Previous Next
Bağla

Ekspert: McDonalds Azərbaycanda siyasətə qarışmırdı, indi isə Ukraynada təcavüzə etiraz edir

09-03-2022 19:09
Ekspert: McDonalds Azərbaycanda siyasətə qarışmırdı, indi isə Ukraynada təcavüzə etiraz edir

““McDonald's” Vətən Müharibəsi zamanı ANCA (Amerikanın Erməni Milli Komitəsi – red.) erməni lobbisinin təkidi ilə "Qarabağ Azərbaycandır" paylaşımını öz sosial media səhifəsindən silmişdi. O zaman “McDonalds” bunu siyasətə qarışmamaqları ilə izah etmişdi”.

Xeberler.az bildirir ki, bu fikirləri Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz Ukraynadakı hadisələrlə bağlı “McDonald's” şirkətinin Rusiyada 850 restoranın bağlanılması barədə qərarına münasibət bildirərkən qeyd edib.

““McDonald's” şirkəti Ukraynaya təcavüzlə bağlı Rusiyanı boykot edərək, bu ölkədə olan 850 restoranını bağlayıb. Anlaşılandır.

Amma həmin “McDonald's” Vətən Müharibəsi zamanı ANCA erməni lobbisinin təkidi ilə "Qarabağ Azərbaycandır" paylaşımını öz sosial media səhifəsindən silmişdi.

Bununla bağlı ciddi etirazlar olmuşdu. O zaman “McDonald's” bunu siyasətə qarışmamaqları ilə izah etmişdi.

Yəni, o zaman bu şirkət, həmçinin də onları dəstəkləyən bəziləri Azərbaycanın suverenliyi məsələsini, bizim üçün milli qurur, milli maraq, beynəlxalq hüquq məsələsini "franşiza-françayzinq" səviyyəsinə, “siyasətə qarışmırıq” səviyyəsinə endirmişdilər”, - Osman Gündüz qeyd edib.

O bildirib ki, indi bu şirkət digər bir ölkənin suverenliyi və ərazi bütövlüyünə olan təcavüzlə bağlı bir anda 850 restoranı Rusiyada bağlayıb: “Necə olur ki, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qəsd edənlərə qarşı apardığımız ədalətli müharibədə bu tip addımlar “siyasətə qarışmaq” hesab olunur, amma digər ölkədə bu “təcavüzə etiraz” olur?

"Bunun çox sadə bir adı var, yumşaq formada buna ikili standart deyirlər.

Təəssüf edirəm ki, o zaman ciddi ictimai etirazlar, boykot çağırışları olsa da, bütün diqqət müharibəyə yönəldiyindən rəsmi qurumlarımız bu məsələdə çox da dərinə getmədilər.

Fikrimcə, dövlət üçün bu çox yanlış addım idi. Təkrarlanmaması üçün hökumət ciddi tədbirlər görməli idi. Normal ölkələr, özünə hörmət edən dövlətlər bu tip addımları bağışlamırlar”.

Ekspert ümid edir ki, aidiyyəti qurumlar “McDonald's” və bu tip qurumların 44 günlük müharibə zamanı Azərbaycana qarşı etdiklərini unutmayıblar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ermənilərin “Google”-yə etiraz məktubu

Ermənilərin “Google”-yə etiraz məktubu

04-06-2009
Ekspert: "Twitter"ə qoyulan məhdudiyyət aradan qaldırılmalıdır

Ekspert: "Twitter"ə qoyulan məhdudiyyət aradan qaldırılmalıdır

12-10-2020
Türk hakerlər Ermənistanın rəsmi saytını dağıtdılar

Türk hakerlər Ermənistanın rəsmi saytını dağıtdılar

29-12-2010
Fuat Oktay: Həm ABŞ, həm də Qərb dövlətlərində "X panikası" var

Fuat Oktay: Həm ABŞ, həm də Qərb dövlətlərində "X panikası" var

07-12-2024
Ekspert: Rusiyadan köçən İT mütəxəssislər hansı ölkələrə gediblər?

Ekspert: Rusiyadan köçən İT mütəxəssislər hansı ölkələrə gediblər?

07-09-2022
Osman Gündüz: "fake" xəbərlərin yayılması düşmənin marağındadır"

Osman Gündüz: "fake" xəbərlərin yayılması düşmənin marağındadır"

16-10-2020
Ekspert: Beynəlxalq platformalarla kimlər “vuruşmalıdır”?

Ekspert: Beynəlxalq platformalarla kimlər “vuruşmalıdır”?

25-07-2020
Ekspert: İran Ermənistanda dron istehsalı zavodu aça bilərmi?

Ekspert: İran Ermənistanda dron istehsalı zavodu aça bilərmi?

13-09-2022
Ekspert: “Rusiya və Ukraynadan İT mütəxəssislərini Azərbaycana cəlb etməliyik”

Ekspert: “Rusiya və Ukraynadan İT mütəxəssislərini Azərbaycana cəlb etməliyik”

16-03-2022
Milli informasiya resursları ələ keçirilib

Milli informasiya resursları ələ keçirilib

03-03-2023
Kəlbəcərin kosmosdan görüntüsü

Kəlbəcərin kosmosdan görüntüsü

25-11-2020
Səlahiyyətli qurumlarımız dünya xəritə servisləri ilə işləyə bilmir- ekspert

Səlahiyyətli qurumlarımız dünya xəritə servisləri ilə işləyə bilmir- ekspert

11-06-2018
“Vikipediya”nın ingilis dili bölməsində Qarabağla bağlı məlumatlar zənginləşdirilir

“Vikipediya”nın ingilis dili bölməsində Qarabağla bağlı məlumatlar zənginləşdirilir

21-11-2020
Ekspert: Baş Prokurorluq son zamanlar medianı xüsusi diqqətdə saxlayır

Ekspert: Baş Prokurorluq son zamanlar medianı xüsusi diqqətdə saxlayır

10-08-2022
WhatsApp, Skype-a qoyulan blok niyə aradan qaldırılmır?

WhatsApp, Skype-a qoyulan blok niyə aradan qaldırılmır?

23-05-2017
Seçkilər ərəfəsində sosial media məhdudlaşdırıla bilərmi?

Seçkilər ərəfəsində sosial media məhdudlaşdırıla bilərmi?

28-03-2018
İnsident menecment açar sözlərlə axtarış aparacaq

İnsident menecment açar sözlərlə axtarış aparacaq

25-07-2018
“Azərbaycana maraqlar çoxaldıqca kiberhücumların sayı artacaq”

“Azərbaycana maraqlar çoxaldıqca kiberhücumların sayı artacaq”

27-02-2015
Ekspert:Ermənilər Şuşa ətrafında baza stansiyalarını gücləndiriblər

Ekspert:Ermənilər Şuşa ətrafında baza stansiyalarını gücləndiriblər

25-04-2022
Ekspert mobil operatorlara maraqlı təklif verdi

Ekspert mobil operatorlara maraqlı təklif verdi

02-10-2020
İlqar Musayev: "Azərbaycana çoxlu sayda kiberhücum olur, lakin hamısını açıqlaya bilmirik"

İlqar Musayev: "Azərbaycana çoxlu sayda kiberhücum olur, lakin hamısını açıqlaya bilmirik"

25-09-2024
İsgəndər raketinin Şuşaya atılmasında qaranlıq məqamlar

İsgəndər raketinin Şuşaya atılmasında qaranlıq məqamlar

02-04-2021
Ekspert: Nazirlik çoxdan 5G ilə bağlı açıqlamalar verməli idi

Ekspert: Nazirlik çoxdan 5G ilə bağlı açıqlamalar verməli idi

05-09-2022
İnformasiya müharibəsini kim aparmalıdır?

İnformasiya müharibəsini kim aparmalıdır?

04-04-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə