Previous Next
Bağla

Radiasiya Problemləri İnstitutu festivalda 2 eksponatla təmsil olunacaq

20-04-2022 17:11
Radiasiya Problemləri İnstitutu festivalda 2 eksponatla təmsil olunacaq

AMEA Radiasiya Problemləri İnstitutu 26-29 may tarixlərində Bakıda baş tutacaq “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı çərçivəsində keçiriləcək sərgidə AMEA üçün ayrılmış pavilyonda 2 eksponatla təmsil olunacaq.

Xeberler.az bildirir ki, bu barədə Radiasiya Problemləri İnstitutunun (RPİ) baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev məlumat verib.

Əhalinin və ətraf mühitin radiasiya təhlükəsizliyinin təmin edilməsinin alimlər qarşısında duran əsas vəzifələdən olduğunu deyən İ.Mustafayev rəhbərlik etdiyi institutda radiasiya təhlükəsizliyi sahəsində zəngin təcrübənin formalaşdığını, uzun illərdir ki, müvafiq istiqamətdə tədqiqatların aparıldığını və yüksəkixtisaslı mütəxəssislərin yetişdirildiyini bildirib.

O, radiasiya təhlükəsizliyi sahəsində müasir texnologiyaların tətbiqi ilə kompleks multidissiplinar tədqiqatların aparıldığını diqqətə çatdırıb. Baş direktor qeyd edib ki, təqdim olunacaq eksponatlardan biri institutun mütəxəssislərinin keçilməz və təhlükəli dağ relyefində radiasiya monitorinqini aparmaq üçün hazırladığı cihazdır. Bu cihaz pilotsuz uçuş aparatlarının üzərində yerləşdirilmiş radiometrdən ibarətdir.

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil edilən ekspedisiyalar çərçivəsində institut nümayəndələrindən ibarət qrup il yarım ərzində 8 dəfə işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənmiş ərazilərində radioekoloji monitorinqlər aparıb”, - deyə İ.Mustafayev bildirib. Onun sözlərinə görə, keçilməz relyeflərdə radiasiya monitorinqinin tam mənzərəsini əldə etmək üçün bu prosesin pilotsuz uçuş aparatları üzərində proqramla təmin edilmiş radiasiya səviyyəsini ölçən cihaz – radiometrin yerləşdirilməsi ilə həyata keçirilməsi zəruridir.

Baş direktor hazırda institutun gənc alimlərindən ibarət xüsusi bir qrupunun bu cihazın prototipinin hazırlanması üzərində işlədiyini və cihazın “Teknofest Azərbaycan” festivalında nümayiş etdirilməsinin nəzərdə tutulduğunu söyləyib.

Alim institutun festival çərçivəsində keçiriləcək sərgidə təşkil olunan AMEA pavilyonunda təqdim edəcəyi digər qurğunun analoqlarından texniki parametrlərinə görə fərqləndiyini diqqətə çatdırıb. Bildirib ki, cihaz yol tikintisi, mədən işləri və s. xüsusi məqsədlər üçün partlayıcı maddələrin uzaqdan idarə olunmasına imkan verən müxtəlif zəruri proqramlarla təchiz olunub.

İ.Mustafayev institut alimləri tərəfindən hazırlanmış bu texnoloji həllərin yüksək texniki göstəricilərə və geniş imkanlara malik olduğunu vurğulayıb. O, “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalının ən müasir texnoloji qurğuların ölkə ictimaiyyətinə təqdimatı, eləcə də gələcək əməkdaşlıqlar üçün mühüm platforma olduğunu qeyd edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“İşğaldan azad edilmiş ərazilərdə radiasiya təhlükəsizliyi təmin edilməlidir”

31-10-2022

AMEA Azərbaycan elmini yüksək səviyyədə təmsil etməyə hazırlaşır

25-05-2022

Texnopark “Teknofest” festivalında 5 rezidentlə təmsil olunacaq

17-05-2022

“Süni intellekt elmi tədqiqatlarda” mövzusunda elmi seminar keçirilib

14-07-2025

Akademik Əli Abbasov:”Festivalda sərgilənən PUA-nın real nümunəsinin hazırlanması üçün razılıq əldə olunub”

03-06-2022

Radiasiya yayan telefonların siyahısı açıqlanıb

25-07-2019

AMEA rəhbərliyi “Teknofest Azərbaycan” festivalında xüsusi pavilyona baxış keçirib

25-05-2022

Rasim Əliquliyev: "Texnologiya festivalına ev sahibliyi etməyimiz Prezidentin siyasətinin nəticəsidir"

16-03-2022

“Təcrübə-Sənaye Zavodu” festivala rəqabətə dözümlü məhsullar təqdim edəcək

04-05-2022

"Teknofest Azərbaycan" festivalında yeni nailiyyətlər nümayiş etdiriləcək

15-04-2022

AMEA 2023-cü ildə Türkiyədə keçiriləcək “TEKNOFEST ” Festivalında iştirak edəcək

03-06-2022

İRİA: İşğaldan azad edilmiş ərazilərdə radioekoloji tədqiqatlar aparılır

12-06-2025

Dövlət rəsmiləri “TEKNOFEST Azərbaycan”da AMEA pavilyonu ilə tanış olublar

27-05-2022

Misir Mərdanov: “AMEA-nın intellektual və innovasiya potensialı yüksək səviyyədə təqdim olunmalıdır”

03-06-2022

AMEA-nın müəssisələri “Teknofest Azərbaycan”da iştirak edəcək

14-03-2022

Akademik Arif Həşimov: “TEKNOFEST” Azərbaycan elmi qarşısında yeni vəzifələr müəyyənləşdirdi”

03-06-2022

İRİA Astarada havanın radiasiya çirklənməsi səviyyəsini tədqiq edir

13-06-2025

“Yaşıl və rəqəmsal transformasiyalar” adlı konfrans keçirilib

09-11-2024

Robot-dezinfektor “Teknofest Azərbaycan”da nümayiş etdiriləcək

12-05-2022

Coğrafiyaçı alim Türkiyədə keçirilən Beynəlxalq Konqresdə çıxış edib

09-09-2022

İranla sərhəd ərazilərdə radiasiya artmayıb - BİRGƏ MƏLUMAT

24-06-2025

Azərbaycanda ayın səthini tədqiq etmək üçün xüsusi detektorlar hazırlanır

11-07-2023

“Ağıllı” arı yeşiklərinin istehsalına başlanılıb

11-05-2022

AMEA “TEKNOFEST Azərbaycan” festivalında uğurla iştirak edir

26-05-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə