Apple rəsmi saytını yeni məhsulları ilə yenilədi-Foto

08-09-2016 / 10:26

Məlumat verdiyimiz kimi, dünən Apple-ın təqdimat mərasimindən öncə bütün ölkələrdə onlayn Apple Store mağazaları bağlandı.

Şirkət qeyd etdi ki, istifadəçilərə sürprizi var, onun üzərində işləyirlər.

Xeberler.az Apple-a istinadən məlumat verir ki, təqimat mərasimindən sonra şirkət yeni məhsullarını əlavə edərək, həm öz qlobal veb saytını, həm də Apple Store-un saytını yeniləyib.

Apple ana səhifəsində iPhone 7, Watch 2, AirPods məhsullarına və dünən axşam baş tutan təqdimat mərasimi yer alıb.

Qlobal saytda qiymətlər və  yeni məhsulların satışa təqdim ediləcəyi tarixlər barədə də ətraflı məlumat verib.

Bu siyahıda Türkiyə və Azərbaycan kimi ölkələrin adı yer almayıb.

Xatırladaq ki, dünən Apple şirkəti iPhone 7 və iPhone 7 Plus da daxil olmaqla yeni məhsullarını təqdim edib.

Təqdimat mərasimi ilə bağlı bütün yenilikləri rəsmi Facebook səhifəmizdən izləyə bilərsiniz.

iPhone 7 və iPhone 7 Plus -un özəllikləri və qiyməti barədə buradan ətraflı məlumat əldə bilərsiniz.

 

 

Günel 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə