Google Apple-ı geridə qoydu-Hesabat

03-02-2017 / 12:38

Dünyanın ən qiymətli markaları siyahısında bir müddətdir  birincliyə sahibi olan Apple sektordakı ciddi rəqiblərindən olan Google tərəfindən bu yerindən olub.

Xeberler.az məlumat verir ki, bu barədə müstəqil məsləhət firması Brand Finance-in yayımladığı 2017-ci il Global 500 adlı hesabatda qeyd edilib.

Məlumata görə, ötən illə müqayisədə marka dəyərindəki 24 faiz artımla 109,5 milyarda dollara yüksələn Google Apple-ı keçməyi bacarıb.

Ötən ilə nisbətən 27 faizlik azalma ilə dəyəri 107,1 milyard dollara düşən Apple artıq "Dünyanın ən qiymətli markası" siyahısında Google-dan arxada, 2-ci sıradadır. Bununla 2011-ci ildən bəri arda-arda 6 il  zirvədə olan Apple-ın da ənənəsi pozulmuş oldu.

Brand Finance-in hesabatında olduqca maraqlı qeydlər da yer alıb. Bunlardan ən çox diqqət çəkənlərdən biri Apple ilə əlaqəlidir. Hesabata görə, Apple müştərilərinin yaxşı niyyətindən sui-istifadə edib. Qeyd edilib ki, Apple Watch kimi yeni məhsullar gəlir gətirməkdə uğursuz olub və şirkət istifadəçilərin gözlədiyi yeni texnologiyaları ortaya qoya bilməyib.

Hesabatda müştərilərin firmaya olan güvəninin də azalmağa başladığı qeyd edilib.

Onu da bildirək ki, bütün bunlara baxmayaraq Apple 78,4 milyard dollar gəlir və 17,89 milyard dollar mənfəət ilə ötən ilin son rübündə rekord qırmağı da bacarıb.

Bir digər dünya nəhəngi markalardan olan ABŞ-ın e-ticarət şirkəti Amazon siyahıda üçüncü sırasını qorumağı bacarıb. Belə ki, Amazon keçən ilə görə 53 faiz artım göstərib. Bununla yanaşı, şirkət marka dəyərini 106,4 milyard dollara qaldırıb.

Hesabata görə, qarşıdakı 18 ay üçün bir planlama edən və bu istiqamətdə ABŞ-da 100 min nəfərlik yeni iş yeri yaratmağı məqsəd qoyan Amazon növbəti il bu zirvədə birinci ola bilər.

 

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə