Previous Next
Bağla

Statistik hesabatların təqdim edilməsində "Elektron imza" tətbiq ediləcək

26-02-2025 11:22
Statistik hesabatların təqdim edilməsində "Elektron imza" tətbiq ediləcək

Dövlət Statistika Komitəsinin “Rəsmi statistik hesabatların təqdim edilməsi” elektron xidmətindən istifadə zamanı "Digital login" sisteminin ("Elektron imza" və ya "Asan imza") tətbiqinə başlanacaq.

Xeberler.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, rəsmi statistika məqsədləri üçün hüquqi və fiziki şəxslər tərəfindən təqdim edilən ilkin məlumatların məxfiliyinin təmin olunması sahəsində həyata keçirilən tədbirlər çərçivəsində 2025-ci ilin mart ayından etibarən Dövlət Statistika Komitəsinin “Rəsmi statistik hesabatların təqdim edilməsi” elektron xidmətindən istifadə zamanı "Digital login" sisteminin ("Elektron imza" və ya "Asan imza") tətbiqinə başlanacaqdır.

Keçid mərhələsi kimi, 2025-ci ilin iyul ayınadək elektron və ya asan imzanın tətbiqi ilə yanaşı, rəsmi statistika hesabatlarının təqdim edilməsi hazırkı qaydada, yəni statistik vahidlər tərəfindən elektron informasiya sisteminə kod və parol daxil edilməklə də mümkün olacaqdır. Keçid mərhələsi başa çatdıqdan sonra kod və parol vasitəsilə rəsmi statistika hesabatlarının təqdim edilməsi mümkün olmayacaqdır (filial və nümayəndəliklər, onların tabe olduğu hüquqi şəxslər istisna olmaqla).

“Qeyd olunanları nəzərə alaraq rəsmi statistika hesabatlarının elektron və ya asan imzadan istifadə etməklə vaxtında təqdim edilməsi üçün hazırlıq işlərinin görülməsi Sizdən xahiş olunur. Hüquqi və ya fiziki şəxsin göstərdiyi fəaliyyət sahəsi üzrə təqdim etməli olduğu rəsmi statistika hesabatlarının təqdimetmə müddəti bitdikdə “Rəsmi statistik hesabatların təqdim edilməsi” elektron informasiya sisteminə giriş bağlanacaq və müvafiq məlumatların təqdim edilməsi mümkün olmayacaqdır. Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatlar təqdim edilmədikdə və ya vaxtında təqdim edilmədikdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxslər barəsində 300 manatdan 500 manatadək məbləğdə inzibati cərimə tətbiq ediləcəkdir” - deyə məlumatda qeyd edilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Komitənin tətbiq etdiyi cərimələr ASAN ödəniş sistemi vasitəsilə ödənəcək

08-07-2015

Nazirliyə yeni elektron xidmətlərin göstərilməsi həvalə edilib

18-08-2018

Statistik məlumatlar sisteminin təqdimatı olub

28-06-2019

Ötən il 500 mindən çox "ASAN İmza" sertifikatı verilib

14-01-2026

Statistikada peyk məlumatlarından istifadə genişləndiriləcək

24-09-2025

ASAN xidmət-dən daha bir yenilik

06-03-2018

7 ayda 282 minə yaxın "ASAN İmza" sertifikatı verilib

11-08-2025

Yanvarda 49 minə yaxın "ASAN İmza" sertifikatı verilib

17-02-2026

Azərbaycanda yeni verilən "ASAN İmza" sertifikatlarının sayı azalıb

17-02-2025

2 ayda 85 mindən çox "ASAN İmza" sertifikatı verilib

16-03-2026

11 ayda 471 minə yaxın "ASAN İmza" sertifikatı verilib

08-12-2025

I rübdə 113 mindən çox "ASAN İmza" sertifikatı verilib

14-04-2026

Sığorta hesabatlarını elektron formada necə göndərməli?

17-04-2017

4 ayda 160 mindən çox "ASAN İmza" sertifikatı verilib

13-05-2026

Bu il 560 mindən çox ASAN İmza sertifikatı verilib

12-12-2024

5 ayda 198 minə yaxın "ASAN İmza" sertifikatı verilib

18-06-2025

“Mühasibat uçotu haqqında” Qanuna dəyişiklik edilir

03-03-2025

Rəsmi statistik məlumatların istehsalında İKT mövzusunda konfrans keçirilib

11-12-2019

Azərbaycan Beynəlxalq Valyuta Fondunun standartını tətbiq etdi

25-02-2019

Dövlət informasiya ehtiyatları və fərdi məlumatlarla bağlı yeni statistika açıqlanıb

17-05-2014

Azərbaycanda bir ayda 4 minə yaxın elektron imza istifadəyə verilib

10-03-2016

Naxçıvanda bu il 300-dən artıq elektron imza sertifikatı verilib

04-09-2023

E-imza sertifikatlarının sayı açıqlandı

12-07-2016

Dövlət Vergi Xidməti kod-paroldan istifadəni məhdudlaşdıracaq

29-03-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə