Previous Next
Bağla

Azərkosmos-un nümayəndəsi beynəlxalq komitənin sədri seçilib

13-10-2016 11:32
Azərkosmos-un nümayəndəsi beynəlxalq komitənin sədri seçilib

Oktyabrın 12-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Telekommunikasiya Peyki Təşkilatının (İTSO) Tərəflər Assambleyasının 37-ci iclası öz işinə başlayıb.

Xeberler.az-ın məlumatına görə, tədbirin ilk günündə aparılmış gərgin müzakirələrdən və danışıqlardan sonra Azərbaycan təşkilatın Şərqi Avropa və Şimali Asiya ölkələri qrupundan (C qrupu) Mandat Komitəsinə üzv qəbul edilib.

Daha sonra İTSO-ya üzv ölkələrin yekdil qərarı ilə Lüksemburq, Butan, Cənubi Afrika və Kanadanın da üzv olduğu Mandat Komitəsinin sədri vəzifəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Azərkosmos  ASC-nin hüquq departamentinin direktoru İlqar Abdullayev seçilib.

Tədbirdə Mandat Komitəsinin sədri kimi çıxış edən İ.Abdullayev ölkəmizə göstərilmiş etimada görə üzv ölkələrə təşəkkürünü bildirərək, qurumun səlahiyyətində olan bir sıra məsələlər barədə danışıb.

Dünyanın 149 ölkəsinin nümayəndələrinin iştirakı ilə Amerika Universitetinin Hüquq üzrə Vaşinqton Kollecində keçirilən bu tədbirdə ölkəmizi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Azərkosmos ASC-nin nümayəndəsi ilə yanaşı, Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşları Emil Səfərov və Sərxan İsmayılov təmsil edir.

Beynəlxalq Telekommunikasiya Peyki Təşkilatının (İTSO) Tərəflər Assambleyasının 37-ci iclası oktyabrın 14-dək davam edəcək. İclasda Fransa, İspaniya və Uqandadan olan üç namizəd arasından İTSO-nun yeni baş direktorunun seçilməsi planlaşdırılır.(AZƏRTAC)

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan Avropa Peyk Rabitəsi Təşkilatının Məşvərət Komitəsinə üzv seçilib

15-04-2019

Fevralın 8-də Azərbaycanın ilk peyki orbitə çıxarılacaq

05-02-2013

Bakıda kosmos üzrə beynəlxalq məktəb işinə başlayıb

08-10-2018

UNESCAP-ın İKT komitəsinin iclası başlayır

20-11-2008

Azərkosmos ASC-nin nümayəndələri AzTU-da tələbələrlə görüşüblər

13-10-2018

“Azərkosmos” ASC-də qanvermə aksiyası keçirilib

19-11-2014

“Azərkosmos”a səfər

11-10-2018

Azərkosmos Intersat şirkəti ilə müqavilə imzalayıb

18-09-2019

Azərbaycan Poçt və Telekommunikasiya Administrasiyalarının Avropa Konfransının Beynəlxalq Telekommunikasiya İttifaqı ilə əlaqələr komitəsinin iclasında iştirak edəcək

21-09-2010

Azərkosmos ASC-nin internet səhifəsi fəaliyyətə başlayıb

05-06-2012

Beynəlxalq Astronavtika Federasiyası Baş Assambleyasının iclası keçirilib

30-10-2019

RİTN nümayəndəsi UNESCAP-ın tədbirində iştirak edəcək

17-11-2008

Azerspace-2-nin orbital mövqeyinə çatması üçün 5 ay vaxt lazımdır

27-09-2018

“Azərkosmos” ABŞ-ın “UltiSat” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

16-04-2020

Azərkosmos-un gəlirləri kəskin artıb

31-05-2018

Avropa Oyunlarının İKT təminatına görə nazirə təşəkkür

30-06-2015

Dövlət Sosial Müdafiə Fondundan daha bir uğur

28-10-2022

Bu il Azərkosmos 19 ölkədən 12,7 mln. dollar gəlir əldə edib

30-07-2018

“Azərpoçt” Poçt Təhlükəsizliyi Fəaliyyət Qrupunun 6-cı iclasında təmsil olunub

26-05-2021

Azerspace-2 sınaq orbitinə çatdı

19-12-2018

Telekommunikasiya peyki üzrə istehsalçının seçimi ilə bağlı tender elan edilib

11-08-2015

"Azərkosmos"un gəlirləri açıqlanıb

01-03-2021

Azərbaycan 2025-ci ildə “EaPeReg”ə sədrlik edəcək

29-05-2024

Peyklərimizdən əldə edilən gəlir açıqlandı

31-10-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə