Previous Next
Bağla

Qeyri-dövlət saytlarının qorunması məsələsində çox boşluq var.

21-06-2012 15:02
Qeyri-dövlət saytlarının qorunması məsələsində çox boşluq var.
“Media forum” saytının suallarını “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz cavablandırır.

- Prezident İlham Əliyev dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsinə fərman verib. Bu fərmanı necə qiymətləndirirsiniz?

- Dövlət əhəmiyyətli, yerinə düşən və vacib fərmandır. Çünki bir müddət əvvəl Azərbaycanda dövlət orqanlarının internet resursları ilə bağlı ciddi problemlər baş vermişdi, 25-30 dövlət orqanının saytı sıradan çıxarılmışdı. Əvvəllər də belə hallar olmuşdu.

Dövlət orqanlarının saytlarının hazırlanması, yerləşdirilməsi və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müəyyən fikir ayrılıqları vardı. Qanunvericilikdə bununla bağlı bəzi müddəalar olsa da, ciddi yanaşma yox idi. 2004-cü ildə prezident İlham Əliyev dövlət qurumlarının internet təhlükəsizliyi ilə bağlı fərman vermişdi. Həmin sənəddə dövlət qurumlarının internetdən istifadə məsələsi Xüsusi Dövlət Mühafizə Xidmətinə tapşırılmışdı. Ancaq o sənəddə internet resurslarına verilən tələblər, bütün internet resurslarının bir mərkəzdə yerləşdirilməsi ilə bağlı konkret müddəalar yox idi.

Son dövrlər dövlət orqanlarının saytlarında ciddi problemlər yarandığına görə belə bir fərman verilib.

Bu nəyi dəyişəcək? Birincisi, artıq mərkəzi, yerli icra hakimiyyəti orqanları və onların bütün qolları, onlara aid olan bütün internet informasiya ehtiyatları bir mərkəzdə olmalıdır. Bir müddət əvvəl dövlət orqanlarının saytları sıradan çıxanda məlum oldu ki, mərkəzi icra hakimiyyəti orqanlarının saytları Xüsusi Dövlət Mühafizə Xidmətinin balansındadır, qorunur. Amma heç də bütün dövlət orqanlarının saytları orada deyil.

Məsələn, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi var. Mərkəzin saytı Xüsusi Dövlət Mühafizə Xidmətində yerləşir. Amma mərkəzin 20-30 saytı Xüsusi Dövlət Mühafizə Xidmətində yerləşmir, özünün ayrıca serveri var. Halbuki mərkəzin öz saytı kimi onun qolları da Xüsusi Dövlət Mühafizə Xidmətində olmalıdır. Başqa nazirliklərdə də belə hallar mövcuddur. İndi bu fərmanda birmənalı şəkildə göstərilir ki, yerli, mərkəzi icra hakimiyyətlərinin, Milli Məclisin internet informasiya ehtiyatları hamısı bir nöqtədə - Xüsusi Dövlət Mühafizə Xidmətində yerləşməlidir.

Burada başqa bir ciddi problem də var. Bu da dövlət orqanlarının internet resurslarının tələblərə cavab verib-verməməsi ilə bağlıdır. Bir də görürsən ki, dövlət orqanı özünün saytını kiməsə hazırlatdırır, yoldan ötənin birisinə deyirlər ki, mənim saytımı hazırla. Dövlət orqanı üçün bu işi görən qurumun, şəxsin kim olduğu bilinmir, saytı düzəldib təhvil verib gedirlər. Yaxud da dövlət orqanı qanunvericilikdə nəzərdə tutulmayan resurslardan təmənnasız istifadə edir. İnternetdən pulsuz bir proqramı götürüb özlərinin saytlarını yaradırlar. Bunlar  yolverilməz hallardır. Fərmanın birinci bəndində göstərilir ki, dövlət orqanlarının internet resurslarına verilən tələblər müəyyən olunsun. Dövlət orqanlarının saytları artıq kifayət qədər ciddi hazırlanmalıdır.

- Son zamanlar müxtəlif saytlara tez-tez haker hücumları olur. İndi dövlət orqanları öz resurslarının təhlükəsizliyin təmin etdi, bəs digər informasiya resursları necə olmalıdır? Dövlət bu sahədə nə edə bilər?

- Qeyri-dövlət saytlarının qorunması məsələsində çox boşluq var. Milli Təhlükəsizlik Nazirliyi ilə, digər qurumlarla bağlı müəyyən müddəalar var, amma konkretlik yoxdur. Azərbaycan iki il öncə kibercinayətkarlıqla bağlı konvensiyaya qoşulub, Milli Məclis bununla bağlı qərar qəbul edib. Amma konvensiyaya qoşulandan sonra Azərbaycanın qanunvericiliyində dəyişikliklər olmayıb. Prezident İlham Əliyevin indiki fərmanı konvensiyanın tələblərinə uyğunlaşmaq üçün atılan addım kimi qiymətləndirmək olar. Amma böyük bir sahədə yenə də boşluq qalır.

-  Boşluğu doldurmaq üçün hansı addımlar atılmalıdır?

- Hesab edirəm ki, informasiya, internet təhlükəsizliyi ilə yalnız Milli Təhlükəsizlik və Daxili İşlər nazirlikləri məşğul olmamalıdır. Bu nazirliklərlə yanaşı ictimai qurum yaradılmalıdır. Bu qurum informasiya resurslarına, o cümlədən vətəndaşlara və fiziki şəxslərə metodiki köməklik, informasiya dəstəyi verməlidir. Yəni bu, tədqiqat, cinayət axtarışı aparan, dövlət qurumu olmamalıdır. Bəzən Rabitə və İnformasiya Texnologiya Nazirliyinin rəhbərliyi bəyanatlar verir ki, bununla məşğul olan yeni dövlət qurumu yaratmaq lazımdır. Metodiki, informasiya dəstəyi verən qurum dövlət təşkilatı ola bilməz. Dövlətin köməyi ilə elmi, metodiki yönümlü ictimai qurumun yaranması faydalı olardı.

"Media Forum", 21.06.2012

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Qeyri-dövlət qurumlarının informasiya təhlükəsizliyi iləi RİTN nəzdində yaradılacaq Elektron Təhlükəsizlik Mərkəzi məşğul olacaq

27-09-2012

«Biz hökumətdən cavab və ciddi reaksiya gözləyirik»

19-01-2012

Azərbaycanın dövlət orqanlarının saytları dağıdılmayıb

23-08-2013

Dövlət məmurlarını şəbəkə saxtakarlığından necə qorumalı?

01-04-2013

“Anonimus” Azərbaycandan nə oğurlayıb?

06-09-2013

Dövlət orqanlarının informasiya açıqlığı üzrə Monitorinqi aparılır

01-08-2013

Elektron hökumətlə bağlı Layihənin adi bir internet resursu yaradılmayıb

19-04-2012

Dövlət qurumlarının rəsmi internet resurslarının İnformasiya açıqlığı üzrə monitorinqi davam edir

17-09-2013

Elektron hökumət internet portalının (www.ehdis.az) I fazası istifadəyə verilib.

25-04-2012

Dövlət qurumlarının infromasiya açıqlığı və elektron xidmətlərlə bağlı vəziyyət araşdırılıb.

18-06-2012

İnternet təhlükəsizliyi üçün yeni qurum yaradılacaq

05-10-2008

Elektron təhlükəsizliyin təmin olunmasına dair təkliflər hazırlanır

24-12-2008

Dövlət qurumlarının rəsmi internet resurslarının monitorinqinə başlanıldı

06-02-2012

Topa-topa sənədlər hakerlərin əlinə neçə keçir? Dövlət məmurlarının və dövlət qurumlarının rəsmi elektron məktublaşması necə həyata keçirilir ?

12-09-2013

“XDMX, MTN və RİTN kimi rəsmi qurumlar baş verənlərlə bağlı açıqlama verməlidirlər

17-01-2012

Dövlət qurumlarının rəsmi internet resurslarının informasiya açıqlığı üzrə monitorinqinə başlanır

22-07-2013

“CERT.GOV.AZ” yeni interaktiv ”Elektron Sorğu Sistemi”ni istifadəyə verdi

18-04-2014

Osman Gündüz Rabitə Nazirliyinin səlahiyyətlərinin dəyişdirilməsini təklif edir

16-01-2009

“Açıq hökumət” təşəbbüsünün həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi “ mövzusunda Dəyirmi Masa keçiriləcək.

27-06-2012

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılıb

06-09-2012

Açıq Hökumətin təşviqi üzrə Milli Fəaliyyət Planını təsdiq edilib.

06-09-2012

Dövlət qurumlarının rəsmi internet resurslarının Monitorinqinin yekunlarına həsr olunmuş dəyirmi masa keçiriləcək

26-10-2009

MTRŞ-ın saytı niyə yenilənmir?

21-01-2009

Dövlət orqanlarının rəsmi internet saytlarının Monitorinqi

18-10-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə