Previous Next
Bağla

Ekspert: Azərbaycanın startap ekosisteminin vəziyyəti düşündürücüdür

22-08-2025 21:09
Ekspert: Azərbaycanın startap ekosisteminin vəziyyəti düşündürücüdür
"Ötən gün İRİA rəhbəri Fərid Osmanov bildirib ki, 3 il ərzində Azərbaycanda yerli startaplar müxtəlif qlobal investor və təşkilatlardan 2,4 milyon avro (~3 milyon dollar) xarici investisiya cəlb edib".
 
Xeberler.az bildirir ki, bunu Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspert bildirib ki, detallı açıqlamalar verilmədiyindən bu vəsaitlərin hansı startaplar tərəfindən cəlb edildiyini müəyyən etmək çətindir:
 
"Amma açıqlanan rəsmi rəqəm budursa onda startap ekosistemdə vəziyyətimiz həqiqətən də çox düşündürücüdür. Yerli vençur fondlarımız yox dərəcəsində, olanımız da əlçatan deyil yerli startaplara, xarici investisiyalar da qeyd edildiyi kimi hədsiz məhduddur.
 
Ötən il də mən bu sahədə region ölkələri arasındakı vəziyyəti araşdırmışdım. Bu il də qonşu ölkələrin ekosistemində investisiyalara əlçatımlığa bir daha nəzər saldım. Birmənalı şəkildə demək olar ki, məhz bu sahədə bizdə olan vəziyyət regionun və Mərkəzi Asiyanın ən aşağı göstəricilərindən biridir".
 
Ölkədə və regionda startapların investiya cəlb etməsi sahəsindəki vəziyyət aşağıdakı kimidir:
 
1. Qazaxıstan
2024-cü ildə vençur maliyyələşmə həcmi: təqribən $110 milyon, Artım: ~37% artım
 
2. Gürcüstan
2024-cü ilin ilk yarısında vençur maliyyələşmə: təxminən $28 milyon, Artım: ~30% artım
 
3. Özbəkistan
2024-cü ildə vençur maliyyələşmə: təxminən $15 milyon, Artım: əvvəlki ilə nisbətən 2,5 dəfə artım
 
4. Ermənistan
2024-cü ildə startap maliyyələşməsi: təqribən $135 milyon, Bunun $8 milyon-u yerli vençur fondlarından gəlib.
 
5. Qırğızıstan
2024-cü ildə vençur maliyyələşmə: təxminən $2 milyon, Artım: əvvəlki ilə nisbətən artım var,
 
6. Azərbaycan
2024-cü ildə vençur maliyyələşmə: təxminən 1 milyon dollar , Azalma: 2023-də ~2.2 milyon $ idi
 
Osman Gündüzün sözlərinə görə, bu rəqəmlər bir daha göstərir ki, ölkəmizdə startap ekosistemdə investisiya sahəsində vəziyyət ktritikdir:
 
"Ümid edirəm İRİA, KOBİA, RİNN, İN bu rəqəmlərin fərqindədirlər. 10 ildir ki, 10 maddəlik vençur maliyyələşmə ilə bağlı qanunu qəbul edə bilməmişik. Başqa necə olmalıydı ki, vəziyyət.
 
Ən azı 3 mərkəzi icra qurumunda bu qanun layihəsi mövcud olsa da qarşılıqlı qısqanclıqlar və səlahiyyət davaları səbəbindən indiyədək bu qanunu qəbul etmək mümkün olmayıb.
 
Cari ildə Mərkəzi Bank açıqlayıb ki, ən qısa zamanda adı çəkilən qanun layihəsi maraqlı tərəflərə təqdim ediləcək.
 
Eyni zamanda Prezident tərəfindən İRİA üçün maliyyə vəsaitlərdən istifadə ilə bağlı Qaydalar təsdiqlənib. Qalır bu vəsaitin İRİA ya verilməsi və effektiv istifadəsi məsələsi".
 
Ekspert düşünür ki, vençur fondların sayını artırmaq lazmdır:
 
"Təəssüf ki indiyədək də yeganə vençur fondumuz olan Caucasus Ventures Fondunun işi düz qurulmadığından, fəaliyyəti qapalı və qeyri-şəffaf olduğundan startaplar üçün əlçatan deyil.
 
İRİA bu yarı dövlət Fondunun imkanlarından istifadə ilə bağlı maraqlı tərəflərin müzakirəsini təşkil etsə çox faydalı olardı.
 
İlkin inkişaf dövrü keçirən startapların maliyyələşməsi məsələsi isə daha pis vəziyyətdədir.
 
Ümid edirəm İRİA və digər əlaqəli qurumalr bu istiqamətdə səylərini gücləndirəcəklər".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Region ölkələrində startapların inkişafına dəstək hansı vəziyyətdədir?

16-03-2024

İRİA nə zaman ötən ilin hesabatını verəcək?

13-02-2024

Vençur maliyyələşmə şirkətinin təsis edilməsinə dair müqavilə imzalanıb

29-09-2025

Vençur maliyyələşmə haqqında qanun layihəsi yenidən gündəmdədir - Ekspert

24-07-2025

Ekspert: Qlobal İnnovasiya İndeksində investisiya üzrə 14 pillə geriləmişik

22-09-2025

Azərbaycanda ikinci vençur fondunun yaradılması üçün şərtlər açıqlanıb

09-10-2023

Azərbaycanın ilk vençur fondunun – Caucasus Ventures-in bank hesabları bağlanıbmı ?

21-06-2024

Ekspert: İşçi Qrupunun iclasında cari ilin Hesabatı haqqında heç nə açıqlanmayıb

05-02-2025

Osman Gündüz: Nə üçün bizim startaplar investisiya ala bilmir?

02-08-2021

Ekspert: Vençur fondlar haqqında qanun nə zaman qəbul olunacaq?

14-04-2022

2-ci vençur fondun məqsədləri açıqlanıb

06-03-2023

"Caucasus Ventures" fondu neçə startapa yatırım edib?

04-05-2023

Azərbaycanda startaplara edilən investisiyalar gizli saxlanılır-Ekspert

05-06-2023

İRİA: "Startapların maliyyəyə əlçatanlığında çətinliklər var"

02-02-2026

Azərbaycanda yeni vençur fondu yaradılacaq

02-03-2023

Yeni yaradılan şirkətlərə 1,1 milyard dollar investisiya yatırılıb

28-10-2015

“İnnovasiya və startap ekosistemi üçün açıq dialoq vacibdir” — Ekspert

06-02-2026

"Vençur maliyyələşməsi ilə bağlı qanunvericilikdə hər hansı bənd yoxdur"

29-11-2022

Ölkənin ilk vençur kapital fondu yaradıldı

27-12-2022

Adi vətəndaş vençur fonduna yatırım edə bilərmi? Osman Gündüz

27-10-2025

Azərbaycanda neçə startap var?

13-03-2024

Startaplara 73,7 milyon avro ayrılacaq

16-10-2015

Dövlət vəsaiti ilə qurulan fond: PR, yoxsa real dəstək? - Osman Gündüz

03-09-2025

Qazaxıstan süni intellekt layihələrinə 95 milyon dollar investisiya cəlb edib

02-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə