Previous Next
Bağla

Kiyevdə PKI beynəlxalq forumu təşkil olunub

04-10-2019 12:37
Kiyevdə PKI beynəlxalq forumu təşkil olunub

“İnformasiya təhlükəsizliyi və informasiya texnologiyaları” Ümumukrayna Assosiasiyası (VAIBIT) və Ədliyyə orqanlarının Açarların Sertifikatlaşdırılması Akkreditə Mərkəzi tərəfindən təşkil olunmuş beynəlxalq PKI Forum UA - 2019, 2 - 3 oktyabr 2019-cu il tarixlərində Ukraynanın Kiyev şəhərində keçirilmişdi.

Xeberler.az bildirir ki, forumun əsas məqsədi ekspertlər, dövlət qurumlarının, biznes və ictimai birliklərin nümayəndələri arasında müzakirə, fikir və təcrübə mübadiləsi üçün informasiya platformasının yaradılmasından ibarət olmuşdur. İkigünlük forumda rəqəmsal imzaların etibarlı elektron xidmətlərə keçidi, etibarlı xidmətlərdə kibertəhlükəsizlik, Ukraynadakı eDIAS nümunəsi, Avropa Birliyi katibliyində etibarlı xidmətlər sahəsindəki tendensiyalar, Əşyaların İnternetində təhlükəsizlik, etibarlı xidmətlər sahəsində Avropa Birliyi nümunələri və s. haqqında təqdimatlar və mövzular müzakirə edilmişdir.

“Asan İmza”nın operatoru, Rəqəmsal Ticarət Qovşağı (RTQ) layihəsinin partnyoru, həmçinin Azərbaycanda Mobile-ID layihəsi üzrə konsorsiumun rəhbəri, eyni zamanda Milli Mobil İdentifikatorların Qlobal İttifaqının (GANMI) həmtəsisçisi olan B.EST Solutions şirkətinin direktoru və təsisçisi, xanım Jana Krimpe «Ukrayna hökumətində və dünyada elektron hökumət layihələri və həllərində PKI texnologiyası adlı sessiyada iştirak etmişdir. Təqdimat zamanı həmçinin Azərbaycan və Ukrayna arasında etibarlı xidmətlərin təqdim edilməsi sahəsində əməkdaşlıq, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı çərçivəsində ölkələr arasında transsərhəd elektron xidmətlər və uyğun etibarlı xidmətlərin yaradılması müzakirə edilmişdir.

Forum – Forumun Qətnaməsinin nəzərdən keçirilməsi və GDPR üzrə ilkin addımların müzakirəsilə başa çatmışdır.

Forum, əsasən dövlət orqanlarına, inzibati xidmətlər göstərən təşkilatlara, notariatlara, kibertəhlükəsizlik üzrə mütəxəssislər və elektron identitet və elektron rəqəmsal imzalar sistemlərini işləyib hazırlayanlara, mobil operatorlara, bank təşkilatları və ödəniş xidmətlərinin təchizatçılarına, hüquqşünaslar və məhkəmə ekspertlərinə, akademik sektor və standartlaşdırma orqanlarına, fərdi investorlara, İT xidmətlərinin təchizatçılarına istiqamətlənmişdir.

Xanım Krimpenin işgüzar səfəri, Ukraynanın Baş nazirinin müavini, Ukraynanın Rəqəmsal Transformasiya üzrə naziri cənab Mixail Fyodorovla uğurlu görüşü ilə yadda qaldı. Görüşdə ölkələr arasında təcrübə mübadiləsi aparılmış, iqtisadi əməkdaşlığı əhəmiyyətli dərəcədə yaxşılaşdıran Azərbaycanın Rəqəmsal Ticarət Qovşağında ölkələr arasında mümkün əməkdaşlıq, transsərhəd elektron xidmətlərin yaradılması imkanları müzakirə edilmişdir. Görüşdə Azərbaycan m-Rezidentlik layihəsi ilə bağlı təcrübəsini də bölüşdü. Jana Krimpe nazir Fyodorovun rəhbərlik etdiyi yeni komandanın yüksək peşəkar və innovativ yanaşmasını qeyd etdi.

Qeyd etmək lazımdır ki, Azərbaycan mobil rəqəmsal identitetin istifadəsi və onun müxtəlif dövlət və özəl elektron xidmətlərə inteqrasiyası üzrə dünyada qabaqcıl yerlərdən birini tutur. Bura mobil rezidentlik kimi “Asan İmza”nın, Azərbaycan Respublikasının Prezidenti yanında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanan və dövlət-özəl əməkdaşlıq prinsipinə əsaslanan Rəqəmsal Ticarət Qovşağına inteqrasiyasını da daxil etmək lazımdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Аsan İmza e-ID beynəlxalq forumunda təqdim edilib

23-09-2019

Asan İmza İdentitet üzrə seminarda müzakirə olunub

14-06-2019

Asan İmza Estoniyanın eID Forumunda təmsil olunmuşdur

20-09-2018

Azərbaycan innovasiyaları Belçikada təqdim edilib

15-11-2017

“Asan İmza” Ukraynada müzakirə olunub

15-02-2017

Rəqəmsal Ticarət Qovşağı Moskvada keçirilən konfransda təqdim olunub

10-10-2019

Azərbaycanla Ukrayna ilk dəfə “Asan İmza” ilə sənəd imzaladı

07-10-2016

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Estoniyada uğur qazanıb

16-09-2019

Bakıda rəqəmsal ticarət konfransı keçiriləcək

17-10-2017

Asan İmza və Rəqəmsal Ticarət Qovşağı Estoniyadakı konfransda təqdim edildi

04-06-2018

Azərbaycanda Rəqəmsal Ticarət Qovşağına aid ikinci beynəlxalq konfransı keçiriləcək

10-09-2018

Asan İmza mobil elektron imza layihəsi ən innovativ nümunə kimi qəbul edilib

13-11-2018

Аsan İmza Uqanda Respublikasının nümayəndə heyətinə təqdim edilib

27-09-2018

“İnformasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda beynəlxalq forum keçirilib

29-06-2021

Rəqəmsal Ticarət Qovşağı üçüncü beynəlxalq forumu keçiriləcək

24-09-2019

İKT yeniliklərimiz ABŞ-da təqdim edilib

03-05-2018

Xarici mütəxəssislər “Asan İmza” texnologiyası ilə tanış olub

14-11-2016

Ölkədə ilk dəfə elektron formada memorandum bağlanıb

16-06-2017

Asan İmza dünyada ilk mobil rezidentlik layihəsi oldu

07-09-2018

ASAN imza dünya üzrə xarici vətəndaşlara təqdim olunacaq

05-06-2017

Rəqəmsal Ticarət Qovşağı BMT-nin iclasında təqdim edilib

18-01-2020

“Asan İmza” Rusiyada təqdim ediləcək

14-09-2016

“Asan İmza” Avropanın nüfuzlu müsabiqəsinin finalında

14-06-2016

B.EST Solutions Beynəlxalq tədbirdə iştirak edib

17-09-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə