Previous Next
Bağla

DİM British Council ilə əməkdaşlığa başladı

23-09-2016 12:40
DİM British Council ilə əməkdaşlığa başladı

British Council Azərbaycan və Dövlət İmtahan Mərkəzi əməkdaşlığa dair niyyət məktubu imzalayıblar.

British Council Azərbaycan-dan  Xebeler.az-a verilən məlumata görə, məqsəd ingilis dili üzrə bilgi və bacarığın qiymətləndirilməsinə dair birgə layihələri həyata keçirməkdir.

British Council üçün niyyət məktubunun məqsədi ingilis dili üzrə bilik və bacarığın qiymətləndirilməsini daha da inkişaf etdirilməsinə dəstək olmaqla Azərbaycanda təhsil islahatlarının təkmilləşdirilməsində Dövlət İmtahan Mərkəzinə yardım göstərməkdən ibarətdir.

Məqsədlərdən biri dövlət səviyyəsində imtahan nəticələrinin Dillər üzrə Ümumi Avropa İstinad Çərçivəsinə uyğunluğunu müəyyən etmək üçün araşdırma aparmaqdır. DÜAİÇ dil üzrə proqram və tədris qaydalarının qiymətləndirilməsi, tədris və təlim materiallarının hazırlanması və xarici dil biliyinin qiymətləndirilməsi üzə şəffaf, ardıcıl və hərtərəfli bazanı təmin etmək məqsədilə işlənib hazırlanıb.

Sənədi imzalayanlar Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə və British Council Azərbaycan-ın ölkə üzrə direktoru Elizabet Vayt niyyət məktubunun 2017-ci ilin yanvar ayına 2017-2018-ci illər üzrə daha geniş əməkdaşlığa dair çərçivə müqaviləsinə çevrilməsi ilə bağlı razılığa gəliblər.

Müqavilə magistratura pilləsində keçirilən qəbul imtahanlarında ingilis dili komponentinin təkmilləşdirilməsinə, yeni kurrikuluma əsaslanan buraxılış imtahanlarındakı ingilis dili komponentlərinin yaradılmasına, Dövlət İmtahan Mərkəzi tərəfindən IELTS imtahanlarının keçirilməsinə dəstək, həmçinin dövlət qulluğuna qəbul zamanı xarici dil biliklərinin yoxlanmasının təkmilləşdirilməsi məqsədini daşıyır. Bundan əlavə, sənəd Böyük Britaniyanın və digər Avropa ölkələrinin uğurlu təcrübələrinə əsaslanaraq Azərbaycanın təhsil sistemində sistematik və keyfiyyətli islahatları təşviq edəcək.

British Council Azərbaycan-ın direktoru Elizabet Vayt bildirib ki, bu əhəmiyyətli addımdır:

"Biz Dövlət İmtahan Mərkəzi ilə birgə ingilis dili üzrə bacarıqların rəsmi şəkildə qiymətləndirilməsi məqsədi güdən islahatlar üzərində çalışmağımıza məmnunuq. Yaxşı imtahan tədris və təhsilin daha yaxşı olmasına təsir göstərə bilər və uzunmüddətli müsbət nəticələrin əldə edilməsinə nail olacaq”.

Qeyd edək ki, British Council Böyük Britaniyanın mədəni əlaqələr və təhsil imkanları üzrə aparıcı beynəlxalq təşkilatıdır və dünyanın 109 ölkəsində fəaliyyət göstərir. 

 

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dillər Universiteti “British Council”la müqavilə imzaladı

24-10-2009

Dubayda Azərbaycan təhsilində İKT-nin tətbiqi və distant təhsil müzakirə olunub

06-03-2013

TOPs proqramı çərçivəsində yeni layihənin təqdimatı keçirilib

15-10-2015

British Council və Azercell yeni layihəyə başlayır

07-10-2015

“İKT LAB” ilə “British Council Azerbaijan” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

15-07-2022

İKT üzrə təlimlərin keçirilməsi üzrə memorandum imzalanıb

08-10-2015

Nar-dan fiziki məhdudiyyətli insanlara karyera fürsəti

24-11-2018

“Nar Mobile”dan abunəçilərə mobil ingilis dili

11-09-2013

Rezidentura və magistratura imtahanları elektronlaşdırılacaq

16-07-2025

Buraxılış və qəbul imtahanları ilə bağlı yenilik

22-09-2017

Azərbaycan Dili üzrə Sertifikasiya imtahanı üçün onlayn platforma istifadəyə veriləcək

24-02-2025

İngilis dilini hansı saytlardan öyrənək?

19-10-2017

Bakcell konfrans təşkil edib-Foto

20-12-2017

Kibertəhlükəsizlik Akademiyasına tədris üçün qeydiyyat davam edir

21-08-2023

Dövlət İmtahan Mərkəzinin saytından yükləmələr pullu olacaq

19-12-2016

Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur

26-11-2018

TQDK-nı əvəz edən qurum hazırlıq kursları təşkil edəcək

12-04-2016

TQDK ləğv olundu-Fərman

12-04-2016

London merinin xanımı Yay Kompüter düşərgəsini ziyarət etdi

21-07-2009

DİM buraxılış imtahanlarının nəticələrini açıqlayıb

14-03-2017

Nazir test imtahanların ləğvinə aydınlıq gətirib

11-09-2017

Qərb Universitetində final imtahanlar necə keçirilir?

03-02-2018

Magistraturaya qəbul imtahanlarının elektron formata keçirilə bilər

24-04-2025

Azercell tələbə jurnalistləri Londona göndərir

23-08-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə