Akademik Əli Abbasov:”Festivalda sərgilənən PUA-nın real nümunəsinin hazırlanması üçün razılıq əldə olunub”

03-06-2022 / 22:55

AMEA İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov “TEKNOFEST Azərbaycan” festivalında Akademiyanın iştirakının nəticələrinə həsr olunmuş AMEA Rəyasət Heyətinin xüsusi iclasında çıxış edib.

Xeberler.az məlumat verir ki, iclasda rəhbərlik etdiyi qurumun “TEKNOFEST Azərbaycan” festivalında iştirakı ilə bağlı təəssüratlarını bölüşən alim festivalın dövlət, özəl şirkətlər və akademik müəssisələrin birgə əməkdaşlığı modelində keçirilən tədbirlərdən olduğunu vurğulayıb.

Akademik Əli Abbasov İdarəetmə Sistemləri İnstitutunun tədbirdə 2 eksponatla təmsil olunduğunu bildirərək, festivalda Yüksək Texnologiyalar Parkının rezidenti “Elm və Texnologiya Parkı” MMC (ETP), Xüsusi Konstruktor Bürosu, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun birgə hazırladığı pilotsuz uçuş aparatları (PUA) üçün uçuş kontrolleri və “Elm və Texnologiyalar Parkı” MMC-də istehsal olunan “Şahin” müşahidə təyinatlı PUA-nın nümayiş etdirildiyini diqqətə çatdırıb. O, bu eksponatlara müxtəlif nazirliklər, Dövlət Sərhəd Xidmətinin məsul şəxsləri,  “Baykar Teknoloji” şirkətinin baş direktoru Haluk Bayraktar, eləcə də digər xarici şirkətlərin nümayəndələri tərəfindən böyük maraq göstərildiyini qeyd edib.

Baş direktor təqdim olunan PUA-nın real nümunəsinin hazırlanması üçün müvafiq qurumlarla razılığın əldə olunduğunu da bildirib.

Çıxışının sonunda akademik Əli Abbasov “TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində yerli və xarici şirkətlərlə əməkdaşlıq üçün imkanların yarandığını, perspektivlərin müəyyənləşdirildiyini diqqətə çatdırıb.

 


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə