Ağıllı çətir öncədən hava haqqında məlumat verəcək

05-08-2016 / 14:47

Yaponiyanın Fantastick şirkəti sahibini hava şəraiti barədə xəbərdar edən ağıllı çətir hazırlayıb.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki,  Qadjet yağışdan müdafiə üçün ilk dəfə çətirdən istifadə edən XVIII əsrdə yaşamış ingilis taciri və ixtiraçısı Conas Henveyin şərəfinə Jonas adlandırılıb. Qurğu onlayn rejimdə sahibinin mobil telefonuna hava haqqında məlumatları ötürür.

Bundan başqa, qadjetin köməyilə smartfonu tapmaq mümkündür. Belə ki, çətiri silkələdikdə telefon titrəməyə başlayır. Həmçinin eyni adlı proqram vasitəsilə qurğu öz dalğın sahibinə onu unutduğu barədə xəbərdarlıq və yerləşdiyi məkanın dəqiq koordinatlarını göndərir. Axtarışlar uğursuzluqla nəticələndikdə isə çətir öz sahibinə zəng edə bilir.

Qurğunun yuxarı hissəsi polyesterdən, dəstəyi isə yüngül alüminiumdan hazırlanıb. AAA tipli 4 batareya ilə işləyən Jonas Bluetooth modulu, sensorlar və bir neçə işıq diodu ilə təchiz edilib.

Tezliklə satışa çıxarılacaq ağıllı çətirin qiyməti 105 ABŞ dolları təşkil edir.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə