Previous Next
Bağla

AMB “İnteraktiv statistik məlumat bazası”nı istifadəyə verib

19-05-2025 10:21
AMB “İnteraktiv statistik məlumat bazası”nı istifadəyə verib

Azərbaycan Mərkəzi Bankı (AMB) ictimaiyyəti əsas statistik göstəricilər və analitik icmallarla operativ qaydada təmin etmək məqsədilə yeni “İnteraktiv statistik məlumat bazası” (Naviqasiya) yaradıb. 

Xeberler.az AMB-yə istinadən məlumat verir ki, yeni naviqasiya sistemi daxili və xarici istifadəçilərin kritik məlumatlara çıxış imkanlarını genişləndirmək məqsədilə 2 dildə (Azərbaycan və İngilis dilləri), funksional və müasir interfeysdə hazırlanıb. Hazırda Naviqasiya ana səhifə və 5 fərqli bölmədən (Makroiqtisadi statistika, Monetar statistika, Maliyyə sektorunun statistikası, Ödəniş sistemlərinin statistikası və Xarici sektorun statistikası) ibarətdir. Hər bir bölmə üzrə məlumat tutumlu lövhələr, qrafiklər və cədvəllər yer almaqdadır. Bununla yanaşı, Naviqasiya sistemində ana səhifədə xüsusi “Dinamik xəritə” bölməsi yaradılıbdır ki, bu bölmədə hər bir şəhər (rayon) üzrə ən vacib maliyyə göstəricilərini təhlil etmək mümkündür.

Bu təşəbbüs elmi-tədqiqat işlərinin aparılması, proqnozlaşdırma, analitik arayışların hazırlanması və s. kimi məqsədlər üçün məlumat bazası rolunda çıxış edəcək. Növbəti dövrlərdə zərurət olduqca Naviqasiya sisteminin əhatəliliyinin artırılması imkanlarına da baxılacaq.

“İnteraktiv statistik məlumat bazası” Mərkəzi Bankın rəsmi internet səhifəsində Statistika bölməsinə inteqrasiya edilib.

“İnteraktiv statistik məlumat bazası”na bu keçid vasitəsilə daxil olmaq mümkündür. 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan İpoteka Fondunun yeni veb-saytı yaradılıb

28-05-2009

Banklar üzrə rəqəmsal fırıldaqçılıq statistikası açıqlanıb

22-10-2025

Azərbaycan Beynəlxalq Valyuta Fondunun standartını tətbiq etdi

25-02-2019

Statistik məlumatlar sisteminin təqdimatı olub

28-06-2019

Statistik hesabatların təqdim edilməsində "Elektron imza" tətbiq ediləcək

26-02-2025

Rəqəmsal iqtisadiyyata dair statistik göstəricilər sistemi hazırlanacaq

25-12-2025

Azərbaycanın İT şirkəti Qırğızıstanla əməkdaşlığa hazırlaşır

12-08-2015

Vahid Məhkəmə Portalının funksionallığına dair video hazırlanıb

13-12-2024

Bu gün “Azərbaycanda İKT statistikası: reallıq, problemlər və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirilib

19-12-2008

Mərkəzi Bank yeni rəqəmsal platformaları istifadəyə verib

03-09-2025

Statistikada peyk məlumatlarından istifadə genişləndiriləcək

24-09-2025

“Azərbaycanda Rəqəmsal İnkişaf. Faktlar. Təhlillər. Rəqəmlər” adlı statistik göstəricilər toplusu hazırlanıb

04-11-2023

GPS naviqasiya proqramı istifadəyə verilib

12-10-2015

“Elektron pul bazarında əməliyyatların məbləği ilə bağlı dəqiq statistika aparılmır"

22-06-2023

Bakını əhatə edən offlayn naviqasiya proqramı istifadəyə verildi

14-10-2015

ASAN xidmət-in saytı yeniləndi

25-07-2017

AzNav istifadəçilərin sayı 270 mini ötüb

17-01-2018

«Azercell» naviqasiya xidmətini istifadəyə verdi

16-03-2011

Denis Trefilov: Yeni rəqəmsal dünyada statistikanın rolu böyükdür

24-09-2025

Mərkəzi Banka "myGov" üzərindən müraciət etmək imkanı yaradılıb

17-04-2025

GoMap Azərbaycanın naviqasiya sisteminə inteqrasiya olunacaq

12-08-2015

Mərkəzi Bankdan sosial şəbəkələrdəki dələduzlarla bağlı xəbərdarlıq

26-04-2023

Çin “BeiDou-3” naviqasiya sistemi üçün 2 ehtiyat peyki orbitə çıxarıb

19-09-2024

Təhsil müəssisələrinə verilən İKT avadanlıqların statistikası açıqlanıb

30-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə