“AZDATACOM” şəbəkəsinin yaradılması üzrə işlər davam etdirilir
Regionlarda 1 Gbs həcmində «AzDataKom» şəbəkəsinin yaradılması üzrə işlər davam etdirilir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AzərTAc-a bildirmişlər ki, artıq «AzDataKom» şəbəkəsinin birinci fazası üzrə işlər uğurla başa çatdırılmışdır. Nəticədə Bakı və Sumqayıt şəhərlərinin ATS-ləri vahid şəbəkəyə birləşdirilmiş, 10 Gbit/saniyə sürətli informasiya mübadiləsi üçün imkan yaradılmışdır. Bakı və digər şəhərlərlə yanaşı, kənd yerlərində telekommunikasiya və informasiya texnologiyaları xidmətlərinin yüksək keyfiyyətlə verilməsi məqsədilə 2006-cı ildən bütün ölkəni əhatə edəcək 10 Cbit sürətli magistral rəqəmsal “AzDataKom” şəbəkəsinin qurulmasına başlanılmışdır. “AzDataKom” Azərbaycan hökuməti və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdikləri “Milli E-idarəçilik təşəbbüsü” layihəsi çərçivəsində qurulur.