ASAN imza nüfuzlu mükafata layiq görülüb-Foto

10-05-2017 / 10:50

7-9 mart tarixlərində Brayton şəhərində (İngiltərə) qlobal mobGov World Summit konfransı keçirilib.

Bu konfrans ənənəvi olaraq mobil dövlət xidmətlərinin tətbiqi ilə bağlı son dövrlərin nailiyyətlərinin, həmçinin çağrışlarının müzakirəsi və mübadiləsi üçün ənənəvi olaraq mobil sənayenin peşəkarlarını, dövlət sektorunun nüməyəndələrini, EİB və akademik dairələrini toplayır.

Dövlət sektoru üçün yeni və innovativ xidmətlərin və ya həllərin daha effektli olduğu ölkələrin dövlət sektorunun yüksək vəzifəli nümayəndələri bu sektorda mobil texnologiyaların istifadəsi, informasiya təhlükəsizliyi, əşyaların İnterneti sisteminin qurulması, istifadə olunan innovasiyalarda süni intellektin inkişafı sahəsində öz təcrübələri və çıxardıqları nəticələri bölüşüb. 

Xeberler.az-ın məlumatına görə, mobileGov World Summit kürsüsündən səslənən çıxışlardan biri ASAN imza mobil elektron imza xidmətinin operatoru olan B.est Solutions Azərbaycan şirkətinin rəhbəri xanım Yana Krimpenin məruzəsi olub.

Mobil ID – gələcək nəsil Elektron Hökumət üçün Sizin mobil pasportunuzdur” məruzəsinin əsas mövzusu kimi Sammitdə “Made in Azerbaijan” brendi altında təqdim olunan  ASAN imza texnologiyası olub.

Qeyd olunub ki, hazırda 500-dən çox dövlət və özəl sektorun elektron xidmətlərində ASAN imza istifadə olunur. ASAN imza müxtəlif dövlət və özəl sektorun çağrı mərkəzlərinə (Call Centre) inteqrasiya olunub.

Bu gün ASAN imza  mobil elektron imzanın köməyilə elektron vergi bəyannamələrinin verilişi, malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi, əmək müqavilələri haqqında bildirişlərin qeydiyyatı, abituriyentlərin onlayn qeydiyyatı və s. həyata keçirilir. Eyni zamanda  ASAN imza İslam ölkələri üçün yeni inqilabi transsərhəd layihəsi hesab edilir.

Bundan əlavə xanım Yana Krimpe Sammit nümayəndələrini innovativ Azərbaycanın digər, məsələn, ölkədə “Made in Azerbaijan” adı alan ASAN imza-nın Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən təqdim olunan Azexport.az portalına inteqrasiyası da daxil olmaqla digər nailiyyətləri ilə də tanış edib.

Qeyd edək ki, portal Azərbaycanda istehsal olunan məhsulların ixracını dəstəkləyir və Alibaba.com, eBay.com, Wholesale və All.biz. kimi dünya elektron ticarət şirkətləri ilə çalışır. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası prezidenti İlham Əliyevin sərəncamı əsasında daxili ticarət əməliyyatlarının genişləndirilməsi və rəqəmsal ticarət habı (Digital Trade Hub of Azerbaijan) kimi Azexport.az portalının işinin gücləndirilməsi üzrə əlavə tədbirlər görülməkdədir.

mobileGov World Summit konfransının nəticələrinə görə Global mobileGov Awards-ın müsiflər heyəti müsabiqə layihələrini onların innovativliyi, effektliliyi və digər parametrlərinə görə qiymətləndirilib.

B.EST Solutions şirkətinin operatoru olduğu mobil identitet və elektron imza olan ASAN imza  Azərbaycan texnologiyasının dövlət və özəl sektorun elektron xidmətlərinə hər yerdə və təhlükəsiz girişi təmin edilməsinin inkişafı sahəsindəki innovativliyinə görə nüfuzlu "Runners for the Global mobileGov Awards"mükafatına namizədliyi irəli sürülüb.

İnnovasiya sənayesinin liderləri hesab edilən Cənubi Koreya (Dövlət Dəstəyinin Mobil Mərkəzi), Malayziya (JPA4U Mobile), BƏƏ (Rəqəmsal İnnovasiyalar Mərkəzi), Hindistan (Mobil Dövlət İdarəetməsi üzrə təşəbbüs), Türkiyə (Bələdiyyələr üçün Müəssisələrin Mobillilik Dərəcəsi), Rusiya (Kompleks Tibbi İnformasiya-Analitik Sistemi) kimi ölkələr tərəfindən bu sahədə reallaşdırılan həllər digər nominantlar sırasına daxil oldu. Beynəlxalq müsiflər heyətinin qiymətləndirmələrinə görə ASAN imza bu nüfuzlu mükafata layiq görülüb.

“Biz gələcəyin mobil elektron hökumətinin qurulması sahəsindəki qabaqcıl dünya innovatorları tərəfindən qəbul edildiyimizə görə çox xoşbəxtik! Bu, bizim məhsulun üstünlüyünə və keyfiyyətinə verilən ən yüksək qiymətdir. İnnovasiyalar üzrə qabaqcıl ölkələrlə yanaşı olaraq Global mobileGov Awards 2017 kimi nüfuzlu mükafatın qalibi olmaq, bizim komanda üçün böyük qalibiyyətdir. Bu qalibiyyət növbəti dəfə sübut edir ki, Azərbaycanın innovasiyaları keyfiyyətin dünya standartlarına cavab verir və böyük ixrac potensialına malikdir. Bu, eyni zamanda ASAN imza komandasının və bizim partnyorlarımızla birlikdə həyata keçirilən işin yüksək peşəkarlığına verilən layiqli qiymətdir ki, partnyorlarımız arasında həm dövlət, həm də özəl şirkətlər var. ASAN imza –bın uğuru Azərbaycanın bir sıra nazirliklərinin, eləcə də telekommunikasiya və maliyyə sektorlarının birgə innovativ təşəbbüsü olmadan mümkün olmazdı ” – deyə xanım Yana Krimpe mükafatlandırma mərasimində qeyd edib.

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə