Previous Next
Bağla

Ekspert: Milli Kibertəhlükəsizlik Agentliyi hansı səlahiyyətlərə malik olacaq?

02-06-2026 16:37
Ekspert: Milli Kibertəhlükəsizlik Agentliyi hansı səlahiyyətlərə malik olacaq?

Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı fərmanla yaradılan Milli Kibertəhlükəsizlik Agentliyinin ölkədə kibertəhlükəsizlik və fərdi məlumatların mühafizəsi sahəsində mühüm institusional dəyişikliklərə səbəb olacağını bildirib.

Xeberler.az məlumat verir ki, Ekspertin sözlərinə görə, uzun illər kibertəhlükəsizlik sektorunda fəaliyyət göstərən, əvvəlcə Elektron Təhlükəsizlik Mərkəzi, daha sonra isə Elektron Təhlükəsizlik Xidməti kimi fəaliyyət göstərən qurum öz yerini tapmaqda çətinlik çəkirdi. Onun sözlərinə görə, qurumun səlahiyyətləri, resursları və kadr potensialı kifayət qədər məhdud idi.

Osman Gündüz vurğulayıb ki, yeni fərmanla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin bazasında Nazirliyin tabeliyində “Milli Kibertəhlükəsizlik Agentliyi” publik hüquqi şəxsi yaradılıb və bu dəyişiklik sadəcə ad dəyişikliyi ilə məhdudlaşmır.

Ekspertin fikrincə, yeni Agentliyin statusu yüksəldilir, idarəetmə modeli yenilənir və ona əlavə səlahiyyətlər verilir. Sənədlərdən göründüyü kimi, qurum əsasən kritik informasiya infrastrukturuna aid olmayan özəl sektorun kibertəhlükəsizlik tənzimləyicisi rolunda çıxış edəcək.

Qeyd olunur ki, Agentlik telekommunikasiya operatorları, internet provayderləri, banklar, maliyyə qurumları, elektron ticarət platformaları, hostinq və bulud xidmətləri göstərən şirkətlər, eləcə də digər informasiya infrastrukturu subyektləri ilə bağlı koordinasiya, monitorinq, metodoloji dəstək və tənzimləmə funksiyalarını həyata keçirəcək.

Ekspertin diqqət çəkdiyi əsas məqamlardan biri isə fərdi məlumatların mühafizəsi sahəsində Agentliyə verilən yeni səlahiyyətlərdir. Onun sözlərinə görə, Agentliyə fərdi məlumat bazalarının reyestrinin aparılması, auditlərin təşkili, şikayətlərin araşdırılması və nəzarət funksiyalarının verilməsi qurumu müəyyən mənada Azərbaycanın gələcək GDPR tipli tənzimləyici orqanına çevirə bilər.

Osman Gündüz bildirib ki, fərmandan görünür ki, dövlət sektorunun ən kritik hissəsi əvvəlki kimi müvafiq təhlükəsizlik qurumlarının nəzarətində qalır. Dövlət qurumlarının informasiya sistemləri, kritik informasiya infrastrukturları, strateji sektorların kritik sistemləri, xüsusi mühafizə olunan obyektlər, kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin sistemləri, eləcə də dövlət sirri ilə işləyən informasiya sistemləri üzrə səlahiyyətlər əvvəlki qaydada saxlanılır.

Ekspert hesab edir ki, dövlət kibertəhlükəsizlik idarəçiliyində yeni balans formalaşdırır. Belə ki, strateji və milli təhlükəsizlik komponentləri mövcud təhlükəsizlik qurumlarının nəzarətində qalır, mülki sektorun kibertəhlükəsizlik tənzimlənməsi və fərdi məlumatların mühafizəsi isə yeni Agentliyin əsas fəaliyyət istiqamətlərinə çevrilir.

Onun sözlərinə görə, bu fərman son illərdə Azərbaycanda kibertəhlükəsizlik və fərdi məlumatların qorunması sahəsində qəbul edilən ən mühüm institusional qərarlardan biri hesab oluna bilər. Ekspert xüsusilə fərdi məlumatların mühafizəsi istiqamətində ölkədə daha dayanıqlı və sistemli mühitin formalaşacağına ümid etdiyini bildirib.

Osman Gündüz sonda qeyd edib ki, qarşıdakı dövrdə Agentliyin real təsiri ona verilmiş səlahiyyətlərdən necə istifadə etməsindən və bu səlahiyyətlərin praktik tətbiqindən asılı olacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kibertəhlükəsizlik sahəsində yeni dövlət qurumu fəaliyyətə başlayıb

Kibertəhlükəsizlik sahəsində yeni dövlət qurumu fəaliyyətə başlayıb

04-06-2026
Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

16-06-2026
Azərbaycanın rəqəmsal təhlükəsizlik sistemi mühüm transformasiyadadır

Azərbaycanın rəqəmsal təhlükəsizlik sistemi mühüm transformasiyadadır

05-06-2026
Kibertəhlükəsizlik üzrə direktorat yaradılacaq

Kibertəhlükəsizlik üzrə direktorat yaradılacaq

26-07-2019
28 yanvar - Beynəlxalq fərdi məlumatların mühafizəsi günüdür

28 yanvar - Beynəlxalq fərdi məlumatların mühafizəsi günüdür

28-01-2021
Ekspert: İT sahəsində kadrlara ehtiyac kəskin artıb

Ekspert: İT sahəsində kadrlara ehtiyac kəskin artıb

12-09-2022
Elektron Təhlükəsizlik Xidmətinin təcrübə proqramı yekunlaşıb

Elektron Təhlükəsizlik Xidmətinin təcrübə proqramı yekunlaşıb

07-10-2022
DTX yeni səlahiyyətlər əldə edib

DTX yeni səlahiyyətlər əldə edib

07-07-2022
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə səlahiyyətli orqanlar müəyyənləşib

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə səlahiyyətli orqanlar müəyyənləşib

20-07-2023
Azərbaycanın informasiya məkanında təhlükəsizlik riskləri müəyyənləşdiriləcək

Azərbaycanın informasiya məkanında təhlükəsizlik riskləri müəyyənləşdiriləcək

28-08-2023
Akademik: Kibertəhlükəsizlik sahəsində elmi potensialın gücləndirilməsi vacibdir

Akademik: Kibertəhlükəsizlik sahəsində elmi potensialın gücləndirilməsi vacibdir

04-06-2026
ETX maarifləndirmə tədbirləri ilə əlaqədar videoçarx hazırlayıb

ETX maarifləndirmə tədbirləri ilə əlaqədar videoçarx hazırlayıb

18-10-2024
Ekspert: Sosial şəbəkələrdə yaş yoxlaması necə aparılacaq?

Ekspert: Sosial şəbəkələrdə yaş yoxlaması necə aparılacaq?

10-06-2026
Bu qurumların strukturu niyə təsdiqlənmir?

Bu qurumların strukturu niyə təsdiqlənmir?

06-01-2021
Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq

Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq

28-08-2023
"AmCham": Milli kibertəhlükəsizlik koordinasiya mərkəzi yaradılmalıdır

"AmCham": Milli kibertəhlükəsizlik koordinasiya mərkəzi yaradılmalıdır

29-01-2026
Kibertəhlükəsizlik laboratoriyaları nə üçün yaradılır? - Şərh

Kibertəhlükəsizlik laboratoriyaları nə üçün yaradılır? - Şərh

06-02-2026
IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

02-06-2026
Naxçıvanda “Kiber Suverenlik” konfransı keçiriləcək

Naxçıvanda “Kiber Suverenlik” konfransı keçiriləcək

14-05-2025
Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

06-10-2025
Elektron Təhlükəsizlik Xidməti məktəblilər üçün maarifləndirmə tədbirləri keçirib

Elektron Təhlükəsizlik Xidməti məktəblilər üçün maarifləndirmə tədbirləri keçirib

15-04-2024
“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

04-06-2026
ETX əməkdaşı "MİSP" platformasında təhlükəsizlik boşluğu aşkarlayıb

ETX əməkdaşı "MİSP" platformasında təhlükəsizlik boşluğu aşkarlayıb

21-05-2026
Azərbaycan Prezidenti informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb

Azərbaycan Prezidenti informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb

27-09-2012





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə