Previous Next
Bağla

AMEA-nın Yüksәk Texnologiyalar Parkı ANAMA ilə Niyyət Sazişi imzalayıb

02-10-2018 15:58
 AMEA-nın Yüksәk Texnologiyalar Parkı ANAMA ilə Niyyət Sazişi imzalayıb

Oktyabrın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA-nın Yüksək Texnologiyalar Parkı (“YT Park”) ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) arasında əməkdaşlıq məqsədilə Niyyət Sazişinin imzalama mərasimi olub. Bu barədə AMEA-dan məlumat verilib.

Xeberler.az  bildirir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev ANAMA ilə əməkdaşlığın əhəmiyyətindən danışıb. Akademik bildirib ki, bu əməkdaşlıq pilotsuz uçuş aparatları, dronlar, zirehli jiletlərin alt və üst geyim formaları, minaların zərərsizləşdirilməsi üçün xüsusi geyim və kostyumlar, müxtəlif növ hərbi sursatlar üçün fərdi modullar, çantalar və digər hərbi-mülki təyinatlı innovativ məhsulların istehsalı və satınalınmasına xidmət edəcək.

Sonra ANAMA-nın direktoru Qəzənfər Əhmədov çıxış edib. ANAMA-nın fəaliyyətindən, beynəlxalq təşkilatlarla əlaqələrindən danışan Q.Əhmədov agentliyin beynəlxalq standartlara uyğun olaraq humanitar minatəmizləmə işlərini həyata keçirdiyini deyib. Rəhbərlik etdiyi qurumun AMEA ilə sıx əməkdaşlıq etdiyini vurğulayan direktor Xəzəryanı regionda ilk dəfə olaraq ölkəmizdə müdafiə tədbirləri məqsədilə bir sıra yeniliklərə imza atıldığını qeyd edib. Bildirilib ki, AMEA ilə birgə əməkdaşlığın əsas prinsipi tərəflərin elm, təlim-tədris və innovasiyaların tətbiqi istiqamətində aktual məsələlərin birgə həlli, yüksək peşəkarlığa malik kadrların hazırlanması, texnologiya transferi, layihə və proqramlarının həyata keçirilməsidir.
Tədbirdə AMEA Strateji Elmi Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev Niyyət Sazişi nəticəsində böyük uğurlar əldə ediləcəyini diqqətə çatdırıb. Qeyd edib ki, sazişin əsas mahiyyəti aidiyyəti məsələlər üzrə fəaliyyətlərin planlaşdırılması və innovativ layihələrin birgə icrasıdır. F.Abdullayev bundan əvvəl də ANAMA ilə görüşlərin olduğunu xatırladıb. Mərkəz rəhbəri təklif olunan istiqamətlərdə hazırda həyata keçirilən müştərək layihələr haqqında da məlumat verib.

“YT Park”ın direktoru, iqtisad elmləri üzrə fəlsəfə doktoru Nazim Şükürov isə Niyyət Sazişinin tərəflər arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə xidmət edəcəyini deyib. Daha sonra AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə, AMEA Rəyasət Heyəti aparatının elm və təhsil idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, ANAMA-nın planlaşdırma və inkişaf departamentinin rəisi Pərviz Gidayev və başqaları çıxış ediblər.

Tədbirdə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) təşkil etdiyi yarışmada iştirakına görə AMEA-nın müxbir üzvü Əminağa Sadıqova və “Elm və Texnologiya Parkı” MMC-nin bir qrup əməkdaşına mükafat və sertifikatlar təqdim olunub.

Sonda “YT Park” ilə ANAMA arasında birgə fəaliyyətə dair Niyyət Sazişi imzalanıb. Sənəddə innovasiyaların tətbiqi sahəsində, aktual elmi istiqamətlərin müəyyənləşdirilməsi və strateji planlaşdırılmasında müvafiq əməkdaşlıq və qarşılıqlı dəstəyin verilməsi, milli müdafiə maraqları istiqamətində birgə layihələrin həyata keçirilməsi, xarici ölkələrin aidiyyəti elmi-tədqiqat institutları və elm texnologiya mərkəzləri ilə faydalı əlaqələrin yaradılması, xüsusi təlimlərin təşkili və s. məsələlər öz əksini tapır. Sənədi “YT Park”ın direktoru, iqtisad elmləri üzrə fəlsəfə doktoru Nazim Şükürov və ANAMA-nın direktoru Qəzənfər Əhmədov imzalayıblar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AMEA xarici İT şirkətlə əməkdaşlığa başlayıb

15-02-2017

AMEA YTP-da hərbi layihələr üçün laboratoriya yaradılıb

25-04-2017

AMEA texnoparkı Moskva ilə birgə layihələr hazırlayacaq

19-04-2017

AMEA və Azərkosmos ASC birgə layihələrini müzakirə edib

12-02-2019

AMEA YTP-da 45 adda innovativ məhsul istehsal olunur

09-02-2017

AMEA və TÜBİTAK arasında 4-cü layihə müsabiqəsinin təşkili ilə bağlı müzakirələr aparılıb

30-05-2022

Yüksək Texnologiyalar Parkının əsasnaməsi təsdiq olunub

07-08-2019

Azərkosmos və AMEA -nın birgə görüşü keçirilib.

26-07-2018

AMEA 2023-cü ildə Türkiyədə keçiriləcək “TEKNOFEST ” Festivalında iştirak edəcək

03-06-2022

AMEA-da Magistratura şöbəsi yaradılır

07-09-2016

Yüksək Texnologiyalar Parkına direktor təyin olunub

21-08-2019

Akademik Çin Elm və Texnologiya Assosiasiyanın direktoru ilə görüşüb

09-12-2025

Azərbaycan Estoniya ilə birgə innovativ layihələr həyata keçirəcək

01-11-2013

Azərbaycan Almaniya ilə tibbi informatika sahəsində əməkdaşlıq edə bilər

17-04-2023

Akademik Əli Abbasov:”Festivalda sərgilənən PUA-nın real nümunəsinin hazırlanması üçün razılıq əldə olunub”

03-06-2022

AMEA Dövlət Gömrük Komitəsinə İKT sahəsində hər zaman dəstək verib

08-11-2018

AMEA Türkiyə texnoparkı ilə müqavilə imzaladı

18-02-2016

Akademik İsa Həbibbəyli Sinqapurlu alimlərlə görüşüb

17-02-2025

AMEA-da Elm və Texnologiya Parkı yaradılır

27-01-2016

AMEA Yüksək Texnologiyalar Parkına baş direktor təyin edilib

05-02-2021

AMEA-da Biznes İnkubasiya Mərkəzi açılır-Foto

24-07-2017

AMEA Britaniya şirkəti ilə yeni innovativ layihələr hazırlayacaq

20-12-2016

Elm və təhsilin inteqrasiyasına dair Memorandum imzalanıb

25-01-2024

AMEA-nın müəssisələri “Teknofest Azərbaycan”da iştirak edəcək

14-03-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə