“ASAN peşə” ilə ixtisas seçimi başa çatıb

07-09-2016 / 11:34

Sentyabrın 6-da “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə əlavə ixtisas seçimi prosesi başa çatıb.

Xeberler.az-ın məlumatına görə, Təhsil Nazirliyi ilə ASAN xidmət arasındakı əməkdaşlıq çərçivəsində hazırlanmış “ASAN peşə” layihəsi 11 avqust–6 sentyabr 2016-cı il tarixlərində pilot olaraq, Bakı və Gəncə şəhərlərində reallaşdırılıb. 

Dövlət vəsaiti hesabına ilk peşə-ixtisas təhsili almaq istəyənlərin sənəd qəbulu ASAN xidmət mərkəzlərində aparılıb.

“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçiminə 1848 nəfər müraciət edib. Onlardan 1042 nəfəri ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub.

İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər aşağıda qeyd olunan sənədləri 7–12 sentyabr 2016-cı il tarixlərində (şənbə və bazar günləri daxil olmaqla) qəbul olunduqları ilk peşə-ixtisas təhsili müəssisəsinə təqdim etməlidirlər:

1. Təhsil haqqında sənədin əsli;

2. Tibbi arayış;

3. Şəxsiyyət vəsiqəsi (surəti);

4. 3x4 sm. ölçüdə 4 ədəd fotoşəkil;

5. Hərbi mükəlləfiyyət barədə sənəd (hərbi mükəlləfiyyətlilər);

İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslərin siyahısı

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə