Previous Next
Bağla

Azərbaycan “CanSat” müsabiqəsində birinci yerə layiq görülüb

14-07-2025 11:09
Azərbaycan “CanSat” müsabiqəsində birinci yerə layiq görülüb

"Azərkosmos”un nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı ilə yaradılmış Milli Elmi Komanda, Asiya-Sakit Okean Regionu Kosmik Agentliklərinin Forumu (APRSAF) və Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) ilə əməkdaşlıq çərçivəsində keçirilən beynəlxalq “APRSAF CanSat 2025” müsabiqəsində birinci yerə layiq görülüb.

Xeberler.az bildirir ki, bu barədə Azərbaycan Milli Kosmik Agentliyindən (“Azərkosmos”) məlumat verilib.

Məlumata əsasən, iyulun 12–13-də Yaponiyanın Vakayama şəhərində keçirilən beynəlxalq “CanSat” müsabiqəsində Azərbaycanı müxtəlif ali təhsil müəssisələrində təhsil alan dörd tələbədən ibarət komanda təmsil edib. Tələbələrə “Azərkosmos”un ekspert əməkdaşı mentorluq dəstəyi göstərib.

Müsabiqə çərçivəsində komandalar ölçüsü 124 mm uzunluqdan və 68 mm diametrdən kiçik, kütləsi 250-300 qram aralığında olan mini peyk modelini hazırlamalı və sınaqdan keçirməli idilər. Bu praktiki təcrübə tələbələrin tətbiqi bilik və bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır.

Müsabiqədə Azərbaycanla yanaşı Çin, Yaponiya, Tailand və Filippin kimi Asiya regionu ölkələri iştirak edib. Bu da Azərbaycanın Asiya regionunun kosmik ekosisteminə uğurla inteqrasiya etdiyinin nümunəsidir.

Bu uğur Azərbaycanın kosmos, mühəndislik, STEAM və elmi sahələrdə artan nüfuzunu və kadr potensialını əks etdirir.

KOSMİK Akademiya ilə APRSAF və JAXA arasında formalaşan səmərəli və sistemli əməkdaşlıq çərçivəsində 2024-2025-ci tədris ili boyunca bir neçə beynəlxalq layihə uğurla həyata keçirilib. Bu layihələrə APRSAF Kosmik Poster Müsabiqəsi, Kosmos, Aviasiya və STEAM seminarı, eləcə də kosmik fəzanın müşahidəsi təşəbbüsləri daxildir.

Bu cür beynəlxalq əməkdaşlıqlar Azərbaycanda gənclərin kosmik sahədə bilik və marağının artırılmasına, ölkəmizin qlobal kosmik arenada mövqeyinin gücləndirilməsinə şərait yaradır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kosmik Akademiya Kosmik Agentliklərinin Forumunda iştirak edib

21-11-2025

“APRSAF Kosmos, Aviasiya və STEAM Seminarı” layihəsinə başlanılıb

11-06-2025

Azərbaycan Beynəlxalq Kosmik Poster Müsabiqəsində qalib olub

29-11-2024

Beynəlxalq Kosmik Poster Müsabiqəsinin qalibləri mükafatlandırılıb

17-12-2024

BDU-nun kafedra müdiri APRSAF-30 Kosmik Fəzanın Müşahidəsi tədbirində məruzə edib

22-09-2024

Azərbaycanda Ümumdünya Kosmos Həftəsi keçiriləcək

19-09-2025

Azərkosmos Türkiyənin Kosmik Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb 

20-09-2022

CanSat Azərbaycan 2019 müsabiqəsinə qeydiyyat başa çatıb

15-01-2019

Azərbaycan 76-cı Beynəlxalq Astronavtika Konqresində təmsil olunacaq

15-01-2025

Bakı Ali Neft Məktəbinin komandası müsabiqəsində ikinci yeri tutub

11-07-2019

\"CanSat Azərbaycan 2019\" tələbə model peyk müsabiqəsinin final mərhələsi olub

29-06-2019

Beynəlxalq Kosmik Olimpiadanın milli finalı keçirilib

02-05-2025

CanSat Azərbaycan 2020 tələbə model peyk müsabiqəsi başlayıb

19-12-2019

“Azərkosmos” İtaliya Aerokosmik Agentliyi ilə əməkdaşlıq edəcək

25-02-2020

Azərbaycan Özbəkistanda kosmik sənayenin inkişaf planlarını təqdim edəcək

14-02-2026

Beynəlxalq Astronavtika Konqresinə Azərbaycan komandası 630 elmi məqalə təqdim edib

11-04-2025

Mobil əsaslı kosmik innovasiya və sistem avtobusu layihəsi həyata keçiriləcək

11-04-2025

JAXA: "Azərbaycanın “Artemis” Ay proqramına qoşulmasını istəyərdik"

03-10-2023

Azərkosmos və Braziliyanın Kosmik Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

22-11-2023

Azərbaycan ICESCO-nun Qlobal Kosmos Elmi Forumunda iştirak edib

01-11-2021

“Azərkosmos” kosmik təhsil sahəsində yeni əməkdaşlığa imza atıb

25-04-2025

Azərbaycan Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək

28-09-2021

Azərkosmos Kosmik Texnologiyalar Konfransında yeni əməkdaşlıqlara başlayıb

26-04-2024

“Azərkosmos” və “Uz-Sat” şirkəti arasında memorandum imzalanıb

25-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə