iPhone 6-nın bazara çıxarılmasından sonra iPad satışlarında müşahidə olunan azalma sərmayədarları narahatlandırmağa başlayıb.
"Ağıllı" telefon və tablet bazarında üstünlük təşkil edən şirkətlər arasında xüsusi yeri olan Apple keçən il təqdim etdiyi iPhone 6-da daha böyük ölçülərə diqqət yetirdi və istifadəçilər tərəfindən bəyənildi. Bu doğru seçimi sayəsində böyük müvəffəqiyyət əldə etməyə başladı. Ancaq tablet kateqoriyasına daxil olan ilk Apple ağıllı telefonu olan iPhone6-nın bu uğuru şirkətin tablet sahəsinin təhlükə ilə üzləşməsinə səbəb oldu.
Bazar araşdırmaları şirkəti Trefis-in sərmayədarlara göndərdiyi son hesabatda yeni iPhone-nun təqdim olunmasından sonra iPad satışlarının ciddi sürətdə azaldığı və bu vəziyyətin gələcəkdə də davam edə biləcəyi bildirilib.
iPad satışlarındakı bu azalma Apple-ı narahat etmiş kimi görünmür. Daha çox iPhone satışlarındakı yüksəlişə fokuslanmış kimi görünən Apple-ın növbəti illərdə bazara çıxaracağı böyük ölçülü yeni tableti iPad Pro sayəsində tablet satışlarını artırması gözlənilir.
Sevil Rəsulzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri