"Analoq yayımın dayandırılmasından sonra əhalinin çətinliklə üzləşməsi ehtimalı mövcud deyil".
Xeberler.az bildirir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib.
O xatırladıb ki, artıq bir neçə ildir ölkədə rəqəmli yayım analoq yayımla paralel yayımlanır:
"Demək olar ki, 2011-ci ildən rəqəmli yayım analoq yayımla paralel yayımlanır. Əhalinin əksər hissəsi kabel şəbəkəsi, peyk antenalarından və yeni nəsil televizorlardan istifadə edir".
Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının 27 sentyabr tarixli 10 saylı qərarına uyğun olaraq 1 noyabr 2016-cı il tarixdən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılacaq.
Növbəti mərhələdə – 1 dekabr 2016-cı il tarixdən digər bölgələrdə də analoq TV yayımının dayandırılması həyata keçiriləcək.
MTRŞ televiziya tamaşaçılarından mövcud analoq TV qəbulediciləri vasitəsilə rəqəmli TV yayımının izlənməsi üçün tələb olunan zəruri avadanlığın - dekoderlərin (Set-Top-Box-ların) əldə olunmasını xahiş edib.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri