Previous Next
Bağla

AMEA və TÜBİTAK arasında 4-cü layihə müsabiqəsinin təşkili ilə bağlı müzakirələr aparılıb

30-05-2022 13:44
AMEA və TÜBİTAK arasında 4-cü layihə müsabiqəsinin təşkili ilə bağlı müzakirələr aparılıb

“TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) prezidenti, professor Hasan Mandalla görüş keçirilib.

Xeberler.az məlumat verir ki, görüşdə Azərbaycan tərəfdən – AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri və AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, dosent Esmira Əlirzayeva, Türkiyə tərəfdən – TÜBİTAK-ın vitse-prezidenti, professor Əhməd Yozgatlıgil, TÜBİTAK-ın Müdafiə Sənayəsi Tədqiqat və İnkişaf İnstitutunun (SAGE) direktoru Gürcan Okumuş, TÜBİTAK İnformatika və İnformasiya Təhlükəsizliyi Araşdırma Mərkəzinin (BİLGEM) vitse-prezidenti Sadullah Uzun və TÜBİTAK-ın Kosmos Texnologiyaları Araşdırma İnstitutunun (UZAY) direktoru, dosent Mesud Gökten iştirak ediblər.

Görüşün əsas məqsədi AMEA və TÜBİTAK arasında imzalanmış əməkdaşlıq sazişi üzrə müştərək proqram çərçivəsində Azərbaycan və Türkiyənin universitetləri, tədqiqat mərkəzləri və elmi müəssisələrinin alimləri üçün 4-cü qrant layihəsinin təşkili istiqamətində müzakirələrin aparılması olub.

Əvvəlcə akademik Arif Həşimov AMEA-nın TÜBİTAK-la elmi-texnoloji sahədə əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətindən bəhs edib, birgə həyata keçiriləcək 4-cü layihə müsabiqəsinin proqramının hazırlanmasının vacibliyindən danışıb. O, AMEA ilə TÜBİTAK arasında 2013-cü ildən başlayan əməkdaşlıq əlaqələri çərçivəsində 3 birgə müsabiqənin elan olunduğunu, ildən-ilə TÜBİTAK-ın müsabiqələrinə təqdim edilən layihələrin sayının artdığını bildirib.

Daha sonra akademik Rasim Əliquliyev çıxış edərək 4-cü layihə müsabiqəsinin icrası ilə bağlı təqdimat xarakterli görüşün keçirilməsinin əhəmiyyətini qeyd edib, mövcud problemlərin həlli istiqamətində müzakirələrin aparılmasını təklif edib. Vitse-prezident AMEA-nın AzScienceNet elm-kompüter şəbəkəsinin GEANT Assosiasiyası və NATO ilə yanaşı, TÜBİTAK-ın nəzdində fəaliyyət göstərən ULAKBİM (Ulusal Akademik Ağ ve Bilgi Merkezi - Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzi) ilə də əməkdaşlıq əlaqələrinin mövcud olduğunu xatırladıb.

Görüşdə türkiyəli alimlərlə birgə Avropa İttifaqının “Horizon Avropa” proqramları çərçivəsində çağırışlar və layihələrə müraciət etmə imkanları müzakirə edilib, Həmçinin yeni birgə layihə müsabiqəsinin həyata keçirilməsi və gələcək perspektivlərin müəyyənləşdirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.

Professor Hasan Mandal TÜBİTAK-ın ekspertlər bazasının (PYS) artıq AMEA-nın istifadəsi üçün açıldığını qeyd edib. O, AMEA ilə elm, sənaye və texnologiya layihələrinin, o cümlədən sosial elmlərin texnologiyalarla birləşməsi istiqamətində tədqiqatları nəzərdə tutan layihələrin icrası üzrə əməkdaşlığa və ortaq proqramların həyata keçirilməsinə dəstək verməyə hazır olduqlarını bildirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AMEA-nın müəssisələri “Teknofest Azərbaycan”da iştirak edəcək

14-03-2022

Akademik Rasim Əliquliyev TÜBİTAK-BİLGEM-in nümayəndə heyəti ilə görüşüb

15-02-2020

AMEA-nın Yüksәk Texnologiyalar Parkı ANAMA ilə Niyyət Sazişi imzalayıb

02-10-2018

Xüsusi Rabitə vXRİTDX ilə TÜBİTAK arasında əməkdaşlıq davam edir

25-01-2023

Azərbaycan Türkiyə ilə elm və texnologiya sahəsində saziş imzaladı

01-06-2015

Azərbaycan Estoniya ilə birgə innovativ layihələr həyata keçirəcək

01-11-2013

Azərbaycan və Türkiyə kosmik tədqiqatlarda əməkdaşlıq edəcək

21-05-2015

Azərbaycan Almaniya ilə tibbi informatika sahəsində əməkdaşlıq edə bilər

17-04-2023

AMEA rəhbərliyi “Teknofest Azərbaycan” festivalında xüsusi pavilyona baxış keçirib

25-05-2022

AMEA-nın Ümumi yığıncağında Elektron xidmətlərə dair təqdim olunacaq çıxışlar müzakirə edilib

14-02-2025

AMEA 2023-cü ildə Türkiyədə keçiriləcək “TEKNOFEST ” Festivalında iştirak edəcək

03-06-2022

AMEA “TEKNOFEST Azərbaycan” festivalında uğurla iştirak edir

26-05-2022

AMEA Dövlət Gömrük Komitəsinə İKT sahəsində hər zaman dəstək verib

08-11-2018

Kompüter xidmətlərinin keyfiyyəti artırılır

15-02-2016

Azərkosmos yeni tədqiqatlar üçün anlaşma memorandumu imzalayıb

23-11-2015

AMEA-nın veb-saytlarının monitorinqi keçiriləcək

15-07-2015

AMEA-da elektron sənəd dövriyyəsinə keçid prosesi başa çatdırılıb

27-12-2024

AMEA xarici İT şirkətlə əməkdaşlığa başlayıb

15-02-2017

Bulud texnologiyası ilə bağlı tədqiqatlar aparılıb

18-07-2019

Akademik Arif Həşimov: “TEKNOFEST” Azərbaycan elmi qarşısında yeni vəzifələr müəyyənləşdirdi”

03-06-2022

İnformasiya Texnologiyaları İnstitutunun stendi nümayiş olunub

28-04-2017

Elm və təhsilin inteqrasiyasına dair Memorandum imzalanıb

25-01-2024

Virtual mühitdə folklor : ənənə və kommunikasiya kitabı çapdan çıxıb

27-02-2019

Avropa təşkilatları İnformasiya Texnologiyaları İnstitutunda aparılan elmi tədqiqatları dəstəkləyir

17-07-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə