Avropa İttifaqı (Aİ) ABŞ-ın texnologiya nəhəngləri “Apple” və “Meta” şirkətlərini müvafiq olaraq 500 milyon və 200 milyon avro məbləğində cərimələyib.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Avropa Komissiyası bu qərarı hər iki şirkətin Avropanın rəqəmsal qanunvericiliyini pozması ilə əsaslandırıb. Komissiyanın məlumatına görə, həmin şirkətlər konkret olaraq “Rəqəmsal bazarlar qanunu”na (DMA) zidd hərəkət ediblər.
“Apple” bu qərara qarşı məhkəmə iddiası qaldıracağını bəyan edib.
Qeyd edək ki, bu qanun Avropanın rəqəmsal bazarında dominant mövqeyə malik şirkətlərin digər rəqibləri sıxışdırmasının qarşısı alınmasını nəzərdə tutur. Avropa Komissiyası “Rəqəmsal bazarlar qanunu” çərçivəsində ilk dəfə cərimə tətbiq edir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları