Catalia Health şirkəti sahibinin sağlamlıq vəziyyətini izləyən robot hazırlayıb.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Mabu müəyyən vaxt ərzində pasiyent haqqında informasiyanı toplayır və fərdi yanaşma metodunu tətbiq edir.
Robot hər gün sahibinin özünü necə hiss etdiyini soruşur və ondan orqanizmdə yaranan problemləri aşkar etməyə kömək edəcək bir sıra suallara cavab verməsini xahiş edir.
Mabu pasiyentə dərman qəbulunu xatırladır və onun haqqında topladığı məlumatlara əsaslanaraq müəyyən məsləhətlər verir. Bir gün ərzində toplanmış informasiyanı sahibini müalicə edən həkimə göndərir.
İstehsalçılar robotla ünsiyyətin daha rahat olması üçün onu hərəkət sensorları ilə təchiz ediblər. Bunun sayəsində Mabu həmsöhbəti ilə göz təması qura bilir. Robotun yaradılması ilə bağlı startapa hələ 2015-ci ildə start verilmişdi, lakin artıq alıcılara Mabu-nun sınaq versiyası təklif edilir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri