Apple-ın təqdimatı ilə bağlı maraqlı məlumatlar-Foto

02-09-2017 / 19:09

Texnologiya dünyası Apple-ın senytabrın 12-də təşkil edəcəyi konfransı gözləyir.

Belə ki, şirkət bu il də ənəsinə sadiq qalaraq məhz bu tarixdə yeni məhsullarını təqdim edəcək.

Qeyd edək ki, göndərilən rəsmi dəvətnamələr ilə konfransın tarixi də dəqiqləşib.

Görəsən, bu il şirkət hansı yenilikləri ilə izləyiciləri təəccübləndirəcək?

Xeberler.az olaraq xarici mediada yayımlanan məlumatlara istinadən təqdimat mərasimi ilə bağlı bütün detalları təqdim edirik:

Qeyd edilir ki, şirkət iPhone 7s, iPhone 7s Plus, iPhone 8 modellərini tanıdacaq.

12 sentyabrda keçiriləcək təqdimat Apple üçün iPhone-nun 10 illiyi və başqa bir dönüş nöqtəsinə işarədir.

Məlumatlara görə, şirkət yeni kampüsündə təqdimatı edəcək. Belə ki, mərasim yeni binada olmasa da, kampüsdə yerləşən bir auditoriyada keçiriləcək.

Əsas hissəsi yerin altında olan auditoriyaya Apple şirkətinin təsisçilərimdən Steve Jobs adı verilib.

Qiymətlər necə olacaq?

IPhone 7-lərin 4.7 düymlü iPhone 7-i ilə eyni başlanğıc qiymətdə olacağı gözlənilir. Yəni, bu modellər 649 dollara satılacaq. iPhone 7s Plus-ın isə 769 dollardan satışa çıxarılacağı gözlənilir. Ən ucuz iPhone 8 versiyası 999 dollara satılacaq.

iPhone 8 nə nə vaxt təqdim ediləcək?

Apple sentyabr ayında adətən yeni telefonları təqdim edir. Yeni sızıntıya görə, yuxarıda göstərilən vizual görüntü tarixləri təsdiqləyir. Beləliklə, Cupertinolu şirkətinin yeni telefonları 12 sentyabrda təqdim olunacaq.

Günel

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə