Kamera və Wi-Fi ilə təchiz edilmiş ağıllı tozsoran təqdim edilib

22-09-2015 / 10:50

iRobot şirkətinin yeni Roomba 980 adlı ağıllı  tozsoran təqdim edib.

Xeberler.az-ın xarici mətbuata istinadən məlumat verir ki, tozsoran ətraf mühiti araşdıran və yadda saxlayan daxili kameraWi-Fi texnologiyası ilə təchiz edilib.

Təmizlik işlərinə  başlamaq üçün "tozsoran" və ya mobil proqramda "Clean" düyməsinə sıxmaq kifayətdir. Mobil proqram, həmçinin təmizləmə qrafikini idarə etməyə də  imkan verir.

Təhlükəsizlik ilə əlaqədar olaraq kamera vasitəsilə çəkilmiş görüntü təmizlik bitdikdən 90 dəqiqə sonra silinir.

Şirkətin nümayəndəsi bildirib ki, tozsoran avtonom rejimdə iki-üç otağı təmizləyə bilər.

Tozsoranın batareyası 3 saat ərzində tamamilə dolur. Bu halda qurğu əvvəllki modellə müqayisədə iki dəfə çox sorma gücünə malikdir.

Tozsoran oktyabrda ABŞ-da 900 dollara satışa çıxarılacaq.

Sevinc Çəltikova

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə