Dekabrın 15-də “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Sağlam gələcək naminə ailə portalının yaradılması” layihəsi çərçivəsində hazırlanmış “anacan.az” ailə portalının təqdimatını keçirəcək.
Layihənin rəhbəri Fərhad Abdulov bildirib ki, Muzey Mərkəzində təqdim olunacaq “Sağlam gələcək naminə ailə portalının yaradılması” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2015-ci il üçün elan etdiyi ikinci maliyyə müsabiqəsinin qalibi olub.
Layihənin məqsədi gələcək nəslin fiziki və mənəvi cəhətdən sağlam formalaşması üçün valideynlərin maariflənə biləcəyi milli ailə portalının yaradılmasından ibarətdir. Hazırda yaradılan milli ailə portalının səmərəliliyinin artırılması və daha böyük kütləyə təsir etməsi məqsədilə bir çox dövlət qurumları ilə rəsmi əməkdaşlıq əlaqələrinin qurulması, birgə layihələrin icrası üzərində müzakirələr aparılır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri