Previous Next
Bağla

Azercell-in prezidenti qalib tələbələrlə görüşüb

13-01-2016 10:07
Azercell-in prezidenti  qalib tələbələrlə  görüşüb

Ölkəmizdə təhsilin inkişafı üçün bir sıra sosial layihələr həyata keçirən Azercell Telekom bu sahədə fəaliyyətini davam etdirir. Şirkətin 2008-ci ildən etibarən tələbələrə təqdim etdiyi Tələbə Təqaüdü Proqramının 2015-ci il üçün nəticələri müəyyən edilib.

Azercell-dən Xeberler.az-a verilən məlumata görə, dünən şirkətin prezidenti Vahid Mursəliyev Təqaüd Proqramının qalibləri ilə görüşüb və onlara xüsusi sertifikatları təqdim edib.

Vahid Mursəliyev qalibləri təbrik edərək, tələbələrə gələcək karyeralarında uğurlar arzulayıb. Bakı və eləcə də rayonlarda yerləşən universitetləri əhatə edən bu proqrama qatılmaq üçün ölkəmizin müxtəlif təhsil ocaqlarından ümumilikdə 1200-dən çox tələbə müraciət edib.

Oktyabrın 1-dən başlanan mərhələli seçim prosesinin sonunda 24  tələbə Azercell-in Təqaüdçüsü adına layiq görülüb. Proqram qalibi olan bu  24 tələbə ali təhsil müddətinin sonunadək Azercell şirkəti tərəfindən hər təhsil ayı üçün 200 AZN məbləğində təqaüd alacaq.

Bu tələbələr arasında Bakı və Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərən ali təhsil ocaqlarında təhsil alan gənclər yer alıb. Belə ki, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Qafqaz Universiteti, Dövlət İdarəçilik Akademiyası və Bakıda yerləşən digər təhsil qurumları ilə yanaşı, Gəncə, Mingəçevir, Naxçıvan və Lənkəran Dövlət Universitetlərinin tələbələri də Azercell-in fəxri təqaüdçüləri adına layiq görüldülər.

 Qeyd edək ki, proqramda seçim prosesi bir neçə mərhələdən ibarət olub. İlk mərhələdə proqram üçün müraciət edən tələbələr say məntiq məsələlərindən ibarət yazılı tapşırıqları yerinə yetirib, həmçinin, ingilis dilində müxtəlif mövzularda esselər yazıblar. Son mərhələdə isə tələbələr Azercell şirkətində rəhbər vəzifələrdə çalışan işçi və mütəxəssislərlə üz-üzə müsahibələrdən keçiblər. Nəticədə, bütün mərhələlərdən uğurla keçən tələbələr təqaüd proqramının qalibləri seçiliblər. Tələbə Təqaüdü Proqramının üstünlüyü yalnız maddi dəstəklə bitmir. Təqaüdlə yanaşı, bu gənclər telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanını əldə edirlər.

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Daha 27 tələbə Azercell-dən təqaüd alacaq

09-01-2017

Azercell 25 tələbəyə təqaüd ayırdı

22-12-2022

Azercell tələbələrlə görüşüb

14-10-2017

Azercell-in prezidenti qalib tələbələrlə görüşüb-Foto

25-01-2017

Azercell daha 25 tələbəyə təqaüd verəcək

09-01-2018

Azercell-dən təqaüd almaq istəyən tələbələrin nəzərinə

02-11-2016

“Azercell” tələbələri sevindirdi

27-12-2010

“Azercell”in prezidenti Tələbə Təqaüdü Proqramının qalibləri ilə görüşüb

12-01-2011

Bu il Azercell daha 25 tələbəni sevindirdi

22-01-2019

“Azercell” “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib

06-04-2026

Azercell və Bakı Dövlət Universiteti əməkdaşlıq memorandumu imzalayıb

21-10-2015

Azercell tələbələrə aylıq təqaüd verəcək

19-09-2018

10 tələbə Azercell-dən təqaüd qazanıb

27-02-2025

GoldenPay şirkətinin tələbə təqaüdçüləri ilə görüşü baş tutub

28-01-2020

Azercell tələbələrə aylıq təqaüd verəcək

18-09-2017

Azercell Təqaüd və Təcrübə Proqramının qaliblərini təbrik edib

05-03-2022

10 tələbə "Azercell Təqaüdçüsü" adına layiq görülüb

06-02-2024

Azercell tələbələrə aylıq təqaüd verəcək

01-10-2016

Azercell-in Bölgə Tələbə Proqramı keçirilir

08-12-2015

Azercell 2020-ci il Tələbə Təqaüdü Proqramının nəticələrini elan edib

29-01-2020

“Azercell Tələbə Proqramı”nın təqdimatı keçiriləcək

20-10-2015

5 tələbə Nar-dan təqaüd alacaq

12-10-2018

Azercell bölgə ali təhsil müəssisələrinin tələbələri ilə görüşüb

14-10-2019

Azercell Tələbə Təqaüdü Proqramına müraciətlərin qəbuluna başlayır

17-09-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə