Previous Next
Bağla

Ağıllı dərmanla müalicəyə icazə verilib

15-11-2017 14:21
Ağıllı dərmanla müalicəyə icazə verilib

ABŞ-ın Dərman Preparatları və Qida Məhsullarının Keyfiyyətinə Nəzarət üzrə İdarəsi tarixdə ilk dəfə mikroçiplə təchiz edilmiş elektron dərmanın satışına icazə verib.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, ağıllı həb təyin edilmiş dərmanların qəbulunun pasiyentə uyğun olub-olmamasını müəyyən etməyə imkan verən kiçik sensora malikdir.

Abilify MyCite dərmanları Otsuka Pharmaceutical və Proteus Digital Health şirkətləri tərəfindən hazırlanıb. Mədədə mayelərin təsiri altında aktivləşən ağıllı həb pasiyentə adi dərmanları qəbul etməyi xatırladır, orqanizmin onlara reaksiyasını araşdırır, insanın hərəkətlərini izləyir və bütün informasiyanı mobil telefona göndərir.

İdarənin nümayəndəsi Metis Mitçellin sözlərinə görə, yeni dərman xüsusilə psixi pozğunluqlardan əziyyət çəkən insanların dərmanların qəbuluna riayət etməsi baxımından çox effektiv ola bilər.

Eyni zamanda ağıllı həblər gizliliklə bağlı bir çox suallar doğurur. Onlar faktiki olaraq, xüsusi örtüyün daxilində yerləşdirilmiş mikroçipdən ibarət olduğuna görə elektron həbləri sındırmaq mümkün ola bilər. Bu səbəbdən istifadəçinin sağlamlıq vəziyyəti haqqında məlumatı üçüncü şəxslər, həmçinin sığorta şirkətləri asanlıqla əldə edə bilərlər.

Abilify MyCite həblərini qəbul edən pasiyentlər onları müalicə edən həkimin toplanan məlumatları görə bilməsinə razılıq verməlidirlər. Həmçinin onlara bu informasiyanı ailə üzvləri daxil olmaqla, üçüncü şəxslərlə paylaşmağın lazım olub-olmaması ilə bağlı seçim imkanı veriləcək.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

3D printerin köməyilə ilk dərman preparatı yaradılıb

28-03-2016

3D-çap texnologiyası ilə hazırlanmış dərmanların istehsalına icazə verilib

05-08-2015

Ağıllı həblər

12-11-2010

Sahibinin sağlamlıq vəziyyətini izləyən robot

09-10-2017

Ağıllı dərman qutusu xəstələri müalicə edəcək

01-08-2016

5 ən qeyri-adi ağıllı qurğu

23-07-2015

Nazirlik: Azad edilmiş ərazilərdə "ağıllı" xidmətlər mobil və stasionar rabitə hesabına reallaşdırılır

27-02-2021

“MobiTel” Azərbaycanda unikal “ağıllı” telefonların satışına başlayacaq

05-03-2013

Sosial şəbəkələrdə reklam edilən bu dərman zərərlidir

14-05-2018

İnsanın yaddaşını yaxşılaşdıran çip

03-04-2018

Ağıllı divar təqvimi

28-03-2017

Amazon yeni çatdırılma xidmətini istifadəyə verib

26-10-2017

“Ağıllı” plastırlar hazırlandı

27-04-2015

Facebook "ağıllı" eynək satışına başlayır

10-09-2021

Telefonlar səslə idarə olunacaq

08-02-2016

Tibbdə yeni kəşf - ağıllı sarğı

06-01-2016

Yeni eynək görmə qabiliyyətini qaytarmağa kömək edəcək

01-08-2016

Kamera və Wi-Fi ilə təchiz edilmiş ağıllı tozsoran təqdim edilib

22-09-2015

Ağıllı oyuncaqlar

22-06-2017

Dərman istehsal edən qurğu yaradılıb

05-04-2016

Ağıllı çətir öncədən hava haqqında məlumat verəcək

05-08-2016

Blockchain sistemi xərçəng xəstələrinə kömək edəcək

09-07-2018

Süni intellektə malik diş fırçası hazırlanıb

31-03-2018

Ağıllı otel fəaliyyətə başlayıb

15-03-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə