Previous Next
Bağla

Nazirlik və Bakcell 099 kodu ilə bağlı açıqlama verib

03-08-2019 12:40
Nazirlik və Bakcell 099 kodu ilə bağlı açıqlama verib

Xeberler.az bildirir ki, dünən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Bakcell" şirkətinə 099 prefiksini verməməsi ilə bağlı məlumatı təqdim etmişdik.
Məsələyə Azərbaycan İnternet Formunun Prezidenti Ekspert Osman Gündüz münasibət bildirmişdi.
Məlumatı dəqiqləşdirmək üçün həm Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, həm də "Bakcell"ə müraciət etdik.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən daxil olan məlumatda bildirilir ki, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən nömrə resursları operatorların mövcud maddi-texniki bazasının genişləndirilməsi və istifadəçilərin telekommunikasiya xidmətlərinə olan tələbatının ödənilməsi məqsədilə operatorların müraciətləri əsasında ayrılır. Bu zaman operatorların istifadəsində olan nömrə resurslarının həcmi, onlardan istifadə imkanı, həmçinin respublikanın mobil telekommunikasiya bazarındakı mövcud vəziyyət və ölkənin nömrələnmə planı nəzərə alınır.

​ “Azercell Telekom”, həmçinin “Bakcell” MMC-dən yeni kodların və nömrələrin ayrılması ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciətlər daxil olub. Hazırda yeni kodların və nömrələrin MMC-lərə ayrılması, rəsmiləşdirilməsi, həmçinin yerli və beynəlxalq operatorların şəbəkələrində tanıtdırılması istiqamətində işlər aparılır. Bu işlər başa çatdıqdan sonra yeni kodların və nömrələrin operatorların istifadəsinə verilməsi təmin olunacaq.

"Bakcell"dən Xeberler.az-a bildirilib ki, şirkət 2016-ci ildən başlayaraq yeni nömrə prefiksinin (099) ayrılması üçün dəfələrlə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib. Azərbaycanın ilk mobil operatoru olmasına və rəqiblərinin artıq uzun müddətdir ki, iki prefiksə sahib olmasına baxmayaraq “Bakcell”in ikinci prefiksi və əlavə nömrə resurslarını əldə etməsinə süni maneələr yaradılıb.

Şirkət, yaradılan maneənin aradan qaldırılması və müvafiq prefiksin (099) ayrılmasının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edib. Xidmətin 14 iyun 2019-cu il tarixli Göstərişində “Bakcell” MMC-nin fəaliyyətini məhdudlaşdırmağa yönəlmiş dövlət inhisarçılığının qarşısının alınması və aradan qaldırılması məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “099” kodu ilə başlayan nömrə resurslarının qanunvericiliyə uyğun şəkildə “Bakcell” MMC-yə ayrılması tələb olunub.

Buna baxmayaraq, Nazirlik Antiinhisar Xidmətinin göstərişinə məhəl qoymayıb və yalnız rəqib mobil operator olan “Azercell” şirkətinə “010”la başlayan üçüncü prefiksin verilməsindən sonra “Bakcell”ə “099” prefiksinin ayrılması haqqında məktub göndərib. Lakin indiyə kimi qeyd olunan prefiksin ayrılmasına dair müqavilə Nazirlik tərəfindən müxtəlif bəhanələrlə gecikdirilir. Bununla da “Bakcell” şirkətinə qarşı haqsız rəqabətin dəstəklənməsi və şirkətin hüquqlarının pozulması davam etməkdədir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Elmir Vəlizadə:Bakcell şirkətinə 099 prefiksi artıq ayrılıb

Elmir Vəlizadə:Bakcell şirkətinə 099 prefiksi artıq ayrılıb

07-11-2019
Nazirliklə Bakcell arasında mübarizə davam edir

Nazirliklə Bakcell arasında mübarizə davam edir

06-08-2019
Antiinhisar qurumu NRYTN üçün məcburi olan qərar qəbul edib

Antiinhisar qurumu NRYTN üçün məcburi olan qərar qəbul edib

02-08-2019
Bakcell yeni 099 prefiksini istifadəyə verib

Bakcell yeni 099 prefiksini istifadəyə verib

15-01-2020
“Bakcell”dən 099 prefiksi ilə “xüsusi” və “eksklüziv” nömrələr

“Bakcell”dən 099 prefiksi ilə “xüsusi” və “eksklüziv” nömrələr

29-06-2021
Bakcell şirkəti yenilənmiş saytını istifadəyə verib

Bakcell şirkəti yenilənmiş saytını istifadəyə verib

01-12-2021
Bakcell-i seçənlərin sayı artıb

Bakcell-i seçənlərin sayı artıb

20-02-2015
Mobil operatorların lisenziyasının vaxtı bitir

Mobil operatorların lisenziyasının vaxtı bitir

28-08-2015
Abunəçilər Bakcell şirkətini seçir

Abunəçilər Bakcell şirkətini seçir

12-01-2015
«Bakcell»ə yeni baş direktor təyin olunub

«Bakcell»ə yeni baş direktor təyin olunub

10-01-2009
"Bakcell”dən rəqəmsal yeniliklər!

"Bakcell”dən rəqəmsal yeniliklər!

17-03-2023
NRYTN-dən səhiyyə işçilərinə dəstək

NRYTN-dən səhiyyə işçilərinə dəstək

21-07-2020
“Bakcell”in rəhbəri dəyişdi

“Bakcell”in rəhbəri dəyişdi

08-02-2011
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Apelyasiya Şurasının növbəti iclası keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Apelyasiya Şurasının növbəti iclası keçirilib

30-01-2019
“Bakcell” Naxçıvanda şəbəkəsini genişləndirib

“Bakcell” Naxçıvanda şəbəkəsini genişləndirib

14-10-2009
Nömrələrin satış qaydalarında mühüm dəyişiklik edilib

Nömrələrin satış qaydalarında mühüm dəyişiklik edilib

21-10-2015
Bakcell Rabitə Nazirliyinə 3G lisenziyası üçün müraciət etdi

Bakcell Rabitə Nazirliyinə 3G lisenziyası üçün müraciət etdi

17-07-2010
Mobil nömrələrin daşınması qaydalarında dəyişikliklər edilib

Mobil nömrələrin daşınması qaydalarında dəyişikliklər edilib

04-03-2015
Bakcell 3G xidmətinin tətbiqi ilə bağlı məlumat yaydı

Bakcell 3G xidmətinin tətbiqi ilə bağlı məlumat yaydı

19-11-2011
NRYTN mobil rabitə operatorlarının müvafiq lisenziyalarının müddətini uzadıb

NRYTN mobil rabitə operatorlarının müvafiq lisenziyalarının müddətini uzadıb

09-09-2021
Bakcell Bakutel -2019 sərgisində iştirak edir

Bakcell Bakutel -2019 sərgisində iştirak edir

04-12-2019
Bakcell-in stendi Ən yaxşı korporativ üslub sertifikatına layiq görülüb

Bakcell-in stendi Ən yaxşı korporativ üslub sertifikatına layiq görülüb

09-12-2019
50 abunəçi Bakcell-dən hədiyyə qazanıb

50 abunəçi Bakcell-dən hədiyyə qazanıb

03-10-2018
“Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir

“Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir

05-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə