Previous Next
Bağla

İT şirkət rəhbərimiz dünyanın 100 nüfuzlu şəxsi siyahısındadır

07-02-2018 15:51
İT şirkət rəhbərimiz dünyanın 100 nüfuzlu şəxsi siyahısındadır

One World Identity (OWI) identifikasiya metodlarının tədqiqatı və işlənib hazırlanması ilə məşğul olan və Şimali Amerika və Böyük Britaniyada rəqəmsal ticarət və infrastrukturda ixtisaslaşan nüfuzlu müstəqil təşkilatlardan biridir.

Təşkilatın əsas vəzifəsi müəssisələrə, investorlara və hökumətlərə rəqəmsal identifikasiya metodu əsasında fəaliyyət göstərən davamlı, perspektivli məhsullar və strategiyalar yaratmaq üçün bazar tendensiyalarını qabaqlamaqda köməklik göstərməkdən ibarətdir.

Bu il dünya üzrə identitet sahəsində 100 ən nüfuzlu şəxslər siyahısında (TOP 100 Influencers in Identity) bank sektoru və hökumətlərin, proqram və aparat təminatlarının işlənib hazırlanmasında lider şirkətlərin, eləcə də ən nəhəng sosial şəbəkələrin rəhbərləri və qabaqcıl nümayəndələri təqdim edilib.

Onların içərisində Facebook Inc Baş direktoru Mark Zuckerberg , Microsoft müəssisəsinin identifikasiya və avtorizasiya üzrə proqramın rəhbəri Lora Hanter, Beynəlxalq Bankın rəqəmsal texnologiyaların inkişafı üzrə aparıcı mütəxəssisi Zaid Səfdər, Avropa Komissiyasının “Elektron Hökumət və etibarlılıq” şöbəsinin rəhbəri Andrea Servid, Böyük Britaniya hökumətində rəqəmsal xidmətlərin baş arxitektoru Adam Kuper, Oreqon ştatının senatoru Ron Uayden, CISCO şirkətinin informasiyanın konfidensiallığı üzrə vise-prezidenti və direktoru Mişel Dennedi, Gemalto şirkətinin Baş direktoru Filip Valle, Google identitet platformasının rəhbəri Adam Rous, Ağ Evin Milli İqtisadi Şurasından Adrien Harris və digər nəhəng dünya şirkətləri və beynəlxalq təşkilatlarının nümayəndələrini misal göstərmək olar.

Xeberler.az bildirir ki, Azərbaycan ilk dəfə olaraq belə nüfuzlu reytinqdə “Asan İmza” mobil elektron imzanın operatoru olan B.EST Solutions Azərbaycan şirkətinin rəhəbəri və Milli Mobil İdentitetlərin Qlobal İttifaqının (GANMI) həmsədri xanım Yana Krimpe tərəfindən təmsil olunub.

Qeyd edək ki, o, şirkətin milli rəqəmsal identitetin inkişafına istiqamətlənmiş fəaliyyəti ilə Azərbaycandan və bütünlükdə regiondan olan yeganə təmsilçidir ki, bu da bütün dünyada çox yüksək qiymətləndirilir.

Xanım Yana Krimpe informasiya texnologiyaları sahəsində proqressiv təşəbbüskar və innovativ ideyaları hazırlayan bir şəxs kimi dəfələrlə müxtəlif nominasiyalar və kateqoriyalarda qeyd edilib.. Ölkənin inkişafındakı xidmətlərinə görə "Azərbaycanın həqiqi səfiri" adına layiq görülüb, eləcə də Financial Times və Google versiyalarına görə Avropanın 100 innovativ lideri siyahısına daxil edilib.

 

Həmçinin onun rəhbərliyi ilə eyni anda iki Azərbaycan layihəsinin nominasiyaya təqdim edilməsini xüsusilə qeyd etmək lazımdır. Bunlar – hüquqi baxımdan əl imzasına bərabər olan və Azərbaycanın milli identiteti sayılan “Asan İmza” layihəsi və “Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı” layihəsidir ki, dünyada İKT-nin inkişafı sahəsində ən yüksək nailiyyətlərin tanınması üzrə BMT-nin ən nüfuzlu mükafatlarından sayılan WSIS mükafatına nominasiya olunub.

“Bu ərəfədə mən ölkənin bütün şirkətlərini və vətəndaşlarını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi şərəfinə ölkələrinə hədiyyə verməyə çağıran informasiya nəşr etdim. 10 ildir ki, mən və komandam ilə birgə, Azərbaycanın insan kapitalının inkişafına istiqamətlənmiş innovativ bir ölkə kimi bütün dünyada tanınması istiqamətində əlimizdən gələni əsirgəmirik. Azərbaycanın nailiyyətlərini dünyanın ən yaxşı inovatorları siyasında təmsil etmək, elektron hökumət platforması kimi X-Road, “Asan İmza” mobil elektron imza, analoqu olmayan Rəqəmsal Ticarət Qovşağı, m-Rezident və s. bu kimi inqilabi layihələri reallaşdırmaq imkanını mənə təqdim edən bir ölkəyə verə biləcəyim ən gözəl hədiyyədir”, deyə xanım Yana Krimpe qeyd edib.

Məltəm Talıbzadə

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Asan İmza İdentitet üzrə seminarda müzakirə olunub

14-06-2019

Azərbaycan innovasiyaları Belçikada təqdim edilib

15-11-2017

Аsan İmza e-ID beynəlxalq forumunda təqdim edilib

23-09-2019

“Asan İmza” Romada təqdim edildi

06-05-2015

“Asan İmza” Avropanın nüfuzlu müsabiqəsinin finalında

14-06-2016

Asan İmza Estoniyanın eID Forumunda təmsil olunmuşdur

20-09-2018

İKT yeniliklərimiz ABŞ-da təqdim edilib

03-05-2018

Bakıda rəqəmsal ticarət konfransı keçiriləcək

17-10-2017

“Asan İmza” Londonda nüfuzlu tədbirdə təqdim edilib

14-05-2016

“Asan İmza” Londonda təqdim ediləcək

03-05-2016

Asan İmza və Rəqəmsal Ticarət Qovşağı Estoniyadakı konfransda təqdim edildi

04-06-2018

Azərbaycan innovasiyası Londonda təqdim edilib

28-02-2018

İT şirkətimiz beynəlxalq assosiasiyaya üzv seçilib

21-07-2016

“Asan İmza” Polşada təqdim ediləcək

02-06-2016

“Asan İmza” Kann şəhərində təqdim olunub

01-12-2016

“Asan İmza” Polşada təqdim edilib

12-06-2015

Kiyevdə PKI beynəlxalq forumu təşkil olunub

04-10-2019

ASAN imza nüfuzlu mükafata layiq görülüb-Foto

10-05-2017

Ölkədə ilk dəfə elektron formada memorandum bağlanıb

16-06-2017

“Asan İmza” Parisdə təqdim edilib

16-11-2016

“Asan İmza” Ukraynada müzakirə olunub

15-02-2017

Azərbaycanla Ukrayna ilk dəfə “Asan İmza” ilə sənəd imzaladı

07-10-2016

“Asan İmza” Haaqada təqdim ediləcək

13-06-2016

“ASAN İmza” Ümumdünya Görüşü-2021 mükafatına namizəd olub

18-03-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə