Bu robotlar Ginnesin Rekordlar Kitabına düşdü

10-08-2016 / 16:04

Çinin Şandun şəhərində mindən çox robot Ever Win şirkətinin mütəxəssisləri tərəfindən meydanda sıra ilə düzülərək eyni anda rəqs ediblər.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, hündürlüyü 43,8 sm təşkil edən QRC-2 adlı robotlar bir mobil telefondan idarə olunub.

Xüsusi şifrələmə texnologiyası idarəetmə sistemini digər smartfonlardan gələn siqnalların müdaxiləsindən mühafizə edib.

Bununla da Ever Win şirkəti sinxron rəqs edən robotların sayına görə yeni dünya rekorduna imza atıb. Rəqs zamanı bəzi robotlarda texniki problemlər yarandığından yalnız 1007 mexaniki rəqqas Ginnesin Rekordlar Kitabına daxil edilib.

Qeyd edək ki, sinxron rəqs edən robotların sayına görə ilk dünya rekordu (540 robot) Çinin robot istehsalçısı olan UBTECH şirkətinə aiddir.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə