Previous Next
Bağla

Alimlər: “Ofis işçiləri iş günü ərzində minimum iki saat ayaq üstə durmalıdır”

03-06-2015 10:03
Alimlər: “Ofis işçiləri iş günü ərzində minimum iki saat ayaq üstə durmalıdır”

Britaniya alimlərinin qənaətinə görə, ofis işçiləri sağlamlıqlarını qorumaq üçün iş günü ərzində minimum iki saat ayaq üstə durmalıdırlar.

Xeberler.az RYTN-nin rəsmi saytına istinadən məlumat  verir ki, oturaq həyat tərzinin insan sağlamlığına təsirinin təhlili İngiltərə Səhiyyə Departamentinin (Public Health England) sifarişi ilə keçirilib. Nümunə kimi kompüter arxasında oturaraq işləyən şirkət əməkdaşlarının günün nizam qaydası götürülüb. Həkimlər qərara gəliblər ki, uzun müddət oturmaq ürək-damar xəstəlikləri, diabet, xərçəng, onurğa sütunu və həzm problemləri kimi ciddi fəsadlara yol aça bilər.

Bununla əlaqədar tədqiqatçılar oturaq həyat tərzinin pis nəticələrini minimuma endirmək üçün düz qamətlə işləməyi və səkkiz saatlıq iş günü ərzində ayaq üstə ən azı iki saat keçirməyi tövsiyə edirlər. Mütəxəssislər bu tövsiyənin yerinə yetirilməsi üçün mümkün üsullar kimi liftdən istifadədən imtina edərək pilləkənlə qalxmağa, telefonla danışarkən stuldan durmağa, eləcə də mümkün olan halda iş yoldaşlarına elektron poçtdan istifadə etmədən birbaşa müraciət etməyə çağırırlar.

Tədqiqatda o da qeyd olunur ki, Skandinaviya ölkələrində iş yerlərinin 90 faizi əməkdaşa noutbuku və ya kompüteri uyğun hündürlüyə qaldırmağa və ayaq üstə işləməyə imkan verən xüsusi avadanlıqla təchiz edilib. Böyük Britaniyada bu göstərici 1 faizə bərabərdir.

Xeberler.az

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Mobil telefonlar piylənməyə səbəb olur

30-07-2019

Oyun kompüterləri çoxlu enerji sərf edir

07-09-2015

Kompüter alqoritmi DNK-ya görə insanın boyunu proqnozlaşdırır

10-10-2018

“Sosial şəbəkələr təhsilə təsir göstərmir”

12-10-2015

Uşaqlar elektron qurğuları gəzməyə və danışmağa başlamadan öyrənir

28-04-2015

Süni intellekt ürək xəstələrinin ömrünü uzadacaq

27-10-2024

Televiziya gənclər arasında mövqeyini itirir

25-05-2015

“Məktəblərin kompüterlərlə təchiz edilməsi müvəffəqiyyət dərəcəsini artırmır”

22-09-2015

Diabet xəstələri üçün yeni plastır yaradılıb

17-03-2016

Xərçəng xəstəliyini aşkar edən sensor hazırlanır

10-08-2015

Bütün günü kompüter arxasında keçirmək həyat üçün təhlükəli ola bilər

27-04-2011

Smartfon internetə daxil olmaq üçün əsas vasitədir

20-08-2015

“Mobil İnternet fərdi kompüterlərdən istifadəni azaltmır”

01-06-2015

ABŞ-da hər dördüncü yol nəqliyyat hadisəsinə mobil telefon səbəb olur

21-05-2015

Azərkosmos-da Qurtuluş Günü ilə bağlı qanvermə aksiyası keçirilib

15-06-2016

Çəkisizlik vəziyyətinin insan orqanizminə təsiri öyrəniləcək

14-04-2015

Yeni texnologiya xərçəng xəstəliyini 3 dəqiqəyə aşkar edir

18-06-2015

Yaşlılara özəl ağıllı saat gəlir

27-04-2015

Su ilə işləyən ilk kompüter

30-11-2016

Ölüm tarixini müəyyən edən superkompüter

20-09-2015

Kiçik implantat xərçəngin müalicəsinin gedişatını izləyə bilir

12-08-2015

Hər gün 500 milyondan çox sakin kompüter oyunu oynayır

01-05-2015

Kompüter hücumları insan ölümlərinə səbəb ola bilər

22-07-2015

Oculus Rift-in satış tarixi bəlli oldu

07-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə