Previous Next
Bağla

Seçim olmayan internet bazarı, susan tənzimləyicilər - Təhlil

30-12-2025 16:17
Seçim olmayan internet bazarı, susan tənzimləyicilər - Təhlil

İnternet tariflərinin yenidən artırılacağı ilə bağlı sosial şəbəkələrdə müzakirələr davam edir. İnternet bazarında hökmran mövqeyə malik olan dövlət provayderi Aztelekom isə yayılan iddialara münasibət bildirərək hazırda tarif artımı ilə bağlı qərarın olmadığını açıqlayıb.

Xeberler.az bildirir ki, Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz məsələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edərək son illər internet tariflərində baş verən ardıcıl artımları və bazardakı vəziyyəti tənqid edib.

Onun sözlərinə görə, son 4 ildə internet tarifləri mərhələli şəkildə ciddi şəkildə yüksəlib. 2021-ci ilə qədər 4 Mb/s sürət üçün 10 manat, 10 Mb/s üçün isə 12,5 manat ödənildiyi halda, 2022-ci ildə 10 Mb/s paketi olan abonentlər avtomatik olaraq 30 Mb/s – 18 manatlıq tarifə keçirilib. 2023-cü ildə minimum paket 40 Mb/s – 18 manat olaraq müəyyən edilib və aşağı sürətli paketlər bazardan çıxarılıb. 2024-cü il avqustun 15-də isə Aztelekom-un təşəbbüsü ilə minimum tarif 100 Mb/s – 25 manat elan olunub.

Osman Gündüz qeyd edib ki, əsas problem bu dəyişikliklərin istifadəçilərə real seçim imkanı verilmədən həyata keçirilməsidir. Xüsusilə region və kəndlərdə yaşayan, internetdən əsasən ünsiyyət, təhsil və dövlət xidmətləri üçün istifadə edən ailələr üçün 10–20 Mb/s sürətin kifayət etdiyini vurğulayan ekspertin fikrincə, nəticədə bir çox istifadəçi ya internetdən imtina etməyə, ya da riskli “şərikli internet” modellərinə keçməyə məcbur olub.

O, əlavə edib ki, əgər məqsəd beynəlxalq statistik göstəricilərdə orta internet sürətini artırmaq idisə, bunun daha ədalətli yolları mövcud idi. Məsələn, regionlarda yüksək sürətə ehtiyacı olan istifadəçilər üçün təşviq və güzəşt mexanizmlərinin tətbiqi mümkün idi. Bu istiqamətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) rəsmi təkliflərin təqdim edildiyi də bildirilib.

Paylaşımda Aztelekom-un AZCON Holdinqin tərkibinə daxil edildikdən sonra qiymət siyasətinə yenidən baxılacağına dair gözləntilərin hələlik doğrulmadığı vurğulanır. Ekspert hesab edir ki, dövlətin internet bazarındakı payı bu qədər yüksək olduğu halda, dövlət provayderinin inzibati üsullarla qiymət müəyyənləşdirməsi yolverilməzdir.

Osman Gündüz xatırladıb ki, avqustun 15-də baş verən qiymət artımı Antiinhisar qurumu tərəfindən ilkin olaraq “kartel sövdələşməsi” və “vətəndaşların seçim hüquqlarının məhdudlaşdırılması” kimi qiymətləndirilmiş və araşdırmaya başlanmışdı. Lakin bu araşdırmanın nəticələri indiyədək ictimaiyyətə açıqlanmayıb.

Ekspertin fikrincə, “gələn ildən tariflər arta bilər” mövzusunun yenidən gündəmə gətirilməsi ictimai reaksiyanı ölçmək və növbəti artımı əvvəlcədən normallaşdırmaq cəhdi təsiri bağışlayır.

O, həmçinin qeyd edib ki, avqust ayındakı qiymət artımından sonra Aztelekom-un aylıq gəlirinin 100 milyon manata, illik dövriyyəsinin isə 1 milyard manatdan çox olduğu barədə məlumatlar yayılıb. Bunun fonunda yükün yenidən vətəndaşın üzərinə qoyulması sual doğurur.

Osman Gündüz sonda Antiinhisar qurumunun gələcəkdə bazarda hökmran mövqeyə malik olan təbii inhisarçı dövlət şirkətinə qarşı daha sərt və effektiv mövqe ortaya qoyacağına ümid etdiyini, lakin bunun hələlik real görünmədiyini bildirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: 9 aydır internetin qiymət artımı ilə bağlı araşdırma yekunlaşmayıb

02-06-2025

Ekspert: Pensiyaçı da, 5-10 min maaş alan da internetə eyni qiyməti ödəyir

25-09-2025

“15 Avqust Tarif Şoku” qanunvericiliyin hansı tələblərini pozub? - Ekspert

02-10-2025

Ekspert: Təbii inhisarçı "Aztelekom" internetin minimal tariflərini qaldırıb əhaliyə isə seçim yeri qoymayıb

08-10-2024

Regionlarda, kəndlərdə internet xidmətlərindən imtina edənlərin sayı artacaq

14-08-2024

Azercell internetin qiymətini 20 faiz qaldırdı

06-08-2018

Ekspert: Yüksək sürət üçün olan qiymətlər hətta bəzi özəl provayderlərdən də bahadır

11-08-2022

Azərbaycanda niyə internetin sürəti zəif, qiyməti bahadır?

22-04-2020

Ekspert Tarif Şurasının qiymət artımı ilə bağlı açıqlama verdi

31-07-2018

Ekspert: Bölgələrdə internetden imtina edənlər barəsində statistika indiyədək açıqlanmayıb

12-09-2024

Ekspert: NRYTN haqsız rəqabət aparır

00-00-0000

Provayderlər kartel sövdələşməsi ediblər - Antiinhisar

14-08-2024

İnzibati əmrlə internetin sürətini artırmaq absurddur - Osman Gündüz

16-07-2025

Heç olmasa kəndlərdə internet tariflərini qaldırmayaq -Osman Gündüz

10-08-2024

Regionlarda internet niyə zəifdir ?

13-09-2019

Ekspert Azərbaycan internet bazarındakı vəziyyətdən danışdı

04-10-2018

"Dövlət provayderləri internet xidmətlərini 4 dəfə baha satıb"

18-01-2024

Ekspert: Hava limanında “Bakı Taksi Xidməti”nin hökmranlığı prosesi başa çatıb

18-09-2025

Azərbaycan İT ixracında region ölkələrindən geri qalır - Osman Gündüz

14-04-2026

Özəl provayderlər tarifləri endirməyə tələsmirlər

13-06-2010

Ekspert: NRYTN-də nə baş verir?

12-06-2019

Beynəlxalq internet reytinqi reallığı nə dərəcədə əks etdirir? – Ekspert

08-01-2026

Ekspert: Dövlət vəsaitləri almaq uğrunda sanki yarışa giriblər

06-11-2019

«İstifadəçilər aşağı qiymətlə internet istəyirlərsə,hələ çox gözləməlidirlər»

04-09-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə