Previous Next
Bağla

İnformatika fənni üzrə bilik və bacarıqların qiymətləndirilməsi müzakirə edilib

02-06-2023 23:12
İnformatika fənni üzrə bilik və bacarıqların qiymətləndirilməsi müzakirə edilib

2 iyun 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, “Rəqəmsal Bacarıqlar” layihəsinin rəhbəri Nilufər Rəhimova, Azərbaycan Dövlət Pedaqoji Universitetin kafedra müdiri Səadət Mazanova, müəllimi Aynur Qasımova, Azərbaycan Texniki Universitetin kafedra müdiri Vaqif Qasımovun iştirakı ilə “İnformatika fənni üzrə bilik və bacarıqların qiymətləndirilməsi məsələləri” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə həmçinin Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Direktorlar Şurasının üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri Kamil Aydazadə, Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri Natiq Əliyev, Statistik araşdırmalar, elmi layihələşdirmə və innovasiyalar departamentinin müdiri Oleq Şelaqinov, Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva, Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlər ilə iş şöbəsinin müdiri Aydın Qasımov və DİM-in digər mütəxəssisləri, o cümlədən DİM-in ekspertləri: Azərbaycan Tibb Universitetinin dosenti, informatika fənni üzrə işçi qrupun rəhbəri İsmayıl Qafarov və mühəndis-proqramçısı Zaur Hacıyev, dərslik müəllifi Naidə İsayeva, Azərbaycan Dillər Universitetinin kafedra müdiri, fizika-riyaziyyat elmləri namizədi Fikrət İbiyev, Bakı Dövlət Universitetinin müəllimləri fizika-riyaziyyat elmləri doktoru Anar Rəhimov, Anar Rəşidov, Yadigar Əliyev, Nigar Əhmədli və Bakı Mühəndislik Universitetinin baş müəllimi Etibar Seyidzadə iştirak edib.

Əvvəlcə M.Abbaszadə “Riyaziyyat fənnindən buraxılış imtahanlarının nəticələri” mövzusunda təqdimatla çıxış edərək, 2022-2023-cü tədris ili üzrə buraxılış imtahanlarının nəticələrinin müqayisəli təhlilini təqdim edib. Sonra o, informatika fənni üzrə bu il ilk dəfə keçiriləcək ali təhsil müəssisələrinə qəbul imtahanına hazırlıq işləri barədə ətraflı məlumat verib. İmtahanın məzmunu ilə bağlı materialların, yəni qəbul proqramı və imtahan modelinin hələ 2021-ci ildə DİM-in rəsmi saytında yerləşdirildiyini bildirib. Sədr qeyd etdi ki, 2022-ci ildə “İnformatika” vəsaiti (Azərbaycan və rus dillərində) hazırlanıb və abituriyentlərin istifadəsinə verilib. Bu müddət ərzində otk.az portalında bir neçə dəfə onlayn və 2023-cü ilin fevral ayında isə kağız daşıyıcısı üzərində sınaq imtahanları keçirilib. Qəbul proqramı və imtahan modelinə dair tapşırıq nümunələri, imtahanda tələblərinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan seçilmiş alt standartlar və cavabı yazı ilə ifadə olunan tapşırıqların qiymətləndirmə meyarları “Abituriyent” jurnalının birinci sayında dərc edilib.

M. Abbaszadə həmçinin onu da qeyd edib ki, DİM-də informatika fənnindən imtahanın məzmunu ilə bağlı materialların (yoxlama-ölçmə materiallarının hazırlanması, ekspertizası, tədris aparılan digər dillərə tərcüməsi) hazırlanmasında ekspert kimi iştirak etmək istəyənlərin 2021-ci ildən elektron qeydiyyatı yaradılıb. Hazırda 106 nəfər elekton qeydiyyatdan keçib. Qəbul imtahanında istifadə ediləcək qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursları təşkil edilib. İndiyədək iki hazırlıq kursu (iştirakçı sayı: 88 nəfər) keçirilib. Eyni zamanda Elm və Təhsil Nazirliyindən informatika müəllimlərinin siyahısı (250 nəfər) alınıb. Həm elektron qeydiyyatdan keçənlər, həm hazırlıq kurslarının iştirakçıları, həm də nazirlikdən daxil olmuş siyahıdakı şəxslər üçün “Python” proqramlaşdırma dilindən və alqoritmlərlə bağlı imtahan təşkil edilib. İmtahanda iştirak etmiş 433 nəfərdən 22 nəfər yaxşı nəticə göstərib.

Sonra təqdimatla bağlı müzakirələr aparılıb. Müzakirədə informatika fənninin tədrisində bir çox problemlərin olduğu, bu sahədə ciddi tədbirlər görülməsinə böyük ehtiyac duyulduğu qeyd edilib.

Müzakirədə qeyd edilən məsələlərlə bağlı F.Qarayev, O.Gündüz, K.Aydazadə, N.Rəhimova, V.Qasımov, S.Mazanova, İ.Qafarov, F.İbiyev, N.İsayeva, Z.Hacıyev, A.Rəşidov, A.Rəhimov, N.Əhmədli, E.Seyidzadə və Y.Əliyev çıxış edərək, fikir və təkliflərini bildiriblər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət İmtahan Mərkəzində informatika fənni üzrə işçi qrupunun iclası keçirilib.

12-01-2022

DİM-in informatika fənni üzrə işçi qrupunun üzvləri ilə AzTU-nun əməkdaşları arasında görüş keçirilib

07-06-2022

Qəbul imtahanı üçün informatikadan vəsait hazırlanacaq

16-11-2021

Beynəlxalq olimpadalarda ölkəmizi təmsil edəcək komandaların seçmə imtahanları keçirilib

13-06-2022

İnformatika üzrə imtahanlarında qadınlar çoxluq təşkil edib

18-07-2017

DİM-in Direktorlar Şurasının ilk iclası keçiriləcək

20-04-2016

Buraxılış və qəbul imtahanları ilə bağlı yenilik

22-09-2017

Ali məktəblərə tələbə qəbulu üzrə sınaq imtahanı keçiriləcək

05-01-2023

E-markinq sistemi ilə bağlı tədbir keçirilib

28-09-2017

Məktəblilərimizdən Avropa İnformatika Olimpiadasında növbəti uğurlu nəticə

07-10-2022

Məleykə Abbaszadə: Abituriyentlər riyaziyyat fənni üzrə salınan açıq sualları boş qoyurlar

17-03-2023

“Elm və texnologiya” təqaüdünə layiq görülmüş tələbələrlə görüş keçirilib

02-11-2024

Müəllimlər arasında informatika fənni üzrə seçmə imtahan keçirilib

03-11-2022

Azərbaycanda ilk dəfə informatika fənni üzrə qəbul imtahanı keçirildi

05-06-2023

İnformatika fənni üzrə doktorluq imtahanları başa çatıb

16-07-2016

DİM-in Direktorlar Şurasının növbəti iclası keçirilib

26-05-2016

Gəncədəki elmi tədqiqatçılar distant formada imtahan verib

27-01-2016

İnformatika fənni üzrə texniki tapşırıqlar müzakirə olunub

30-12-2015

DİM-in elektron imtahanlar korpusuna mediatur təşkil edilib

08-04-2025

Test imtahanlarına İnformatika da salınsın

16-01-2013

İnformatikadan ilk qəbul imtahanına hazırlıq necədir?

12-01-2022

Azercell-in dəstəklədiyi İnformatika olimpiadaçıları payız məktəbində iştirak ediblər

30-11-2023

İnformatika üzrə bunker müəllimləri hazırlanır

15-02-2023

İnformatika üzrə olimpiadalara hazırlıq qruplarına seçmə imtahanlar keçirilib

18-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə