“ASAN xidmət”in Çağrı Mərkəzində 10 milyonuncu müraciət qeydə alınıb

01-07-2025 / 11:36

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 108 Çağrı Mərkəzinə 10 milyonuncu müraciət daxil olub.

Xeberler.az bildirir ki, Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 2013-cü il fevralın 1-dən fəaliyyətə başlayan 108 Çağrı Mərkəzi “ASAN xidmət”, “ASAN kommunal” mərkəzlərinin, "ABAD" publik hüquqi şəxsin, Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı informasiya xidmətinin göstərilməsini, xidmətlərlə bağlı şikayət və təkliflərin qəbul olunmasını həyata keçirir. 108 Çağrı Mərkəzi səsboğucu funksiyalı iş masaları, müasir kompüterlər, proqram təminatları, normativ hüquqi baza və operativ məlumat bazası ilə təchiz olunub. Ən son texnologiyalara əsaslanan Sipline Çağrı Mərkəzi və telefoniya sistemi vasitəsilə fasiləsiz və keyfiyyətli xidmət təmin edilir.

Gün ərzində orta hesabla 5 mindən çox olmaqla, bu günə qədər ümumilikdə 10 milyon müraciət qəbul olunub.

Hazırda 108 Çağrı Mərkəzi vasitəsilə müraciətlərin qəbulu həftənin bazar ertəsi-cümə günləri saat 09:00-dan 18:00-dək canlı rejimdə, qeyri-iş saatlarında, bayram və istirahət günlərində isə avtomatlaşdırılmış rejimdə səsli məlumatlandırma sistemi vasitəsilə həyata keçirilir.

Azərbaycanın istənilən regionundan stasionar telefon vasitəsilə “108” nömrəsini yığaraq həmin xidmətlərdən ödənişsiz istifadə oluna bilər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə