Previous Next
Bağla

AzEduNet şirkəti “Virtual Məktəb” platformasının davamlı işləməsində dəstək göstərir

08-04-2021 09:45
AzEduNet şirkəti “Virtual Məktəb” platformasının davamlı işləməsində  dəstək göstərir

Ölkədə ən iri milli onlayn platforma olan “Virtual məktəb” artıq bir ildir ki, uğurla fəaliyyət göstərir və Azərbaycan Təhsil Şəbəkəsinin operatoru “AzEduNet” şirkəti bu layihənin bir hissəsi olmaqda davam edir. “Virtual məktəb” platformasının davamlı işləməsini təmin etmək məqsədilə “AzEduNet” şirkəti onun məsuliyyətinə dair texniki dəstək fəaliyyətini həyata keçirir.

Xeberler.az bildirir ki, 5 aprel 2021-ci il tarixindən etibarən təhsil müəssisələrində tədris prosesinin məsafədən təşkili ilə bağlı “AzEduNet” şirkəti müəllim və şagird heyətinə “Virtual Məktəb” platforması üzərindən qeydiyyat, loqin-şifrə və digər yaranan çətinliklərlə bağlı texniki dəstək göstərməkdə davam edəcək. Qeyd edək ki, platformanın istifadəçilərinə [email protected] elektron poçt ünvanı və 146-4 “Qaynar xətt” vasitəsilə texniki xidmət göstərilir.

Azərbaycan Təhsil Şəbəkəsi müxtəlif pillələr üzrə təhsil müəssisələrini, eləcə də təhsil sahəsində dövlət siyasətini həyata keçirən qurumları vahid şəbəkədə birləşdirən təhsil sahəsində ölkənin ən böyük daxili şəbəkəsidir. Azərbaycan Təhsil Şəbəkəsinin təqdim etdiyi başlıca imkanlar internetə yüksək sürətli çıxışın təmin olunması, internetin zərərli məzmunlardan filtrasiyası, intranet şəbəkəsinin qurulması və intranet üzərindən rabitənin (İP telefoniya, video-konfrans) təşkili,
təhsil müəssisəsində videomüşahidə xidmətinin qurulması, eləcə də şəbəkə və avadanlıqlara texniki dəstək xidmətinin göstərilməsidir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan Təhsil Şəbəkəsi elmi-intellektual müstəvidə geniş imkanlar təqdim edir

14-02-2019

İlin sonunadək 500 təhsil müəssisəsi Azedunet-ə qoşulacaq

09-11-2009

“Virtual məktəb”də müəllimlər üçün onlayn təlimlərə qeydiyyat davam edir

21-11-2020

Təhsil Nazirliyi, Bakcell və AzEduNet arasında əməkdaşlıq protokolu imzalanıb

06-03-2019

Azərbaycan Təhsil Şəbəkəsinə 200 təhsil müəssisəsi qoşulub

23-06-2009

Videozənglər quraşdırılacaq

02-07-2010

Azərbaycan təhsil şəbəkəsi yaradılır

18-02-2009

“Bakcell”dən müəllimlər üçün xüsusi tarif

06-11-2020

Rayon məktəblərinə sürətli internet çəkilir

19-08-2015

Azərbaycan Təhsil Şəbəkəsinə cəmi 1200 məktəb qoşulub

06-09-2012

Məktəblərə də video-texnologiyalar gəlir

12-07-2010

Azərbaycanda orta məktəblərin 22%-i internetə qoşulacaq

02-12-2010

Ekspert: Milli təhsil platforması yaradılmalıdır

18-04-2021

BİRLink yeni “Təhsil” tarifini təqdim edir

09-06-2020

“Rəqəmsal məktəb” platformasından istifadə üçün təlimlərin təşkili davam edir

28-11-2025

"Azercell" müəllimlərə dəstək olub

28-04-2020

Bakı məktəblərində “Rəqəmsal məktəb” platforması istifadəyə verilir

06-02-2025

Məktəblərdə İKT avadanlıqlarda yaranan problem necə aradan qaldırılır?

19-10-2015

“Virtual məktəb” layihəsi üzrə 150 min şagird qeydiyyatdan keçib

07-04-2020

“Rəqəmsal məktəb” platforması 500 mindən çox şagirdi əhatə edir

04-07-2025

“E-Məktəb” sistemi 10 məktəbdə tam istifadəyə verildi

01-06-2010

Təhsil müəssisələri hansı texnologiyalarla İnternetə qoşulub?

07-08-2015

Təhsil Nazirliyi tərəfindən Distant Təhsil Mərkəzinin açılışı oldu

22-05-2012

“Elektron təhsil” müsabiqəsi başladı

19-09-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə