AİF “Eurovision 2012” mahnı müsabiqəsinin Təşkilat Komitəsinə Təkliflər göndərib

11-07-2011 / 11:40

AİF “Eurovision 2012” mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi ilə əlaqədar Azərbaycan İnternetində  gerçəkləşdirilməsi vacib hesab olunan  işlərlə bağlı Təklifləri Müsabiqənin Təşkilat Komitəsinə göndərib.

Məlum olduğu kimi AİF “Eurovision 2012” mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi ilə bağlı Azərbaycan İnternetinin effektiv fəaliyyəti, burada  yarana biləcək problemlər və onların həlli istiqamətində  Təkliflər layihəsi hazırlayaraq onun ictimai müzakirəsini  təşkil etmişdi. Müzakirələr zamanı  irəli sürülən rəy və təkliflər nəzərə alınmaqla AİF tərəfindən Təkliflərin yekun variantı hazırlanıb.

Təkliflər üç  istiqamət üzrə hazırlanıb :
- Azərbaycan internetinin müxtəlif dillərdə milli kontentinin təkmilləşdirilməsi.
- Global resurslarda Azərbaycanla bağlı məlumatların zənginləşdirilməsi .
 - Azərbaycan internetində infrastruktur problemlərinin aradan qaldırılması

AİF bildirir ki ,  bu məslə diqqətdə saxlanılacaq, bu istiqamətdə Azərbaycan İnternetində baş verənlər və görülən işlərlə bağlı İnternet ictimaiyyətinə məlumat veriləcək .

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə