Previous Next
Bağla

Azərbaycan ”Beeline” ilə əməkdaşlığı dayandırır

14-04-2015 22:23
Azərbaycan ”Beeline”  ilə əməkdaşlığı dayandırır

"Beeline” şirkəti işğal olunmuş Azərbaycan ərazilərində fəaliyyət göstərməsinə aydınlıq gətirib.

“Mobil operator olaraq “Beeline” şirkəti bütün abonentlərinə münasib taariflərlə fərqli xidmətlər təqdim etməyə çalışır. Hər bir abonent isə şəxsi marağına uyğun şəkildə istifadə edəcəyi mobil operatoru seçmək hüququna malikdir”.

Bu barədə “Beeline-Ermənistan”ın Dağlıq Qarabağda fəaliyyət göstərməsi ilə bağlı APA-nın sorğusuna “Beeline” şirkətindən verilən cavabda bildirilir.

 “Rusiyanın “Beeline” şirkəti Ermənistanın “ArmenTel” mobil şirkəti ilə “Beeline-Ermənistan” layihəsi çərçivəsində əməkdaşlıq edir. “Artsax Telekom” mobil operatoru ilə əməkdaşlıq isə “ArmenTel” abunəçiləri üçündür”, - deyə “Beeline”-nın cavabında qeyd edilir

“Beeline” şirkəti ilə əməkdaşlıq edən “Azercell Telekom”dan bildirilib ki, şirkət “Beeline” mobil operatoru ilə 1999-cu ildən əməkdaşlıq etsə də, MMC-nin Ermənistan və ya onun işğal etdiyi ərazilərlə heç bir rouminq bağlantısı yoxdur: “Müvafiq dövlət qurumları və Azərbaycanda fəaliyyət göstərən digər operatorlarla aparılan müzakirələrə uyğun “Azercell” hər hansı tədbirlərin həyata keçirilməsinə hazırdır”.

“Bakcell” şirkətindən isə “Beeline” şirkətinə Dağlıq Qarabağda qanunsuz rabitə xidmətlərinin dayandırılmasını tələb edən narazılıq məktubu göndəriləcəyi bildirilib: “Təəssüf ki, mobil operator şirkəti olaraq “Bakcell” bu tip məsələlərdə başqa operatorların və digər xidmət təchizatçılarının sözügedən fəaliyyətinə təsir göstərə bilmir”.

 Qeyd edək ki, “Beeline” şirkətinin təqdim etdiyi rouminq xidmətinə əsasən Ermənistandan Dağlıq Qarabağa gedən “ArmenTel” abunəçiləri xüsusi endirimli taariflərlə mobil telefon xidmətlərindən yararlanacaqlar. Azərbaycanda isə bəzi ictimai təşkilatlar və bir qrup gənc fəal “Beeline” şirkətinə boykot elan edərək, Azərbaycanın yerli mobil operatorlarını şirkətlə əməkdaşlığı dayandırmağa çağırıb. 

Xeberler.az

 
 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

«Beeline» şirkəti «Azerfon» şəbəkəsində beynəlxalq rouminq xidmətlərinə başlayıb

16-03-2009

Azərbaycan gəncləri Rusiya və İsveçrə mobil operatorlarına qarşı kampaniyaya başlayıb

07-04-2015

Ermənilər hərəkətə keçib !- "Qarabağdakı telekommunikasiya..."

04-12-2020

Starlink və Beeline Qazaxıstanda peyk mobil rabitə xidməti göstərəcək

07-11-2025

Bakcell Dağlıq Qarabağda qanunsuz fəaliyyətə etiraz edib

06-07-2018

“Nar Mobile” yeni rouminq sazişləri imzalayıb

13-01-2009

"Azercell" Pakistanda rominq üzrə vahid xidmət haqqı tətbiq edəcək

20-11-2020

“Bakcell”in Direktorlar Şurasında dəyişiklik edilib

21-02-2022

“Azərbaycanda mobil biznes imkanları” mövzusunda konfrans keçirilib

07-04-2012

Osman Gündüz: Ermənistanda “satqın ovu” başlandı

20-10-2020

Azərbaycanda ilk dəfə mobil biznes mövzusunda konfrans keçiriləcək

19-03-2012

“Azercell” Belçika şirkəti ilə Beynəlxalq MMS xidmətini istifadəyə verib

19-11-2008

Bakcell LTE rouminq xidməti üzrə tərəfdaşlarının sayını artırır

11-11-2015

Türkiyənin Sərvət Fondu "Türkcell"in əsas səhmdarı olacaq

19-06-2020

“Azercell” daha bir beynəlxalq MMS rouminq xidməti

21-01-2009

“Azercell” daha bir beynəlxalq MMS rouminq xidmətini istifadəyə verib

18-02-2009

Adı qalmaqallarda hallanan mobil operator Azərbaycan bazarına çıxır?

30-07-2009

Azərbaycan və Rusiya GSM tezliklərinin koordinasiya məsələsini razılaşdırıblar

14-09-2009

«Azercell» daha 4 beynəlxalq MMS rouminq sazişi bağlayıb

07-05-2009

«Azercell» şirkəti Tacikistan və Liberiya operatorları ilə rouminq sazişi imzalayıb

18-12-2008

«Azercell» şirkəti daha iki xarici operatorla rouminq sazişi imzalayıb

15-05-2009

SimSim abonentləri üçün rominqdə SMS xidməti

14-07-2011

«Azercell» şirkəti yeni rouminq sazişi imzalayıb

11-06-2009

«Azercell» Estoniya, Lüksemburq və Lixtenşteyn ilə rouminq sazişi bağlayıb

11-12-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə