Previous Next
Bağla

Azərbaycan Dili üzrə Sertifikasiya imtahanı üçün onlayn platforma istifadəyə veriləcək

24-02-2025 10:07
Azərbaycan Dili üzrə Sertifikasiya imtahanı üçün onlayn platforma istifadəyə veriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan dilini öyrənənlərin dil bacarıqlarının (dinləyib-anlama, danışma, oxuyub-anlama və yazı) beynəlxalq standartlara uyğun ölçülməsini nəzərdə tutan ödənişsiz sınaq imtahanın təşkil edilməsi üçün hazırlıq işləri başa çatıb.

Xeberler.az bildirir ki, yaxın günlərdə Mərkəzin rəsmi saytında sözügedən onlayn platforma istifadəçilərə təqdim olunacaq. İmtahanda iştirak etmək istəyən istifadəçilər öncədən qeydiyyatdan keçərək onlayn formada sınaq imtahanında iştirak edə biləcəklər.  Nəzərinizə çatdırırıq ki, imtahanda iştirak etmək üçün qeydiyyat mütləqdir, toplanan məlumatlar yoxlama-ölçmə materiallarının təkmilləşdirilməsi, effektivliyinin artırılması məqsədi daşıyır və yalnız tədqiqat xarakterlidir. İstifadəçilərin məxfiliyi tam şəkildə qorunacaq.

Bu imtahan modeli Avropa təhsil sistemində dillər üzrə tədris proqramlarının, dərsliklərin, imtahanların hazırlanmasında əsas götürülən Ümum-Avropa Tövsiyə Çərçivə Sənədinə (The Common European Framework of Reference for Languages (CEFR) əsaslanaraq Dövlət İmtahan Mərkəzinin İdarə heyətinin sədri xanım Məleykə Abbaszadənin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Dillər Universitetinin əməkdaşları Səbinə Əliyeva, Hüzurə Ağayeva, Ramiqə Şirəliyeva və Fidan Ələsgərova tərəfindən dosent, filologiya üzrə fəlsəfə doktoru Jalə Qəribovanın redaktorluğu ilə hazırlanıb.

CEFR-də olduğu kimi, Azərbaycan Dili Sertifikasiya İmtahan modelində də 6 dil səviyyəsi - A1, A2, B1, B2, C1, C2 müəyyənləşdirilib. Ödənişsiz sınaq imtahanında iştirak etmək istəyən hər kəs qeyd olunan səviyyələr üzrə 4 blokdan ibarət imtahan suallarını cavablandıraraq prosesi tamamlaya biləcəklər.

Məlumat üçün bildiririk ki, “Dillərin öyrənilməsi, tədrisi və qiymətləndirilməsi üzrə tövsiyə çərçivə sənədi” (CEFR) də ilk dəfə olaraq Dövlət İmtahan Mərkəzinin İdarə heyətinin sədri xanım Məleykə Abbaszadənin təşəbbüsü ilə mütəxəssislər tərəfindən Azərbaycan dilinə tərcümə olunaraq oxuculara təqdim edilib. CEFR sənədinin Azərbaycan dilinə tərcüməsi, təhsil sahəsində mühüm bir nailiyyət olmaqla yanaşı, həm də ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasını gücləndirəcəkdir. Sənədin Azərbaycan dilinə tərcümə olunmuş versiyası Avropa Şurasının saytının müvafiq bölməsində, həmçinin Dövlət İmtahan Mərkəzinin internet səhifəsində yerləşdirilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
DİM imtahanların nəticələrini açıqladı

DİM imtahanların nəticələrini açıqladı

23-12-2023
DİM British Council ilə əməkdaşlığa başladı

DİM British Council ilə əməkdaşlığa başladı

23-09-2016
Magistraturaya qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçiriləcək

Magistraturaya qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçiriləcək

29-12-2024
Ödənişsiz onlayn sınaq imtahanı

Ödənişsiz onlayn sınaq imtahanı

04-05-2018
Rezidentura və magistratura imtahanları elektronlaşdırılacaq

Rezidentura və magistratura imtahanları elektronlaşdırılacaq

16-07-2025
Sonuncu sınaq imtahanının nəticələri açıqlandı

Sonuncu sınaq imtahanının nəticələri açıqlandı

06-05-2015
Elektron sınaq imtahanları davam edir

Elektron sınaq imtahanları davam edir

30-03-2017
İnformatika fənni üzrə bilik və bacarıqların qiymətləndirilməsi müzakirə edilib

İnformatika fənni üzrə bilik və bacarıqların qiymətləndirilməsi müzakirə edilib

02-06-2023
Qəbul imtahanlarının yeni onlayn sınaq imtahanına yazılış başlayıb

Qəbul imtahanlarının yeni onlayn sınaq imtahanına yazılış başlayıb

09-04-2019
Xaricdə təhsil alacaq gənclərin seçilməsi üçün meyarlar təsdiqlənib

Xaricdə təhsil alacaq gənclərin seçilməsi üçün meyarlar təsdiqlənib

03-06-2022
Qəbul imtahanlarının I və II  mərhələsi üzrə onlayn sınaq imtahanları keçiriləcək

Qəbul imtahanlarının I və II mərhələsi üzrə onlayn sınaq imtahanları keçiriləcək

08-02-2019
BDU-da onlayn imtahan sessiyası uğurla davam edir

BDU-da onlayn imtahan sessiyası uğurla davam edir

12-06-2020
TQDK imtahan rəhbərləri və zal nəzarətçilərini yoxlamağa başlayıb

TQDK imtahan rəhbərləri və zal nəzarətçilərini yoxlamağa başlayıb

06-05-2015
DİM növbəti dəfə elektron sınaq imtahanı keçirəcək

DİM növbəti dəfə elektron sınaq imtahanı keçirəcək

08-01-2018
Dövlət qulluğuna hazırlaşanların nəzərinə

Dövlət qulluğuna hazırlaşanların nəzərinə

29-09-2017
İlk peşə-ixtisas təhsilli şagirdlər üçün keçirilən buraxılış imtahanları başa çatıb

İlk peşə-ixtisas təhsilli şagirdlər üçün keçirilən buraxılış imtahanları başa çatıb

18-02-2019
Tələbələr ilk dəfə onlayn sınaq imtahanı verəcək

Tələbələr ilk dəfə onlayn sınaq imtahanı verəcək

04-02-2015
Buraxılış və qəbul imtahanların tarixi açıqlandı

Buraxılış və qəbul imtahanların tarixi açıqlandı

17-01-2018
DİM: İmtahan zalında gizlədilmiş “ağıllı” saat aşkar olunub, araşdırma aparılır

DİM: İmtahan zalında gizlədilmiş “ağıllı” saat aşkar olunub, araşdırma aparılır

11-06-2023
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin nəzərinə

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin nəzərinə

21-11-2017
Ali məktəblərə tələbə qəbulu üzrə sınaq imtahanı keçiriləcək

Ali məktəblərə tələbə qəbulu üzrə sınaq imtahanı keçiriləcək

05-01-2023
Dövlət İmtahan Mərkəzi üzr istədi - VİDEO

Dövlət İmtahan Mərkəzi üzr istədi - VİDEO

13-06-2022
DİM ümumi təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib

DİM ümumi təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib

20-05-2019
Növbəti rəqəmsal SAT imtahanı təşkil olunacaq

Növbəti rəqəmsal SAT imtahanı təşkil olunacaq

01-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə