019

Səlcuk Bayraktar Bakıda MiG-29-da uçub

25-05-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə