Previous Next
Bağla

ATU Azercell-lə əməkdaşlığı genişləndirir

01-03-2016 11:34
ATU Azercell-lə əməkdaşlığı genişləndirir

Azərbaycan Texnologiya Universiteti (ATU) və ölkənin aparıcı mobil operatorlarından olan Azercell Telekom-un rəhbərliyi arasında görüş keçirilib.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, Bakı şəhərində Azercell-in baş ofisində reallaşan görüşdə ATU-nun rektoru professor Akif Süleymanov rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyət istiqamətləri və perspektiv planları haqqında məlumat verib.

O qeyd edib ki, İKT üzrə kadr hazırlığı ATU-nun əsas fəaliyyət istiqamətlərindən olduğundan Azercell-lə əməkdaşlıq bu ali təhsil ocağı üçün böyük əhəmiyyət kəsb edir. Çünki, ATU-nun əsas hədəflərindən biri Gəncədə və Qərb bölgəsində İKT mütəxəssisləri hazırlayan əsas universitet olmaqdır.

Rektor həmçinin bildirib ki, bölgədə rabitə və İKT sektorunun inkişafına təkan vermək də ATU-nun əsas məqsədlərindəndir. Bu isə böyük müəssisələrlə əməkdaşlığı zəruri edir. Belə əməkdaşlıq eyni zamanda universitetin inkişafına, tələbələrin təhsilə marağının artırılmasına da zəmin yaradır. Professor Akif Süleymanov ATU-nun bir tələbəsinin Azercell-in "Tələbə təqaüdü" proqramının qalibi olduğunu da xatırladıb və bu fəaliyyətin təqdirəlayiq stimullaşdırıcı bir addım olduğunu qeyd edib.

Azercell-in prezidenti Vahid Mürsəliyev isə bildirb ki, rəhbərlik etdiyi şirkət ali təhsil ocaqları ilə əməkdaşlıqda, təhsilin ikişafına təkan verən layihələri dəstəkləməkdə maraqlıdır. Paytaxt Bakıda yerləşən bir neçə universitetlə müxtəlif layihələr üzrə əməkdaşlıq edən şirkətin bölgələrdəki ilk tərəfdaşı isə ATU olacaq.

V.Mürəsliyev deyib ki, İKT üzrə keyfiyyətli kadr hazırlığına dəstək olmaq məqsədilə Azercell tezliklə ATU-da 2G stansiyasının qurulmasını və şirkətin layihə ofisinin yaradılmasını başa çatdıracaq. Çünki, tələbələrin təhsil müddətində istehsalata və təcrübəyə mümkün qədər yaxın olması onların yaxşı mütəxəssis kimi yetişməsinə, dolayısıyla da gələcək karyerasına birbaşa təsir edir.

Azercell-in prezidenti tələbələrlə görüşmək və onlara peşəkar məsləhətlər vermək üçün tezliklə ATU-ya gəlməyə hazır olduğunu da bildirib.

Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azercell-in prezidenti tələbələrlə görüşüb-Foto

Azercell-in prezidenti tələbələrlə görüşüb-Foto

15-12-2017
Startap və Texnologiya Transferi Mərkəzi yaradılacaq

Startap və Texnologiya Transferi Mərkəzi yaradılacaq

24-09-2019
Texnologiya Universiteti ilə İRİA  əməkdaşlığa start verir

Texnologiya Universiteti ilə İRİA əməkdaşlığa start verir

21-05-2025
Azərbaycan Texniki Universitetində quraşdırılan Wi-Fi sisteminin təqdimatı keçirilib.

Azərbaycan Texniki Universitetində quraşdırılan Wi-Fi sisteminin təqdimatı keçirilib.

01-06-2012
Tibb sahəsində İKT-nin  tətbiqi  müzakirə olunacaq

Tibb sahəsində İKT-nin tətbiqi müzakirə olunacaq

20-04-2016
Azərbaycan Texniki Universitetində elektron təhsil informasiya sisteminin yaradılması layihəsi başa çatıb

Azərbaycan Texniki Universitetində elektron təhsil informasiya sisteminin yaradılması layihəsi başa çatıb

18-03-2014
Texnologiya Universiteti Xəzəryanı universitetlərin Baş Assambleyasında təmsil olunub

Texnologiya Universiteti Xəzəryanı universitetlərin Baş Assambleyasında təmsil olunub

21-10-2025
“Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı

“Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı

23-02-2024
“Gənc İnnovatorlar” startap müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Gənc İnnovatorlar” startap müsabiqəsinin qalibləri mükafatlandırılıb

08-12-2023
ATU-da Rəqəmsal Kitabxana istifadəyə verilib

ATU-da Rəqəmsal Kitabxana istifadəyə verilib

10-10-2025
Azercell-dən ADNSU  tələbələrinə əməkdaşlıq imkanı

Azercell-dən ADNSU tələbələrinə əməkdaşlıq imkanı

05-04-2016
Texnologiya Universitetinin rektoru kollektivə təqdim edilib

Texnologiya Universitetinin rektoru kollektivə təqdim edilib

05-11-2024
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış edib

“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış edib

08-05-2025
Qafqaz Universitetinin tələbələri Azercell-də

Qafqaz Universitetinin tələbələri Azercell-də

17-04-2015
Azercell və Bakı Dövlət Universiteti əməkdaşlıq memorandumu imzalayıb

Azercell və Bakı Dövlət Universiteti əməkdaşlıq memorandumu imzalayıb

21-10-2015
“Azercell”in prezidenti Tələbə Təqaüdü Proqramının qalibləri ilə görüşüb

“Azercell”in prezidenti Tələbə Təqaüdü Proqramının qalibləri ilə görüşüb

12-01-2011
Azercell gənclərin işlə təmin olunmasına yardımçı olur

Azercell gənclərin işlə təmin olunmasına yardımçı olur

19-12-2018
Akademik: “ATU-da yaradılan AI laboratoriyası tədrisə dəstək verəcək”

Akademik: “ATU-da yaradılan AI laboratoriyası tədrisə dəstək verəcək”

22-06-2026
ATU ilə İnformasiya Texnologiyaları İnstitutu arasında memorandum imzalanıb

ATU ilə İnformasiya Texnologiyaları İnstitutu arasında memorandum imzalanıb

25-12-2025
Azercell-in prezidenti  qalib tələbələrlə  görüşüb

Azercell-in prezidenti qalib tələbələrlə görüşüb

13-01-2016
Barama Media Mərkəzi istifadəyə verildi-Foto

Barama Media Mərkəzi istifadəyə verildi-Foto

28-03-2017
Azercell-in prezidenti qalib tələbələrlə görüşüb-Foto

Azercell-in prezidenti qalib tələbələrlə görüşüb-Foto

25-01-2017
“GreenTech” Startap və Yaşıl Texnologiyalar” müsabiqəsinə start verilir

“GreenTech” Startap və Yaşıl Texnologiyalar” müsabiqəsinə start verilir

04-04-2024
Azercell-dən təqaüd almaq istəyən tələbələrin nəzərinə

Azercell-dən təqaüd almaq istəyən tələbələrin nəzərinə

02-11-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə