Bu gün (3 noyabr) Azərbaycan Media Mərkəzində “Article 19” təşkilatının Azərbaycanda informasiya əldə etmək hüququnun təmin olunması və qorunması üçün yaradılmış sistemin keyfiyyətini araşdıraraq hazırladığı hesabatla bağlı mətbuat konfransı keçirildi. Konfransda çıxış edən “Yeni Nəsil” Jurnalistlər birliyinin sədri Arif Əliyev bildirdi ki, araşdırmalar Bakı, Gəncə və Sumqayıt şəhərlərində aparılıb və əsasən də dövlət orqanlarına göndərilmiş informasiya sorğuları ilə əlaqədar olub.
İnformasiya sorğuları ilə bağlı keçirilən məhkəmələrdə də araşdırmalar aparıldığını bildirən A. Əliyev qeyd etdi ki, “Article 19” təşkilatına bu işdə jurnalistika ilə bağlı “Yeni Nəsil” Jurnalistlər Birliyi, hüquqi işlərlə bağlı isə “Media Hüquqları İnstitutu” kömək edib.
“Article 19”-un proqram rəhbəri Natali Losekoot bildirdi ki, informasiya əldə etməklə bağlı qanunvericilikdə boşluqlar mövcuddur. Belə ki, dövlət orqanları heç bir əsas göstərmədən informasiya sorğularını cavablandırmaqdan imtina edir. Bu da dövlətlə cəmiyyət arasında etimadın mövcudluğuna ciddi zərbə vurur.
“Media Hüquqları İnstitutu”nun rəhbəri Rəşid Hacılı isə bildirdi ki, araşdırmalar nəticəsində dövlət orqanlarının internet saytlarında məlumatların yalnız 20 faizə qədərinin yerləşdirildiyi məlum olub.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri