Previous Next
Bağla

Asan İmza mobil elektron imza layihəsi ən innovativ nümunə kimi qəbul edilib

13-11-2018 13:06
Asan İmza mobil elektron imza layihəsi ən innovativ nümunə kimi qəbul edilib

“Azərbaycan Respublikasının “Asan İmza” adlanan və mobil identitet texnologiyası əsasında yaradılan milli rəqəmsal identiteti və gücləndirilmiş elektron imzası” İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) nəzdində Dövlət Sektorunun İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi (DSİTM) tərəfindən ən innovativ nümunə kimi qəbul edilərək həmin Mərkəzin veb-saytında çap olunmuşdur. DSİTM dövlət sektorunda innovasiyalar üçün qlobal forum hesab edilir və cəmiyyətin ciddi problemlərinin həlli üçün yeni yanaşmaların anlaşılması və genişləndirilməsi məqsədilə hökumətlərlə əməkdaşlıq edir. Bununla da dövlət qulluqçularına yeni imkanların öyrənilməsində kömək etmək məqsədilə onlara yeni ideyalar, biliklər, alətlər və əlaqə vasitələri təqdim edir.

Xeberler.az  bildirir ki, “Asan İmza” mobil elektron imzanın innovativ nümunəsi artıq DSİTM-nin veb-saytında dünyanın bütün istifadəçiləri üçün əlyetərli olub, işin sadələşdirilməsinə və yeni zirvələrin fəth edilməsinə təsir edəcəkdir. Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən respublikanın diplomatik nümayəndəlikləri və
səfirlikləri bütün dünya üzrə xarici vətəndaşlara “Asan İmza” m-Rezidentlik təqdim etmək hüququna malikdirlər. m-Rezidentlik ölkədə investisiya mühitinin inkişafı və Azərbaycanda biznes qurmaq arzusunda olan xarici vətəndaşların investisiyaya cəlb edilməsi səviyyəsinin yüksəldilməsi üçün vacib innovativ alətdir. m-Rezidentlik vasitəsilə ölkəni tərk etmədən onlayn rejimdə şirkəti qeydiyyata almaq, onlayn olaraq vergi və gömrük tranzaksiyalarını həyata keçirmək, elektron və mobil bankçılıq xidmətlərindən istifadə etmək, onlayn-müqavilələri imzalamaq və s. olar.Azərbaycanda mövcud olan 600-dən çox dövlət və özəl elektron xidmətlərdən “Asan İmza” vasitəsilə istifadə etmək mümkündür.

Yeni transsərhəd elektron xidmətlər Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı vasitəsilə əlyetərli olacaqdır. 2017-ci ilin əvvəllərində Prezidentin Fərmanı ilə ölkənin önəmli mövqelərinin Qafqaz və onun hüdudlarında möhkəmləndirilməsi üçün Rəqəmsal Ticarət Qovşağı (RTQ) təsis edilmişdir. RTQ xarici və yerli müəssisələrə elektron şəkildə idxal / ixrac sənədlərini və digər razılaşmaları hazırlayaraq imzalamaq, eləcə də yerli və transsərhəd elektron xidmətlərə və elektron ticarətə əlyetərlilik əldə etmək imkanı verir. Azərbaycan mobil rəqəmsal identitetin istifadəsi və onun müxtəlif dövlət və özəl elektron xidmətlərə inteqrasiyası üzrə lider mövqelərdən birinə sahibdir. Bura eyni zamanda “Asan İmza”nın Azərbaycan Respublikası Prezidenti yanında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanan və dövlət-özəl əməkdaşlıq prinsipinə əsaslanan Azexport.az portalına inteqrasiyası da daxildir. Prezidentin Fərmanına əsasən hal-hazırda Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı əsasında xarici ticarət əməliyyatlarının genişləndirilməsi və Azexport.az portalının gücləndirilməsi istiqamətində əlavə tədbirlər görülür.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı kimi təşəbbüs də Azərbaycanda innovativ texnologiyaların ixracının inkişaf etdirilməsinə təsir göstərir və Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun (АZINNEX) niyyətlərini dəstəkləyir.

Ətraflı məlumat üçün: https://oecd-opsi.org/innovations/national-digital-identity-and-legally-binding-e-signatures-based-on-mobile-id-technology-branded-asan imza-from-the-republic-of-azerbaijan/

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Аsan İmza Uqanda Respublikasının nümayəndə heyətinə təqdim edilib

Аsan İmza Uqanda Respublikasının nümayəndə heyətinə təqdim edilib

27-09-2018
Asan İmza dünyada ilk mobil rezidentlik layihəsi oldu

Asan İmza dünyada ilk mobil rezidentlik layihəsi oldu

07-09-2018
Asan İmza Estoniyanın eID Forumunda təmsil olunmuşdur

Asan İmza Estoniyanın eID Forumunda təmsil olunmuşdur

20-09-2018
Asan İmza İdentitet üzrə seminarda müzakirə olunub

Asan İmza İdentitet üzrə seminarda müzakirə olunub

14-06-2019
Azərbaycan innovasiyaları Belçikada təqdim edilib

Azərbaycan innovasiyaları Belçikada təqdim edilib

15-11-2017
İİTKM Rəqəmsal Ticarət Qovşağının fəaliyyətini təkmilləşdirir

İİTKM Rəqəmsal Ticarət Qovşağının fəaliyyətini təkmilləşdirir

28-08-2018
Аsan İmza e-ID beynəlxalq forumunda təqdim edilib

Аsan İmza e-ID beynəlxalq forumunda təqdim edilib

23-09-2019
Kiyevdə PKI beynəlxalq forumu təşkil olunub

Kiyevdə PKI beynəlxalq forumu təşkil olunub

04-10-2019
Bakıda rəqəmsal ticarət konfransı keçiriləcək

Bakıda rəqəmsal ticarət konfransı keçiriləcək

17-10-2017
Azərbaycanda ilk dəfə mobil imza vasitəsilə memorandum imzalandı

Azərbaycanda ilk dəfə mobil imza vasitəsilə memorandum imzalandı

01-07-2019
Asan İmza ödənişsiz oldu

Asan İmza ödənişsiz oldu

22-05-2020
ASAN imza dünya üzrə xarici vətəndaşlara təqdim olunacaq

ASAN imza dünya üzrə xarici vətəndaşlara təqdim olunacaq

05-06-2017
Xarici mütəxəssislər “Asan İmza” texnologiyası ilə tanış olub

Xarici mütəxəssislər “Asan İmza” texnologiyası ilə tanış olub

14-11-2016
Koronavirus rəqəmsal və məsafədən biznes əməliyyatlarına təsir etmir

Koronavirus rəqəmsal və məsafədən biznes əməliyyatlarına təsir etmir

19-03-2020
 Sim-Sim abunəçiləri də “Asan İmza”dan istifadə edə biləcək

Sim-Sim abunəçiləri də “Asan İmza”dan istifadə edə biləcək

18-04-2016
Koreya Azərbaycanın “Asan İmza” təcrübəsini öyrənəcək

Koreya Azərbaycanın “Asan İmza” təcrübəsini öyrənəcək

23-08-2016
ASAN imza nüfuzlu mükafata layiq görülüb-Foto

ASAN imza nüfuzlu mükafata layiq görülüb-Foto

10-05-2017
Bakcell dünyada ilk dəfə olaraq mobil rezidentlik təqdim edib

Bakcell dünyada ilk dəfə olaraq mobil rezidentlik təqdim edib

24-10-2018
Rəqəmsal Ticarət Qovşağı təqdim edilib-Foto

Rəqəmsal Ticarət Qovşağı təqdim edilib-Foto

30-06-2017
Əfqanıstan nümayəndə heyəti “Asan İmza” ilə tanış olub

Əfqanıstan nümayəndə heyəti “Asan İmza” ilə tanış olub

06-12-2016
Azərbaycanda yeni mobil rəqəmli imza texnologiyası tətbiq edilir

Azərbaycanda yeni mobil rəqəmli imza texnologiyası tətbiq edilir

15-03-2013
Ölkədə ilk dəfə elektron formada memorandum bağlanıb

Ölkədə ilk dəfə elektron formada memorandum bağlanıb

16-06-2017
 Asan İmza ilə bağlı yeni portal istifadəyə verildi

Asan İmza ilə bağlı yeni portal istifadəyə verildi

05-05-2017
Şəxsi elektron kabinetlərdən istifadə yalnız gücləndirilmiş elektron imza vasitəsilə olacaq

Şəxsi elektron kabinetlərdən istifadə yalnız gücləndirilmiş elektron imza vasitəsilə olacaq

25-05-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə