Previous Next
Bağla

Azercell-in prezidenti qalib tələbələrlə görüşüb-Foto

25-01-2017 17:40
Azercell-in prezidenti qalib tələbələrlə görüşüb-Foto

Yanvarın 25-də Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev Azercellin Təqaüdçüsü adına layiq görülən tələbələrlə görüşüb.

Xeberler.az-ın məlumatına görə, görüşdə çıxış edən Vahid Mürsəliyev bildirib ki, bu proqram nəticəsində tələbələr Azercell-də təqaüd almaqla yanaşı telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər:

“Azercell fəaliyyətə başladığı gündən indiyə qədər gənclərə, tələbələrə dəstək verib. Sizin üçün tələbə və təcrübə proqramları və bir sıra layihələr həyata keçirilib. Təhsil aldığınız universitetlərlə əməkdaşlıq proqramları imzalanıb. Bütün bunlar təhsilimizin inkişafına yönəlik addımlardı” - deyən şirkət prezidenti Azercell-in bundan sonra da tələbələrin yanında olacağını bildirərək, onlara təhsillərində uğurlar diləyib.

Qeyd edək ki, bu il Azercell-in Təqaüd Proqramının qalibləri sırasında Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Iqtisad Universiteti, ADA Universiteti, Azərbaycan Respublikasının Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Xəzər Universiteti, Qafqaz Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, ADNSU, AzTU, Mingəçevir Dövlət Universiteti, AzMİU və Gəncə Aqrar Universitetinin tələbələri yer alıb.

Tələbə Təqaüd Proqramının seçimləri iki mərhələli olub. Birinci seçim mərhələsi tələbələrin onlayn rejimdə təqdim etdikləri ərizələrin və sənədlərin dəyərləndirilməsindən ibarət olub.

Həmin müddətdə Bakı və Bölgə Universitetlərində Azercellin İnsan Qaynaqları mütəxəssisləri tərəfindən təqdimatlar keçirilib. İkinci mərhələdə  iştirak edən tələbələrə məntiq məsələlərindən ibarət olan onlayn tapşırıqla yanaşı ingilis dili tapşırığı verilib.

Bundan əlavə tələbələr Azercellin İQ mütəxəssisləri və digər departamentlərinin rəhbərləri tərəfindən keçirilən üz-üzə müsahibələrdə iştirak ediblər. Tələbələr akademik bilikləri, dünya görüşü, elmə və təhsilə həvəsi və s. meyarlar əsasında dəyərləndiriliblər.

 Azercell şirkəti Tələbə Təqaüd Proqramını 2008-ci ildən etibarən hər tədris ilində təqdim edir. Bu vaxtadək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 130-dan çox tələbə Azercellin təqaüdçüsü adına layiq görülüb.

Günel 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Daha 27 tələbə Azercell-dən təqaüd alacaq

09-01-2017

Bu il Azercell daha 25 tələbəni sevindirdi

22-01-2019

Azercell-in prezidenti qalib tələbələrlə görüşüb

13-01-2016

Azercell tələbələrlə görüşüb

14-10-2017

Azercell-dən təqaüd almaq istəyən tələbələrin nəzərinə

02-11-2016

Azercell daha 25 tələbəyə təqaüd verəcək

09-01-2018

Azercell və Bakı Dövlət Universiteti əməkdaşlıq memorandumu imzalayıb

21-10-2015

“Azercell”in prezidenti Tələbə Təqaüdü Proqramının qalibləri ilə görüşüb

12-01-2011

“Azercell” tələbələri sevindirdi

27-12-2010

Azercell 2020-ci il Tələbə Təqaüdü Proqramının nəticələrini elan edib

29-01-2020

Azercell daha bir karyera sərgisində iştirak etdi

04-03-2019

Azercell 25 tələbəyə təqaüd ayırdı

22-12-2022

Azercell-in prezidenti tələbələrlə görüşüb-Foto

15-12-2017

Azercell tələbələrə aylıq təqaüd verəcək

19-09-2018

“Azercell” “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib

06-04-2026

Azercell Tələbə Təqaüdü Proqramına müraciətlərin qəbuluna başlayır

17-09-2019

"Azercell" Tələbə Təqaüdü və Təcrübə Proqramının iştirakçıları uğurlarını bölüşür

16-04-2021

Azercell Tələbə Təqaüdü Proqramını elan edir

06-10-2011

Azercell-in Bölgə Tələbə Proqramı keçirilir

08-12-2015

Azercell gənclərin işlə təmin olunmasına yardımçı olur

19-12-2018

Azercell Təqaüd və Təcrübə Proqramının qaliblərini təbrik edib

05-03-2022

Azercell bölgə ali təhsil müəssisələrinin tələbələri ilə görüşüb

14-10-2019

Azercell tələbələrə aylıq təqaüd verəcək

01-10-2016

“Azercell Tələbə Proqramı”nın təqdimatı keçiriləcək

20-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə