Previous Next
Bağla

DİM-in saytında “Şəxsi kabinet” necə yaratmaq olar?-Ödəniş üsulları

28-02-2017 11:16
DİM-in saytında “Şəxsi kabinet” necə yaratmaq olar?-Ödəniş üsulları

Məlum olduğu kimi,  Dövlət İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərindən faydalanmaq istəyən hər bir istifadəçinin (abituriyentin, bakalavrın, namizədin) şəxsi kabineti olmalıdır.

Xeberler.az DİM-ə istinadən bu barədə oxucalara daha ətraflı məlumat təqdim edir:

"Şəxsi kabinet"in yaradılması və istifadə qaydası

Şəxsi kabinet bir dəfə yaradılır və daimi istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin şəxsi kabinetində öz əksini tapacaq. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında veriləcək) yararlanmaq olar.

Vəsait DİM tərəfindən göstərilən xidmətlərin ödənilməsi üçün istifadə edilir.

Şəxsi kabinet yaratmaq üçün istifadəçi:

 1. ekabinet.dim.gov.az internet ünvanına daxil olur, şəxsiyyətini təsdiq edən sənədin seriyasını siyahıdan seçir, nömrəsini və şəxsiyyətini təsdiq edən sənəddə göstərilən Fərdi İdentifikasiya Nömrəsini (FİN) müvafiq sahələrə daxil edib "Şəxsi kabinet yarat" düyməsini basır. Qeyd olunan məlumatlar düzgün daxil edilibsə, istifadəçinin ekranında onun soyadı, adı, atasının adı və digər məlumatları əks olunur;

 2. İstifadəçiyə müvafiq sahələrə mobil telefon nömrəsini və elektron poçt ünvanını daxil etmək təklif olunur. Bu məlumatlar zəruri hallarda (istifadəçi ilə əlaqə saxlamaq, parolu bərpa etmək və s. üçün) istifadə oluna bilər;

3. Gələcəkdə şəxsi kabinetə daxil olmaq üçün istifadəçi müəyyən tələblərə riayət edərək parol (parolu unutmayın və məxfi saxlayın) təyin etməli və onu müvafiq sahələrə daxil edib "Yadda saxla" düyməsini basmalıdır.

Nəticədə sistem tərəfindən kabinetə unikal nömrə təyin edilir. Kabinetin nömrəsi xidmətlərdən istifadə edilən zaman tələb oluna bilər;

İstifadəçi şəxsi kabinetini menyudan aşağıdakı elementləri seçməklə idarə edə bilər:

Şəxsi məlumatlar.Menyudan bu elementi seçdikdə istifadəçinin şəxsiyyətini təsdiq edən sənəddə əks edilmiş məlumatlar ekrana ötürülür. Kabinet yaradılandan sonra istifadəçi şəxsiyyəti təsdiq edən yeni sənəd alıbsa, o, "Sənədim yenilənib" düyməsindən istifadə edib məlumatları yeniləməlidir;

Əlaqə məlumatları. Bu səhifədə istifadəçi ev telefonu, mobil telefon nömrələrini və elektron poçt ünvanını daxil etməlidir.

 Bu məlumatların bildirilməsi məcburi deyil, lakin zəruri hallarda (istifadəçi ilə əlaqə saxlamaq, parolu bərpa etmək və s. üçün) onlardan istifadə oluna bilər;

Parolu dəyiş. İstifadəçi bu elementi seçib parolunu yenisi ilə əvəz edə bilər;

Hesab. Bu səhifəyə daxil olaraq istifadəçi aşağıdakı əməliyyatları həyata keçirə bilər.

Hesaba əlavələr. İstifadəçi müxtəlif ödəniş üsullarından yararlanaraq "Ödəniş kodu"nu əldə edir və onu bu səhifədəki sahəyə daxil edir.

Kod düzgün daxil edildiyi və hələ aktivləşdirilmədiyi halda, ona uyğun məbləğ hesaba əlavə edilir. Bu əməliyyata aid məlumatlar (ödənişin kodu, məbləğ, tarix və saat) səhifədəki siyahıda öz əksini tapır;

Hesabdan istifadə. Hesabdakı vəsait DİM tərəfindən göstərilən müxtəlif xidmətlərin haqqının ödənilməsi üçün istifadə edilir. Bu funksiya seçildikdə hesaba əlavə edilmiş vəsaitin nə zaman və hansı təyinatla istifadə edildiyini əks etdirən məlumatlar siyahı şəklində təqdim olunur;

Digər şəxsin hesabına vəsait köçürmə. İstifadəçi öz hesabından başqa şəxsi kabinet istifadəçisinin hesabına vəsait köçürmək üçün həmin şəxsi kabinetin nömrəsini daxil edib "Davam et" düyməsini basmalıdır;

-Sınaq imtahanı üçün ödəmə kartlarının alınması. Sınaq imtahanına yazılmaq üçün ödəmə kartını (seriya nömrəsi və parol) əldə etmək üçün istifadəçi sınaq imtahanının növünü ("Bakalavriat səviyyəsi üzrə sınaq imtahanı", "Magistratura səviyyəsi üzrə sınaq imtahanı" və s.) seçir və "Kartı al" düyməsini basır. Nəticədə hesabdan müvafiq məbləğdə vəsait silinir və istifadəçiyə ödəmə kartının məlumatları (seriya nömrəsi və parol) təqdim olunur.

Dövlət İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərindən faydalanmaq üçün istifadə olunan ödəniş üsulları:

DİM-dən Xeberler.az-a verilən məlumata görə, "Şəxsi kabinetin" hesabına lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar:

Ödəniş sistemlərinin veb portalları (Hökumət ödəniş portalı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ödəniş sistemi, GoldenPay, EasyPay, Mobile Payment Systems),

ödəniş sistemlərinin özünəxidmət kioskları,

poçt şöbələrində;

SMS vəsitəsilə.

Sınaq imtahanlarına yazılmaq üçün ödəmə kartlarını "Şəxsi kabinet"dən və SMS-lə əldə etmək olar.

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

DİM-in elektron xidmətlərindən istifadə etmək üçün Şəxsi kabinet yaradanların nəzərinə

05-02-2019

Dövlət qulluğuna hazırlaşanların nəzərinə

29-09-2017

DİM növbəti dəfə elektron sınaq imtahanı keçirəcək

08-01-2018

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin nəzərinə

21-11-2017

Dövlət qulluğuna müsabiqənin test imtahanı mərhələsində elektron sınaq imtahanları keçiriləcək

26-11-2018

DİM yeni qiymətləndiricilər-markerlər hazırlayacaq

15-09-2017

Magistraturaya sənəd qəbulu başa çatır

26-01-2026

Ali məktəblərə tələbə qəbulu üzrə sınaq imtahanı keçiriləcək

05-01-2023

İmtahana buraxılış vərəqini necə çap etmək lazımdır?

04-04-2017

Bu qurumlarda yüksək vəzifələr boş qalıb

07-09-2018

Magistraturaya qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçiriləcək

29-12-2024

Ümumi (9 illik) orta təhsil bazasında sənəd qəbulu davam edir

19-04-2022

DİM Şəxsi kabinetə yeni elektron xidmət əlavə edib

20-08-2019

Portal üzərindən sınaq imtahanına necə yazılmaq olar?

25-02-2016

ASAN ödəniş sistemində yeniliklər edilib-Sürücülərin nəzərinə

07-11-2016

Magistratr imtahanına sənəd qəbulu başlayıb

14-01-2026

Sınaq imtahanına onlayn necə yazılmaq olar?

14-04-2017

Elektron sınaq imtahanları davam edir

30-03-2017

Şəhər telefon nömrəsini telefon qovşağına getmədən necə dəyişmək olar?

06-01-2016

Yeni elektron xidmət yaradılıb

24-12-2014

DİM-də “Cari zal nəzarətçilərinin elektron qeydiyyatı” sistemi aktiv edilib

01-11-2024

Ödəmə kartları - mobil xatırlatma xidməti istifadəyə verilib

26-02-2013

DİM: Elektron ərizə qəbulu davam edir

15-05-2017

“Elektron hökumət” portalındakı “Şəxsi kabinet”in funksionallığı artırılır

16-06-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə