Previous Next
Bağla

“Bayraktar Teknoloji Azərbaycan”ın rəhbər heyəti BMU-da olub

27-12-2024 16:48
“Bayraktar Teknoloji Azərbaycan”ın rəhbər heyəti BMU-da olub

“Bayraktar Teknoloji Azərbaycan” MMC-nin direktoru Hüseyn Topuzun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub.

Xeberler.az məlumat verir ki, görüşdə rektor Yaqub Piriyev qonaqları BMU-da görməkdən məmnun olduğunu bildirib, “Bayraktar Teknoloji Azərbaycan” ilə ali məktəb arasında təməli qoyulan əməkdaşlığın müsbət nəticələrinə inamını ifadə edib.

Sonra rəhbəri olduğu qurumun fəaliyyətinə dair təqdimatla çıxış  edən Hüseyn Topuz “Bayraktar Teknoloji Azərbaycan”ın həyata keçirdiyi layihələri və qarşıdakı hədəfləri barədə geniş məlumat verib. Bildirib ki, şirkətin fəaliyyətinin əsas prioriteti ən qabaqcıl texnoloji sistemlərin inkişaf etdirilməsidir. O, universitet tələbələrinin şirkətdə geniş təcrübə imkanlarına toxunub, habelə BMU-nun elektrik və elektronika,  mexanika, kompüter mühəndisliyi, o cümlədən informasiya texnologiyaları sahələrində tədris, tədqiqat potensialını yüksək qiymətləndirərək, ali məktəbin tələbələrinin MMC-də təcrübə proqramlarında iştirakına maraqlı olduqlarını deyib.

Görüş zamanı rektor Yaqub Piriyev nəzəri biliklərin hər zaman bütün sahələrdə təcrübə ilə möhkəmlənməsinin əhəmiyyətli olduğunu qeyd edib və bunun üçün universitetdə yaradılan Texnoparkın fəaliyyətini, burada tələbələr tərəfindən maraqlı startap layihələrinin hazırlandığını diqqətə çatdırıb. BMU tələbələrinə nüfuzlu bir şirkətdə təcrübə üçün yaradılacaq şəraitə görə Hüseyn Topuza minnətdarlığını bildirən Yaqub Piriyev  müəssisələrdə başlayan təcrübənin sonradan iş imkanına qapı açdığını deyərək, bu mənada təcrübə təklifini müsbət qiymətləndirib.

Görüşdə gələcək əməkdaşlıq istiqamətində geniş fikir mübadiləsi aparılıb, bir sıra məsələlərlə bağlı razılıq əldə olunub.

Görüşün ardınca nümayəndə heyəti universitetin Kibertəhlükəsizlik və digər laboratoriyaları ilə tanış olub, həmçinin Texnoparka baş çəkib. Burada qonaqlar BMU tələbələrinin layihələri, hazırladıqları Pilotsuz Uçuş Aparatları və onların gələcək planları ilə yaxından maraqlanıblar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Bayraktar Teknoloji Azərbaycan” ilə BMU arasında memorandum imzalanıb

10-04-2025

ADNSU ilə “Bayraktar Teknoloji Azərbaycan” memorandum imzalayıb

15-05-2025

BMU ilə Özbəkistan universiteti arasında memorandum imzalanıb

18-02-2025

BMU-da “Huawei” şirkətinin nümayəndələri ilə görüş keçirilib

18-07-2025

BDU tələbələri “Bayraktar Teknoloji Azerbaycan”da təcrübə keçəcəklər

09-01-2025

BMU ilə İRİA arasında növbəti əməkdaşlıq mərhələsi müzakirə edilib

05-12-2025

BMU Çinin tanınmış təhsil texnologiyaları şirkəti ilə əməkdaşlığa başlayır

23-10-2024

Koreya Elm və Texnologiya Siyasəti İnstitutunun nümayəndə heyəti BMU-da olub

25-10-2024

İZİA və “Bayraktar Teknoloji Azərbaycan” əməkdaşlıq edəcək

05-03-2026

BMU ilə “Sabah Academy” əməkdaşlıq edib

15-04-2024

“BoostCamp 7.0” tədris layihəsinin bağlanış mərasimi keçirilib

12-02-2024

BANM ilə “Bayraktar Teknoloji Azərbaycan” arasında memorandum imzalanıb

19-05-2025

BMU-da Kibertəhlükəsizlik laboratoriyasının açılışı olub

03-05-2024

BMU ilə “Center of Agile Communication” MMC arasında Anlaşma Memorandumu imzalanıb

07-03-2024

"Bayraktar Teknoloji Azərbaycan" PUA istehsalına başlayıb

03-10-2025

Onur Ocak: “Bayraktar Teknoloji Azərbaycan"da 15 gənc işə qəbul edilib

29-11-2025

“TEKNOFEST”in rəsmi nümayəndəsi BMU tələbələri ilə görüşüb

16-01-2025

BMU Texnoparkı “Innovation Lab” sertifikatına layiq görülüb

27-08-2025

AzTU-nun rektoru Türkiyədə səfərdə olub

26-01-2023

BMU tələbələri üçün kibertəhlükəsizlik sahəsi üzrə təlim keçirilib

11-10-2024

Aviasiya Akademiyası ilə “Bayraktar Teknoloji Azərbaycan” arasında Memorandum imzalanıb

18-10-2025

“İnnovasiyalar Mərkəzi” “Bayraktar Texnoloji Azərbaycan”la əməkdaşlığa başlayır

04-07-2025

Haluk Bayraktar Yüksək Texnologiyalar Parkının innovativ məhsulları ilə yaxında tanış olub

27-05-2022

BMU-da növbəti “BoostCamp” tədris layihəsi başa çatıb

14-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə