“Apple” 2014-cü ildə kapital xərclərini 57% artırmaq istəyir

01-11-2013 / 22:20

“Apple” istehsalat avadanlıqlarının alınması, məhsulların testləşdirilməsi və pərakəndə satış dükanları üçün nəzərdə tutulmuş xərcləri 2014-cü ildə 57% artırmaq niyyətindədir. Analitiklər hesab edirlər ki, önəmli xərclər internetə qoşulan “Apple TV” televizorunun və “iWatch” smart-saatlarının buraxılması ilə bağlıdır.

“Apple” şirkətinin kapital xərcləri cari maliyyə ilində, ötən ildəki 7 milyard dollara olsa da, 11 milyard dollaradək artacağı planlaşdırılır. Şirkətin ümumi strukturundan 550 milyona yaxın vəsait pərakəndə əməliyyatlarla bağlı olacaq. “Apple” 30-a yaxın yeni pərakəndə dükan açmaq və öncə açılan 20 dükanı yenidən qurmaq niyyətindədir.

Daha yüksək xərclər “Apple” şirkətinin yeni “iPhone” və “iPad Air” modellərinin satışlarından əmin olduğuna işarə edir. Bundan başqa, şirkətin işçilərinin sayı 80 300 nəfər təşkil edir və onların demək olar ki, 43 mini pərakəndə satış sahəsində işləyirlər. Qeyd edək ki, bir il öncə “Apple” şirkətinin ştat cədvəlində 72 800 nəfər qeydə alınıb.(ictnews.az)


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.