Previous Next
Bağla
REKLAM YERİ

Xaricdə təhsil alacaq gənclərin seçilməsi üçün meyarlar təsdiqlənib

03-06-2022 11:37
Xaricdə təhsil alacaq gənclərin seçilməsi üçün meyarlar təsdiqlənib

Nazirlər Kabineti Azərbaycan gənclərinin xaricdə təhsil almağa göndərilməsi üçün seçim meyarlarını təsdiqləyib. 

Xeberler.az bildirir ki, bu qaydalar “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları barədə qərarda əksini tapıb. 

Həmçinin Nazirlər Kabinetinin digər qərarı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qaydası təsdiq edilib.

Xaricdə bakalavr səviyyəsi üzrə təhsil üçün seçim aşağıdakı meyarlar üzrə aparılır:

namizədin cari tədris ilində ümumtəhsil müəssisələrinin buraxılış sinfində (XI sinif və ya xaricdə təhsil aldıqda müvafiq buraxılış sinfi) təhsil alması və ya tam orta təhsilə malik olması;
namizədin xarici ali təhsil müəssisəsinə qəbul olunması;
namizədin xarici ali təhsil müəssisəsində bakalavriat səviyyəsi üzrə təhsil almaq istədiyi və ya təhsil aldığı ixtisasın
Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən olunan prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısında göstərilən ixtisasa uyğun olması;
namizədin təhsil alacağı xarici ali təhsil müəssisəsinin tədris dilini dillər üzrə ümumavropa çərçivə sənədinə (The Common European Framework of Reference for Languages – CEFR) uyğun olaraq ən azı C1 səviyyəsində bilməsinə dair beynəlxalq səviyyəli dil sertifikatına (ALPT, DUOLINGO, CILS, DELE, DELF, HSK, IELTS, JLPT, TestDAF, TOEFL, TOPIK, TÖMER) malik olması;
namizədin ölkənin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu üzrə aparılan qəbul imtahanları çərçivəsində müraciət etdiyi sahəyə uyğun olaraq texniki və texnoloji, təbiət, kənd təsərrüfatı, səhiyyə, rifah və xidmət, əsas (baza ali) tibb təhsili və xüsusi təyinatlı ixtisas qrupları üzrə yekun olaraq ən azı 400, digər sahələr üzrə ən azı 550 bal toplaması;
təhsil almaq istədiyi ixtisas sahəsi üzrə namizədin bilik və bacarıqları;
namizədin məntiqi mühakimə yeritmək bacarıqları;
namizədin kommunikasiya bacarıqları, özünəinam və inandırma qabiliyyəti.

Xaricdə magistr səviyyəsi üzrə təhsil üçün seçim aşağıdakı meyarlar üzrə aparılır:

namizədin cari tədris ilində ali təhsil müəssisələrinin sonuncu tədris ilində təhsil alması və ya bakalavr ali peşə-ixtisas dərəcəsinə malik olması (xaricdə ali təhsil aldıqda kvalifikasiyasının tanınması);
namizədin xarici ali təhsil müəssisəsinə qəbul olunması;
namizədin xarici ali təhsil müəssisəsində magistratura səviyyəsi üzrə təhsil almaq istədiyi və ya təhsil aldığı ixtisasın Nazirlik tərəfindən müəyyən olunan prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısında göstərilən ixtisasa uyğun olması; namizədin təhsil alacağı xarici ali təhsil müəssisəsinin tədris dilini dillər üzrə ümumavropa çərçivə sənədinə (The Common European Framework of Reference for Languages - CEFR) uyğun olaraq ən azı C1 səviyyəsində bilməsinə dair beynəlxalq səviyyəli dil sertifikatına (ALPT, DUOLINGO, CILS, DELE, DELF, HSK, IELTS, JLPT, TestDAF, TOEFL, TOPIK, TÖMER) malik olması;
namizədin bakalavriat təhsil səviyyəsi üzrə Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən müəyyən edilmiş Ümumi Orta Müvəffəqiyyət Göstəricisinin (ÜOMG) 81 bal və ya ondan yuxarı olması (və ya xaricdə ali təhsil aldıqda digər qiymətləndirmə şkalaları üzrə ekvivalentliyin təmin olunması);
təhsil almaq istədiyi ixtisas üzrə namizədin bilik və bacarıqları;
namizədin məntiqi mühakimə yeritmək bacarıqları;
namizədin kommunikasiya bacarıqları, özünəinam və inandırma qabiliyyəti.

Qeyd edək ki, namizədin təhsil almaq istədiyi və ya təhsil aldığı ixtisasın tədrisi iki və ya daha artıq sayda xarici ali təhsil müəssisəsində aparıldığı halda, həmin müəssisələr Nazirlik tərəfindən müəyyən olunan prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısında göstərilən ali təhsil müəssisələrinə uyğun olmalıdır.

Bundan başqa,namizədin akademik göstəricisi beynəlxalq səviyyədə tanınan imtahan (SAT və ya ACT) üzrə ən yüksək göstəricinin 75 faizi miqdarında və ya ondan yuxarıdırsa, namizədə bu 400 və ya 550 bal toplamaq tələbi tətbiqedilmir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Agentlik “onlayn” formada təhsillə bağlı xəbərdarlıq edib

13-09-2024

Tələbələrin elektron qaydada köçürülməsinə başlanır

15-01-2018

Ali təhsil müəssisələrinə elektron ixtisas seçimi başa çatıb

20-08-2024

Tələbələrin köçürülməsi elektron qaydada aparılacaq

10-08-2016

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu bu tarixədək davam edəcək

26-07-2022

Tələbələrin köçürülməsinə başlanılır

19-07-2022

Boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb

20-08-2015

Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb

30-09-2020

Tələbələrin köçürülməsi ilə bağlı elektron sənəd qəbulu başladı

06-02-2017

Nazirlik rəsmisi: 8 növ təhsil xidməti “myGov”a inteqrasiya edilib

24-02-2026

Xaricdə təhsil üçün ərizələr yalnız elektron qaydada qəbul ediləcək

09-04-2015

Dövlət İmtahan Mərkəzinin görəcəyi işlər müəyyənləşdirildi

12-04-2016

Tələbə köçürülməsi üzrə e-sənəd qəbulunun vaxtı uzadıldı

15-08-2017

Buraxılış və qəbul imtahanları ilə bağlı yenilik

22-09-2017

Texniki və texnoloji ixtisaslara dövlət sifarişi yerləri artırılıb

18-05-2015

Abituriyentlər elektron ərizələrini doldura bilərlər

09-04-2013

Təhsil Nazirliyi universitetlərə məsafədən tədrislə bağlı təklif verib

18-03-2020

Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat portal üzərindən aparılır

29-04-2016

Ali təhsilin magistratura səviyyəsinə elektron qeydiyyatın vaxtı uzadılıb

25-07-2022

10 957 nəfər elektron qaydada müraciət edib

29-07-2022

TQDK-nı əvəz edən qurum hazırlıq kursları təşkil edəcək

12-04-2016

İranın ali təhsil müəssisələrində dərslər onlayn keçiriləcək

07-03-2026

Ali təhsil müəssisələrinin səlahiyyətləri artırılacaqmı?

16-03-2020

Diplomların tanınması ilə bağlı qurumlar müəyyənləşib

27-03-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə